Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-419/2020 25.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxxxxx” X4 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbibarədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 579,10(beş yüz yetmiş doqquz manat on qəpik) manat əsas borc, 119.97 (bir yüz on doqquz manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 4,84 (dörd manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1846,11 (bir min səkkiz yüz qırx altı manat on bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “xxxxxxx” KB ASC-nin Əcəmi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 773nkADJ/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərtilə 700 (yeddi yüz) manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə borverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək, Cavabdeh 579,10 (beş yüz yetmiş doqquz manat on qəpik) manat əsas borc, 119.97 (bir yüz on doqquz manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 4,84 (dörd manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1846,11 (bir min səkkiz yüz qırx altı manat on bir qəpik) manat borc pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri heab edir ki, iddiaçı iddia ərizəsində cavabdehə 700 manat kreditin verilməsini bildirsə də, iddia ərizəsində cavabdehdən 1846.11 manat pulun tələb etsədə məhkəmə bunu texniki səhvlik kimi qəbul edir. Çünki xx xxxxx 2019-cu il tarixli 773nkADJ/19 Kredit və X2 cavabdehə 700 manat kreditin verildiyi qeyd edilmiş, həmçinin iş materialında olan maliyyə arayışında da cavabdehin banka 703.91 manat borcu olması qeyd edilmişdir. Məhz bu baxımdan da məhkəmə cavabdehdən tələb onunan pulun ümumi məbləğinin 703.91 (yeddi yüz üç manat doxsan bir qəpik) manat olması qənaətinə gəlmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli 773nkADJ/19 nömrəli Kredit və X1 aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “xxxxxxx” KB ASC-nin əcəmi filialı arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 24 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 700 (yeddi yüz) AZN məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditin kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edilir. Həmin Müqavilənin 3.7 ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə “Bank” bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh Banka 579,10(beş yüz yetmiş doqquz manat on qəpik) manat əsas borc, 119.97 (bir yüz on doqquz manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 4,84 (dörd manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 703.91 (yeddi yüz üç manat doxsan bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli 773nkADJ/19 nömrəli Kredit və X3 1 saylı əlavədən görünür ki, “xxxxxxx” KB ASC Əcəmi filialı tərəfindən Cavabdeh illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 700.0 AZN məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2021 tarixləri ərzində ayda 39 AZN, xx.xx.2021-ci il tarixində isə 14.19 AZN olmaqla, cəmi 911.19 AZN pulu “xxxxxxx” KB ASC əcəmi filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019 - xx.xx.2020-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş 802292 nömrəli xx xxxxx 2019-cu il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 700 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, xxxxxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar VN Milli Gəlir Departamentinin AZ17CTRE******************** saylı hesabına 30 manat rüsum ödəmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 579,10 (beş yüz yetmiş doqquz manat on qəpik) manat əsas borc, 119.97 (bir yüz on doqquz manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 4,84 (dörd manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 703.91 (yeddi yüz üç manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 579,10 (beş yüz yetmiş doqquz manat on qəpik) manat əsas borc, 119.97 (bir yüz on doqquz manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 4,84 (dörd manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 703.91 (yeddi yüz üç manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 733.91 (yeddi yüz otuz üç manat doxsan bir qəpik) manat borc pul məcburi tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-419/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-419/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver