Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-436/2020 30.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(110)-268/2016 saylı qətnaməsi ilə uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək hər uşağa 170 manat olmaqla iki uşaq üçün 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onunla Cavabdeh arasında bağlanmış nikah Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(110)-180/2012 saylı qətnaməsi ilə pozulduğunu, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X8 onunla qalmasının müəyyən edildiyini, həmin qətnamə ilə cavabdehin qazancının 1/3 hissəsi aliment kimi onun xeyrinə ödənilməsinin qət edildiyini, Şərur rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(110)- 268/2016 saylı qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək Cavabdeh hər uşağa 75 manat olmaqla iki uşağa görə cəmi 150 manat məbləğində alimentin tutularaq ona ödənilməsinin müəyyən olunduğunu, özünün müəllimə işləsə də aldığı əməkhaqqı ilə uşaqlarının normal qidalanmasını, istirahətini, təhslilini təmin etməkdə çətinlik çəkdiyini, eyni zamanda uşaqları ilə birlikdə anasının himayəsində yaşadığını, cavabdehin 150 manat alimentdən başqa heç bir maddi köməklik göstərmədiyini, cavabdehin təqribən 400 manat pensiya almaqla yanaşı fərdi təsərrüfatla da məşğul olduğunu, eyni zamanda Şərur rayon kəndlərində səyyari meyvə-tərəvəz satmaqla əlavə qazanc əldə etdiyini, “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunua əsasən 2020-ci il ölkədə uşaqlar üçün yaşayış minumumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən olunduğunu, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minumumu həddinə çatdırılmasını istədiyini qeyd edərək, Şərur rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(110)-268/2016 saylı qətnaməsi ilə uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək hər uşağa 170 manat olmaqla iki uşaq üçün 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq məhkəmədə haliyədə uşaqlarının böyüdüyünü, uşaqlarının birinin 11, digərinin 13 yaşı olduğunu, orta məktəbdə təhsil aldıqlarını, onların saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən alimentin məbləğinin onların tələbatlarını ödəmədiyini, uşaqların normal qidalanmasını, istirahətlərini, təhsillərini təmin etməyə kifayət etmədiyini, uşaqlarının əlavə hazırlıqlara getməsinə görə hər ay 150 manat pul xərclədiyini, cavabdehin uşaqlarını 2018-ci ildən bu günədək gəlib görmədiyini, eyni zamanda balaca oğlunun “nitqin və intelektin geri qalması”qüsurlu olduğunu, ildə 3 dəfə müalicə olunması üçün Bakı şəhərinə və Rusiya Federasiyasına göndərdiyini, iddiaçının bütün bu xərclərdən xəbərinin olmadığını, uşaqların heç bir xərcləri ilə maraqlanmadığını, balaca oğlunun müalicə məqsədi ilə cavabdehin icazəsi olmadan ölkə hüdudlarından kənara aparmağı üçün razılıq ərizəsini verməsi müqabilində ondan heç bir xərc tələb etməməyi barədə ondan notarial qaydada razılıq ərizəsi aldığını qeyd edərək məhkəmədən Şərur Rayon Məhkəməsinin 2(110)-268/2016 nömrəli, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 170 manat olmaqla iki uşaq üçün 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vermiş olduğu izahatında həqiqətən də, onunla İddiaçı arasında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(110)-180/2012 saylı qətnaməsi ilə pozulduğunu, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X8 onunla iddiaçı ilə qalmasının müəyyən edildiyini, həmin qətnamə ilə cavabdehin qazancının 1/3 hissəsi aliment kimi onun xeyrinə ödənilməsinin qət edildiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(110)-268/2016 saylı qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək ondan hər uşağa 75 manat olmaqla iki uşağa görə cəmi 150 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinin müəyyən olunduğunu, hal-hazırda evli olduğunu, ikinci evliliyindən 2 övladının doğulduğunu, iş qabiliyətinin məhdud olduğunu, təqaüdçü olduğunu, qazancı ilə 6 nəfərin ehtiyacını ödədiyini, iddiaçının müəllimə işləyərək yüksək əmək haqqı aldığını, eyni zamanda sağlamlığı məhdud olan balaca oğluna görə əlavə 200 manat müavinət aldığını, gəlirinin ondan çox olduğunu, kiçik təsərrüfatla məşğul olduğunu, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi qazancının yüksək olmadığını, uşaqlara baxmaq hər iki valideynin borcu olduğunu, alimentin miqdarı artırılarsa ödəməyə maddi imkanının olmayacağını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan, Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli AZ-İ № 151678 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arsındakı nikah xx xxxx 2013-cü il tarixdə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Yuxarı Aralıq kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2006-cı il tarixli AZ-İ № 626775 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxxxx 2006-cı il tarixdə doğulmuş X6 valideynləridir. İş materiallarında olan Şərur rayon Yuxarı Aralıq kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli AZ-İİ № 340082 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X8 valideynləridir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-268/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 üçün Şərur rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(110)-180/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği xx.xx.2016-cı il tarixdən dəyişdirilərək hər uşağa 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Naxçıvan MR Dövlət X15 Şərur Rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 08/638 saylı məktubunda qeyd olunmuşdur ki, Şərur rayon Yuxarı Aralıq kənd sakini Cavabdeh (şəxsi hesab №210432) oğlu İİİ qrup əlil əmək pensiyaçısı kimi şöbədə qeydiyyatda durur və pensiyanın məbləği 310,49 manat təşkil edir. Həmin pensiyadan 150 manat aliment tutulur və vətandaşa 160,49 manat aylıq pensiya ödənilir. İş materiallarına əlavə edilmiş, Naxçıvan MR Şəmək və X11 Mərkəzinin Şərur rayon X11 Mərkəzinin 02/345 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, mərkəzdə sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyatda duranxx.xx.2009-cu il təvəllüdlü X13 anası İddiaçı adına olmaqla aylıq 150.0 manat müavinət 50.0 manat Prezident təqaüdü verilir. İş materiallarına əlavə edilmiş Bakı Baş Səhiyyə X17 xəstəxanasının 430 nömrəli, xx.xx.2015-ci il tarixli epikrizinin surətindən görünür ki, X13 Dərketmə və qavrama funksiyasının zəifliyi, nitqin və intelektin geri qalması kliniki diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Şərur rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli ***-**** saylı arayışdan görünür ki, Tağıyeva X2 tam orta məktəbində müəllim işləyir və onun 1 illik zəhmət haqqısı 2019-2020-ci tədris ili üzrə 4538 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Şərur rayon Yuxarı Aralıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 138 saylı arayışdan görünür ki, Cavabdeh ailə üzvləri aşaıdakı tərkibdən ibarətdir.
1. X7-həyat yoldaşı
2. X19 - 2016
3. X9 – 2017 İş materiallarına əlavə edilmiş Şərur rayon Yuxarı Aralıq knəd İƏD nümayəndəlik tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 784887 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Tağıyeva" soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli AZ-İİİ № 753037 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə Cavabdeh ilə X7 xx xxxx 2016-cı il tarixdə doğulmuş X14 valideynləridir. İş materiallarına əlavə edilmiş Şərur rayon Yuxarı Aralıq kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli AZ-İİİ № 749204 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə Cavabdeh ilə X7 xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarına əlavə edilmiş, Şərur rayon Yuxarı Aralıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 150 saylı arayışdan görünür ki, Cavabdeh haliyyədə Yuxarı Aralıq kəndində anasına məxsus fərdi yaşayış binasında yaşayır, onun təsərrüfatında heç bir növ mal-qara, ev quşları yoxdur, tabeliyində 0,20 (bir tam onda iki) hektar torpaq sahəsində əkinçilik və tərəvəzçiliklə məşğuldur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 268/2016 nömrəli, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa 75 manat olmaqla iki uşağa görə cəmi 150 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı 4 ildən artıq bir müddətdən sonra yenidən məhkəməyə müraciət edərək, izahatında Şərur Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(110)-268/2016 saylı qətnaməsi ilə hər uşağa 75 manat olmaqla, iki uşağa görə cəmi 150 manat məbləğində alimentin tutularaq ona ödənilməsinin müəyyən olunduğunu, haliyədə uşaqlarının böyüdüyünü, uşaqlarının birinin 11, digərinin 13 yaşı olduğunu, orta məktəbdə təhsil aldıqlarını, onların saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən alimentin məbləğinin onların tələbatlarını ödəmədiyini, uşaqların normal qidalanmasını, istirahətlərini, təhsillərini təmin etməyə kifayət etmədiyini, uşaqlarının əlavə hazırlıqlara getməsinə görə hər ay 150 manat pul xərclədiyini, cavabdehin uşaqlarını 2018-ci ildən bu günədək gəlib görmədiyini, eyni zamanda balaca oğlunun nitqin və intelektin geri qalması qüsurlu olduğunu, ildə 3 dəfə müalicə olunması üçün Bakı şəhərinə və Rusiya Federasiyasına göndərdiyini, iddiaçının bütün bu xərclərdən xəbərinin olmadığını, uşaqların heç bir xərcləri ilə maraqlanmadığını, bu səbəbdən də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. Məhkəmə iddiaçının maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı Şərur Rayon Məhkəməsinin 2(110)-268/2016 nömrəli, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün anaları- İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o da nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «X16» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını, hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, onların bütün təminatlarının iddiaçı tərəfindən təmin edilməsi hallarını nəzərə alaraq hesab edir ki,hazırda cavabdehin uşaqlarına ödədiyi alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda, hətta başqası ilə evləndikdə belə uşaqların normalmaddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər halları, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər bir uşaq üçün 75.0 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşaqların maddi tələbatlarını təmin etmədiyi açıq–aşkar sezilməkdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, uşaqların mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların anasının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddia tələbinin qismən təmin edərək Şərur Rayon Məhkəməsinin 2(110)-268/2016 nömrəli, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün anaları- İddiaçı ödənilməsini qənaətbəxş hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə və iddia da qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə münasib olan 7.80 (yeddi manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-268/2016 nömrəli, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün anaları- İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 7.80 (yeddi manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev