Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-429/2020 07.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCiddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 1754.56 (bir min yeddi yüz əlli dörd manat əlli altı qəpik) manat əsas borc, 311,02 (üç yüz on bir manat iki qəpik) manat faiz borcu olmaqla, cəmi 2065,58 (iki min altmış beş manat əlli səkkiz qəpik) manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqının tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib belə nəticəyə gəldim ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin və ona əlavə edilmiş sənədlərin qəbulundan mülki prosessual qanunvericiliyə uyğun olaraq imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır; 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Belə ki, iddiaçı cavabdehdən 2065,58 (iki min altmış beş manat əlli səkkiz qəpik) manat kredit borcunun qaytarılmasını tələb edir. Lakin Mülki Prosessual Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ona görə də hesab edirəm ki, mövcud vəziyyətdə iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4cü, 263-264-cü maddələrini rəhbər tutaraq, qərar verdim : İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yəizah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-429/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-429/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver