Məhkəmə qərarları › İş №2(110)-432/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-432/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-432/2020 01.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxxxxx” X1 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbibarədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 1568,20(bir min beş yüz altmış səkkiz manat iyirmi qəpik) manat əsas borc, 269,36 (iki yüz altmış doqquz manat otuz altı qəpik) manat məbləğində faiz borcu, 8,55 (səkkiz manat əlli beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1846,11 (bir min səkkiz yüz qırx altı manat on bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və xx xxxxxx 2020-ci il tarixdə iddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi Yavər Novruzov məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh borcu ödədiyini, ona görə də iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də ailənin bərpası məqsədilə hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlərdə həll oluna bilər; 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, iddiaçı “xxxxxxx” KB ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Dövlət Xəzinədarlığı Agentliyinin AZ85NABZ**********000300344 saylı xəzinə hesabına köçürülmüş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “xxxxxxx” X1 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbibarədə sadələşdirilmiş icraat qaydasında iş üzrə icraata xitam verilsin. İddiaçı “xxxxxxx” KB ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Dövlət Xəzinədarlığı Agentliyinin AZ85NABZ**********000300344 saylı xəzinə hesabına köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar