Məhkəmə qərarları › İş №2(110)-424/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-424/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-424/2020 14.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ HakimQarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) AZN, faiz borcu üzrə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) AZN, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) AZN bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı nümayəndəsini məhkəmə baxışına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Lakin İddiaçı ASC-nin xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində məhkəmənin icraatında İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair 2(110)-424/2020 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə baxışı iclaslarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185 və 259 maddələrinə əsasən iştirakları olmadan keçirilməsi və qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İddiaçı iddia ərizəsində İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********13 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 50 ay müddətinə 5100 (beş min yüz) AZN kredit verildiyini, cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin tam və vaxtında ödənilmədiyi, həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasının olduğunu, mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçını səy göstərdiyini, cavabdehin öz öhdəliyini bu günədək yerinə yetirmədiyini, yuxarıda adı çəkilən BPM**********13 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh əsas borc üzrə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) AZN, faiz borcu üzrə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) AZN, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) AZN borcunun mövcud olduğunu qeyd edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) AZN, faiz borcu üzrə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) AZN, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) AZN bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”İddiaçı” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu tarixli BPM**********13 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndinə əsasən Borcverən Borcalana şəxsi istehlak məqsədi ilə 50 ay müddətinə (xx.xx.2023 tarixədək) 5100 (beş min yüz) AZN məbləğində kreditdən istifadəyə görə illik 20 faiz ödəmək şərtilə kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.9 bəndinə əsasən Borcverən Borcalandan krediti və ona hesablanmış faizləri vaxtından əvvəl qayatarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, BPM**********13 nömrəli Məxaric orderinin surətindən görünür ki, ”İddiaçı” ASC tərəfindən Cavabdeh 5049 (beş min qırx doqquz) AZN məbləğində kredit verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh Banka əsas borca görə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, BPM**********13 nömrəli X2 1-ə (ödəniş cədvəlinə) əsasən, ”İddiaçı” ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 50 ay müddətinə 5100 AZN məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2023 tarixləri ərzində ayda 151,2 manat, xx.xx.2023 tarixində isə 146,32 manat olmaqla, cəmi 7555,12 manat pulu ”İddiaçı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC- nin xx.xx.2020 il tarixli, 14/A220 nömrəli bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıqdan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli BPM**********13 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə 50 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 5100 (beş min yüz) manat məbləğində kredit verilmişdir. Borc alan isə götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2023 tarixləri ərzində ayda 151,2 manat, xx.xx.2023 tarixində isə 146,32 manat olmaqla, cəmi 7555,12 manat ”İddiaçı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq Banka əsas borca görə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməklə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli BPM**********13 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh əsas borca görə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat borc tutularaq ”İddiaçı” ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 5527,06 (beş min beç yüz iyirmi yeddi manat altı qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar