Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-42/2024 15.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ** RJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilin təmiri zamanı cavabdehin təqsiri üzündən ona dəymiş maddi zərərin əvəzinin cəmi 1916 (bir min doqquz yüz on altı) manat, dövlət rüsümu olaraq ödədiyi 40 (qırx) manat, 24 avqust 2023-cü il tarixli Şərur Rayon Məhkəməsinin iddianı qismən təmin etdiyi üçün qalıq 33 (otuz üç) manat dövlət rüsumunun, ümumilikdə 1989 (bir min doqquz yüz səksən doqquz) manat pulun və mülki işin məhkəmə baxışı zamanı yaranacaq əlavə xərclərin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində mülkiyyətində olan ** RJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı maşını işlək vəziyyətdə yoxlatmaq məqsədi ilə Şərur şəhər ərazisində yerləşən RTS maşın təmiri sexinə apardığını, maşın təmiri sexində işləyən Şərur rayon Kosacan kənd sakini X5 maşını kompüterə salaraq maşında şamlarının baxılması və zaslonka deyilən detalın təmizlənməsinə ehtiyac olduğunu bildirdiyini və bu nasazlıqların aradan qaldırılması barədə razılaşdıqlarını, Aslan Rəsulov tərəfindən qeyd olunan işlərin görülməsi zamanı 7 ədəd şamları (sveçaları) qıraraq motorun içərisinə tökməsi nəticəsində maşının motorunun yararsız hala düşdüyünü, bu haqda inzibati orqanlar tərəfindən sənədlə.mə işləri aparıldığını və onlar tərəfindən Şərur Rayon Məhkəməsi qarşısında X5 vuurduğu ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə müraciət olunduğunu, nəhayət keçirilən məhkəmə iclaslarının yekun qətnamə-İş N-2(110)- 464/2023, 24 avqust 2023-cü ildə qəbul edildiyini, maşını təmir etdirib işlək vəziyyətə gətirmək üçün yedək-buksurla Çomaxtur yolunun yaxınlığında yerləşən sexə - “kişi” ləqəbli Cavabdeh sexinə gətirdiklərini, maşının yağının və şamlarının (sveçalarının) 329 (üç yüz iyirmi doqquz) manat ödəyərək iki baçok mator yağı və bir komklekt (4 ədəd) şam alıb Ramil ustaya verdiyini, Ramil usta maşının motorunda bəzi hissələrini dəyişdirdikdən sonra 22 mart 2023-cü il tarixdə ona borc pul götürərək 1210 (bir min iki yüz on) manat pul verdiyini, maşını işlətdiyini amma motor hissəsində səs olduğunu və nə qədər işlədirsiniz işlədin val təzədir o səs kəsiləcək dediyini, hətta özünün də yoxlamaq üçün asfalt yolda maşını sürətlə sürdüyünü, nəhayət maşını səs-küylə evə gətirdiklərini, səhər Ramil ustanın yanına getdiklərini, maşını Naxçıvana kopüterə saldıracaqlarını və onun razılıq verdiyini, onların ustanın yanından qayıdaraq Qarxuna və ordan da Daşarx kəndi yaxınləığında olan yanacaqdoldurma məntəqəsindən benzin götürüb Naxçıvan istiqamətində yola çıxdıqlarını, Danyerinin yol ayrıcında maşından güclü səs çıxdığını və maşının dayandığını, beləcə üzü Xanlıqlara tərəf öz hərəkəti ilə Ələkli kəndinə tərəf gəldiyini və çox çətinliklə maşını Ramil ustanın sexinin qarşısında işlək yolun üstündə saxladıqlarını, Ramil ustanın gəldiyini və bir neçə əlavə usta çağırdığını, nəhayət turbonun dağıldığını bildirdiklərini, Ramil ustanın Turbokompres alınmalı olduğunu bildirdiyini, Bakıdan ödəmə terminalı vasitəsi ilə 370 (üç yüz yetmiş) manat ödədiklərini, 24 mart 2023-cü il tarixdə Surət karqo vasitəsilə 7 (yeddi) manat ödəyərək götürdüklərini, nəhayət turbo qoyulsa da motorun yenə işləmədiyini və Ramil ustanın Türkiyədə və ya Bakıdan motor yenidən yığılmalıdır ki, buna da kimsənin işləməsinə zəmanət vermədiyini bildirdiyini, beləliklə onlrın motor axtarmağa başladıqlarını, nəhayət Bakıda motor tapıb gətirib maşını işlək vəziyyətə gətirdiklərini, beləliklə usta X2 22 mart 2023-cü il tarixli qəbz əsasında 1210 (bir min iki yüz on) manat, xx.xx.2023-cü il tarixli qaimə-faktura ilə 124 (bir yüz iyirmi dörd) manat, xx.xx.2023-cü il tarixli qaimə-faktura ilə 105 (bir yüz beş) manat, xx.xx.2023-cü il qaimə-faktura ilə 569əlli altı) manat və ödəniş terminalı vasitəsilə 370 (üç yüz yetmiş) manat və 07 (yeddi) manat isə karqoya və 100 (bir yüz) manat bir komplekt (4 ədəd) şamlara ödəməklə, cəmi 1916 (bir min doqquz yüz on altı) manat ziyan vurduğunu, Ramil ustanın aldığı motor hissələrinin lazımsız hissə kimi evdə saxlanıldığını, himayəsində əlil uşaq və iki ahıl yaşlı ata-anasının olduğunu, onun bu qədər xərci qarşılamaq üçün Naxçıvanbank ASC-nin Şərur rayon filialından 9900 (doqquz min doqquz yüz) manat kredit götrdüyünü, hər ay 275 (iki yüz yetmiş beş) manat kreditə pul ödədiyini, onun Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsini götürərək usta Cavabdeh sexinə getdiyini və vəziyyəti sənəd əsasında ona anlatdığını, Ramil ustanın ona heçnə ödəməyəcəyini, onun haqqında məhkəmədə iddia qaldırmasını, gəlib cavab verəcəyini dediyini, bütün bunlara əsaslanaraq X1 onlara vurduğu zərərin - 1916 (bir min doqquz yüz on altı) manatın tamlıqla ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında Ramil ustaya ümumilikdə 1210 manat pul verdiyini, həmin pulun 500 manat valın alınmasına, 710 manat zəhmət haqqı verdiyini, həmçinin əlavə olaraq 3 ədəd mühərrikyağı və 1 ədəd “yağ filtir”i, 370 manata da “turbo kompressor” aldığını, cəmi 1830 manat Ramil ustanın ona ziyan vurduğunu bildirərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddiaçı ilə eyni məzmunlu izahat verərək maşına çəkilmiş xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İlkinin “Ford Fusion” markalı avtomobili qoşqu ilə onun yanına gətirdiyini, avtomobilin işə düşmədiyini, mühərrəki işə salmağımı istədiyini bildirdiyini, səbəbini soruşduqda Aslan ustanın “şam”ları açarkən onun qoruyucularını qırdığını, qırıntıların “porşen”lərin başına töküldüyünü, bir neçə “akkumluyator”dan istifadə edərək “starter”lə maşını xodlamağa çalışsada, “mühərrik”in işə düşmədiyini, İlkinin avtomobili onun sexinə qoyub getdiyini, avtomobili düzəltmək üçün 300 manat zəhmət haqqı alacağı barədə İlkinlə razılaşdıqlarını, İlkinin ona 100 manat ödəniş etdiyini, avtomobili işə salmaq istəyəndə onda sıxma olmadığını, “mühərrik”in boş fırlandığını gördüyünü, “şam”ları açdığını, “mühərrik”də sıxma yaranmasını üçün “porşen”lərin başına yağ tökdüyünü, bundan avtomobilin işə düşdüyünü, avtomobilin 15-20 dəqiqə yerində işlədiyini, sonra İlkinin gəldiyini, İlkinə yağ almasını, yağın dəyişdirilməli olduğunu bildirdiyini, yağı dəyişdirdiklərini, avtomobilin səsli işlədiyini, bunun normal olmadığını, səsin nədən olmasını müəyyən etmək üçün avtomobili “diaqnostika” etdirməsini İlkinə bildirdiyini, İlkinin avtomobilə əyləşib getdiyini, həmin gün günortadan sonra İlkinin ona zəng edərək, yolda qaldıqlarını bildirdiyini, avtomobili qoşqu ilə onun yanına gətirdiyini, avtomobilə baxan zaman avtomobilin “turbo kompressor”unun dağıldığını gördüyünü, İlkinin əvvəllər də ona “turbo kompressor” ilə bağlı müraciət etdiyini, ona “turbo kompressor”un artıq “ömrünün bitdiyini” nə vaxtsa dağılacağını, normal işləmədiyini bildirdiyini, İlkinin təzə “turbo kompressor” alıb gətirdiyini, “turbo kompressor”u avtomobilə qoşduğunu, avtomobilin normal işlədiyini, İlkinin avtomobili apardığını, həmin vaxta qədər İlkinin ona pul vermədiyini, 1-2 gün sonra İlkinin yenə gəldiyini, avtomobilin normal işləmədiyini, səs gəldiyini, tüstü verdiyini bildirdiyini, “mühərriki” söküb yerə qoyduğunu, “karter”i açdığını, “karter”də sürtünmə nəticəsində “val”da dəmir qırıntılarının olduğunu gördüyünü, avtomobili təmir etmək istəyən əvvəlki usta tez-tez “starter” verildiyi üçün yağ benzinlə qarışdığından, “val”da yağlama olmadığından boşuna sürtülüb “val”ı yararsız hala saldığını, həmçinin də onsuzda nasaz olan “turbo kompressor”un dağılmasına səbəb olduğunu, Bakı şəhərindən maraqlanaraq “val” tapdığını, İlkinin “val”ın alınması üçün ona 500 manat pul verdiyini, pulu Bakı şəhərinnə göndərdiyini, 350 manata “val” alındığını, 120 manatda taksi və karqoya ödənildiyini, iddiaçının pulu olmadığı üçün özünün 100 manat verib “kladiş” aldığını, “val”ı yerinə qoyduqdan sonra avtomobilin işlədiyini, İlkinin avtomobili sürüb getdiyini, gördüyü işlərə görə həmin anadak İlkinin ona əlavə pul vermədiyini, 1-2 gün sonra İlkinin maşını yenə sexə gətirdiyini, maşının yaxşı işləmədiyini, maşından səs gəldiyini dediyini, bu qədər xərc çəkməkdənsə ona yeni mühərrik almasını tövsiyyə etdiyini, İlkinin “qalofkanı sök baxaq ondan sonra qərar verim” dediyini, “qalofka”nı sökdüyünü, “şam”ın qırıntılarının “qalofka”nın 3-cü “klapan”ını”, “giliz”lərin 4-də tamamilə sıradan çıxardığını gördüyünü, Bakı şəhərində olan tanışlara zəng edərək “klapan” və “giliz”lərin qiymətini maraqlandığını, 1600 manata qədər xərc tələb olunduğunu dediklərini, məcbur qalıb İlkin Bakı şəhərindən yeni mühərrikalıb gətirdiyini, yeni mühərriki yığıb maşını işə saldığını, maşının qaydasında işlədiyini, bu qədər iş gördükdən sonra İlkinin atasının gətirib ona 300 (üç yüz) ABŞ dolları verdiyini, onun zəhmət haqqı bu qədər etməsədə çoxdankı tanışlığı, xərclərinin çox çıxmasını nəzərə alaraq artıq pul tələb etmədiyini, sonradan İlkinin atası sexə gələrək Aslan ustaya qarşı məhkəmədə iddia qaldıracağını dediyini, ona çəkdiyi xərcə görə arayış verməyimi istədiyini, ona 1210 manat xərc çəkilməsinə dair arayış verdiyini, 1210 manatın içərisində “kladişin” alinması üçün özünün ödədiyi, hələdə ona ödəmədiyi 100 manatıda yazmağı xahiş etdiyini, həmin 1210 manat pula ona ilk başdan verdiyi 100 manatın, valın alınması üçün ödədikləri 500 manatın, ona əl xərci olaraq ödədiyi 300 ABŞ dolları, yəni 510 manatın və borclu olduqları 100 manatın daxil olduğunu, İlkinin maşınına heç bir ziyan vurmadığını, ona maşının təmir etməsini dediklərini, o da maşının təmir olunması üçün lazım olan həmin ehtiyyat hissələri və 3 ədəd “mühərrik” yağının alınmasın dediyini, İlkinin də onları alıb gətirdiyini, o da maşını təmir edərək İlkinə təhvil verdiyini bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq izahatında cavabdehin avtomobilin təmiri üçün çəkilən xərclərlə bağlı dediklərinin doğru olduğunu, belə ki, arayışda olan 1200 manat pula ilk başdan cavabdehə verdiyi 100 manatın, “val”ın alınması üçün ödədiyi 500 manatın, cavabdehə əl xərci olaraq ödədiyi 300 ABŞ dolları, yəni 510 manatın və “kladiş”in alınması üçün cavabdehin ödədiyi 100 manatın daxil olduğunu, həmçinin cavabdehin dediyi kimi əvvəlcə də maşının təmiri məqsədilə onun sexində olarkən maşından gələn səsin nə olduğunu soruşduqda” “turbo kompressor”un səsi olduğunu, onun artıq xarab olduğunu, nə vaxtsa dağılacağını, onu dəyişdirmək lazım olduğunu” dediyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, mülki iş materiallarında olan digər sübutlara qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı Məsur mağaza 47 ünvanından 1 ədəd motor yağı üçün 95 manat və 1 ədəd yağ filtir ford üçün 10 manat olmaqla cəmi 105 manat pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 370 manat pul ödənmişdir; - xx.xx.2023-cü il tarixli məxaric xəzinə ordenindən görünür ki, İddiaçı tərəfindən Ford-fusion model avtomobilin motorunun yığılması üçün Cavabdeh 1210 (bir min iki yüz on) manat ödənmişdir; - xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı Məsur mağaza 47 ünvanından 2 ədəd motor yağı üçün 56 manat pul ödənilmişdir; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı ”Ford Fusion” markalı nəqliyyat vasitəsi Şərur rayon Qarxun kənd sakini İddiaçı məxsusdur; - İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobildə yaranmış nasazlığın aradan qaldırılması üçün avtomobili Şərur şəhəri ərazisində yerləşən RTS avtomobil təmiri sexində xidmət göstərən X12un yanına aparmış, usta avtomobili kompyuterə salaraq avtomobilin şamlarına baxılması və zaslonka deyilən detalın təmizlənməsinə ehtiyac olduğunu bildirdirmiş və onunla qeyd olunan nasazlıqları aradan qaldırılası barədə onlar razılaşmışlar. X12 tərəfindən avtomobilin şamları açılarkən onların qoruyucu təbəqələri qırılaraq motorun “porşen”inin başına tökülmüşdür. Usta hava ilə həmin qırıntıları təmizləmiş, iddiaçı tərəfindən alınmış yeni şamları yerinə bağlamış, avtomobili işə salmaq istəsədə avtomobil işə düşməmişdir. Usta şamları yenidən açarkən onlarında qorucu örtükləri qırılaraq yenidən motorun “porşen”inin başına tökülmüşdür. Usta avtomobili işə salınması üçün bir neçə dəfə “starter” versədə avtomobil işə düşməmişdir. X12 avtomobilin təmir olunması üçün əlavə xərc lazım olduğunu bildirmiş, iddiaçı həmin xərclərlə razılaşmadığı üçün özünə məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobili qoşqu ilə başqa usta - hazırkı iş üzrə Cavabdeh yanına aparmışdır. Cavabdeh tərəfindən avtomobil müayinə olunararkən müəyyən edilmişdir ki, “mühərrikin” “porşen”inin başına tökülmüş “şam”ların qoruyucu təbəqələrinin təmizləməsi məqsədilə usta tərəfindən dəfələrlə “starter”in verdiyindən həmin “şaml”arın qırıntıları avtomobilin “turbo kompressor”u, mühərrikin “val”ını yarasız hala salmışdır. Cavabdeh tərəfindən həmin hissələr yenisi ilə əvəz olunsa da, mühərrikin qalofkasının 3-cü “klapan”ı, “giliz”lərinin 4-də tamamilə sıradan çıxması səbəbindən avtomobilin təmiri nəticəsiz qalmışdır. Həmin hissələrin yenisi ilə əvəz olunması daha çox xərcə səbəb olacağından iddiaçı avtomobil üçün yeni “mühərrik almağa məcbur olmuşdur. Məhkəmə tədqiqatı zamanı iddiaçının və onun nümayəndəsinin qeyd etdiyi kimi hazırkı iş üzrə cavabdeh tərəfindən avtomobilə ehtiyyat hissələri (turbo kompressor, val, mühərrik yağı və.s) qeyri-peşəkarlıq nəticəsində deyil, zərurətdən irəli gəldiyi üçün alınması tələb edilmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən həmin avtomobilin təmiri nəticəsində iddiaçıya hər hansi bir ziyan vurulması öz təsdiqini tapmamış, əksinə onu tərəfindən yeni mühərrik yığılaraq avtomobil saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh X6 qarşı “pul tələbi” barədə mülki iş üzrə qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə məhkəmə üçün preyudisial əhəmiyyətə malik Şərur Rayon Məhkəməsinin 2(110)-464/2023 saylı, 24 avqust 2023-cü tarixli qətnaməsində mütəxəssis X3 şifahi məsləhətində avtomobildə şamların qoruyucuları qırılıb “mühərrik”ə tökülərsə “porşenin başına töküldüyünü, bunun yeganə təmir yolu motorun üstən açılıb “porşen”in təmizlənməli olduğunu, mühərrikə “starter” verilməməli, verilərsə qırıntıların “porşeni” və “klapanları” əzə biləcəyini, “klapanın” isə “porşenin” başına düşərsə “gilizlərə” ziyan vura biləcəyini, bir neçə dəfə “starter” verilməsi “mühərrik”inin tutulmasına, “porşen” və “klapanlara” ziyan vurulmasına, nəticədə isə mühərrikinsıradan çıxmasına səbəb olacağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş hazırkı preyudisial hala əsasən qeyd olunmalıdır ki,, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında şifahi formada avtomobilin təmiri ilə bağlı podrat müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklər üzrə cavabdeh avtomobili tam saz vəziyyətinə gətirərək iddiaçıya təhvil vermiş, eyni zamanda məhkəmə tədqiqatı nəticəsində cavabdeh tərəfindən avtomobilin təmiri əsnasında iddiaçıya hər hansı bir ziyan vurulması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan normalardan göründüyü kimi, avtomobildə olan qüsurlara məhz podratçı tərəfindən yol verilmiş olması sübut olunmalıdır. Lakin sifarişçi buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normalarının tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 1916 (bir min doqquz yüz on altı) manat məbləğində ziyanın dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız iddiaçı və onun nümayəndəsinin izahatı mövcuddur ki, həmin izahatlar da məhkəmə tərəfindən mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onların izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onlar tərəfindən də belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilməlidir. - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İşə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-42/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-42/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver