Məhkəmə qərarları › İş №2(110)-425/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-425/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-425/2020 02.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 537,58(beş yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, 51 (əlli bir) manat məbləğində faiz borcu olmaqla cəmi 588,58 (beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli **********1420 saylı kredit müqaviləsinə əsasən Cavabdeh biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 15 ay müddətinə 1000 (bir min) manat kredit xətti verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 81 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx xxxxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 537,58(beş yüz otuz yeddi manat əlli səkkiz qəpik) əsas borcu, 51 (əlli bir) faiz borcu, cəmi 588,58(beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat təşkil edir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar heç bir nəticə verməmşdir və kreditor “FİNCA Azerbaijan” MM QBKT öz tələbini məhkəmə yolu ilə həll etməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. İddianın təmin edilməsi, Cavabdeh 537,58(beş yüz otuz yeddi manat əlli səkkiz qəpik)manat əsas borcu, 51 (əlli bir) manat məbləğində faiz borcu olmaqla, cəmi 588,58 (beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat məbləində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli **********1420 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən cavabdeh X2 ilə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, “FİNCA Azerbaijan” MM QBKT Cavabdeh biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 15 ay müddətinə 1000 (bir min) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3 %-i miqdarında komissiya ödəyir. ... Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, “Kredit Alan” kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə” müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli X3 (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********983487 saylı kredit kartı Cavabdeh təqdim edilmiş və hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********983487 saylı X1 görünür ki, “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh ümimi məbləği 1000 AZN olan kreditdən 30 manat komissiya haqqı tutulmaqla, 970 manaat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh Banka 537,58 (beş yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borcu, 51 (əlli bir) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 588,58 (beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli **********1420 saylı “Kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh illik 29 faiz dərəcəsi ilə 15 ay müddətinə 1000 AZN məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2020 tarixləri ərzində ayda 81.00 AZN olmaqla “FİNCA Azerbaijan” MM QBKT-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 005XOH********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “FİNCA Azerbaijan” MM QBKT tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar “Paşa Bank” vasitəsilə Dövlət büdcəsinin AZ37NABZ******************** saylı xəzinə hesabına 30 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 15 ay müddətinə 1000 (bir min) manat kredit vermiş və ona kart təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş və “Kredit Alan” isə müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Kredit Verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhədliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilata 537,58 (beş yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borcu, 51 (əlli bir) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 588,58 (beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 537,58 (beş yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, 51 (əlli bir) manat məbləğində faiz borcu olmaqla, cəmi 588,58 (beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat borc tutularaq “FİNCA Azerbaijan” MM QBKT - nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 537,58 (beş yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, 51 (əlli bir) manat məbləğində faiz borcu olmaqla, cəmi 588,58 (beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 618,58 (altı yüz on səkkiz manat əlli səkkiz qəpik) manat tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar