Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-441/2024 12.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 750 (yeddi yüz əlli) manat borc pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun Cavabdeh uzun müddətdir ki, tanıdığını, aralarında vaxtı ilə səmimi yoldaşlıq münasibətlərinin də olduğunu, belə ki, 2023-cü ilin sentyabr ayında cavabdehin ona vacib pul lazım olduğunu bildirdiyini, onun da yaxın münasibətlərinə görə ona 12000 (on iki min) manat borc pul verdiyini və bu borc məsələsini onların Şərur Rayon 1 Saylı Notariat Ofisində rəsmiləşdirdiklərini, bu məqsədlə aralarında xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin imzalandığını, cavabdehin adlığı krediti xx.xx.2024-cü ilədək qaytarmağı öhdəsinə götürdüyünü, hər şeyə rəğmən münasibətlərinin əvvəlki kimi davam etdiyini, cavabdehin də borcunu hissə-hissə qaytardığını, bu minvalla cavabdehin ona 18 fevral 2024-cü il tarixədək 11250 (on bir min iki yüz əlli) manat pul ödədiyini, bundan sonra isə onun pulunun qalanını tələb etdikdə cavabdehin ona guya qardaşı Zamiqin ona borcunun olmasını bəhanə edərək ona olan qalıq borcunu qaytarmaqdan imtina etdiyini, onun isə öz növbəsində qardaşı ilə münasibətinin ona aidiyyəti olmadığını və pulunu qaytarmalı olmasını bildirdiyini, bundan sonra isə aralarındakı münasibətin təmamilə pozulduğunu və sonradan cavabdehə etdiyi xəbərdarlıqların heç bir nəticəsinin olmadığını, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını və tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunduğunu, cavabdeh B. Səfərovun müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetirməməsi və ona olan borcunu qaytarmaması, həmçinin, ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq borcunu ödəməkdən yayınması səbəbindən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanıb, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərərk əlavə olaraq izahatında cavabdehlə şərik mebel sexi açdıqlarını, bir müddət işlədikdən sonra yola gedə bilmədikləri üçün şəriklikdən ayrılmaq qərarına gəldiklərini, ortadakı qazancı bölərkən müəyyən etdik ki, cavabdehin ona 14153 manat pul borcunun yarandığını, cavabdehin valideyninin iştirakı ilə akt tərtib etdiklərini, cavabdehin borcunun 12000 manat olması barədə razılığa gəldiklərini, qalan pulu onun borcundan sildiyini, sexə avadanlıq almaq üçün ona pul lazım olduğundan qardaşı Asəfin Bəxtiyarın əvəzindən həmin pulu ona verməsi barədə Bəxtiyarla razılaşdıqlarını, qardaşı Bəxtiyarla notariat kontoruna gedərək kredit müqaviləsi bağladıqdan sonra qardaşı Asəfin həmin pulu ona verdiyini, həmçinin şərik işlədikləri dövrdə yarımçıq işlərinin qaldığını, cavabdehin gedib onlarıda tamamlamaqdan imtina etdiyini, müştərilərin narazılıq etdiyini, cavabdehə dəfələrlə həmin işləri gedib tamamlamağı bildirsədə, ona məhəl qoymadığını, məcbur qalıb 2 nəfər fəhlə götürərək gedib hər birində iki gün işlədiklərini, əlavə avadanlıqlar aldığını, mebelin qapılarını düzgün hazırlamadığı üçün həmin qapıları yenidən kəsərək hazırladığını, əlavə avadanlıqlar quraşdırdığını, həmin işləri tamaladığını, pulunu da aldığını, cavabadehin qardaşına olan borcundan 11250 (on bir min iki yüz əlli) manat pul ödədiyini, qalan 750 manat borcunun ödəməməsinin səbəbi kimi güya ona 750 manat borcunun olduğunu, lakin bunun heç bir əsası olmadığını, tamamilə yalan olduğunu qeyd edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının iddia ərizəsində qeyd etdiklərini və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, “Borcverən” “Borcalan”a 12000 (on iki min) manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti xx.xx.2024-cü il tarixinədək “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunur. İş materiallarına əlavə olunmuş pretenziyanın məzmunundan görünür ki, iddiaçı cavabdehə aralarında bağlanmış müqaviləyə uyğun olaraq ona sonuncu xəbərdarlıq etməklə aldığı borcu 10 gün müddətdində ödəməsini tələb etmiş, borcunu ödəmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 17028 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası "xxxx" ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, bir tərəfdən Borcverən İddiaçı, digər tərəfdən isə Borcalan Cavabdeh olmaqla xx.xx.2023-cü il tarixdə notarial qaydada tədiqlənmiş Kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Borcverən müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək Borcalana 12000 (on iki min) manat məbləğində pulun verilməsini təmin etsədə, lakin Borcalan həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini tam yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 750 (yeddi yüz əlli) manat borcu qalmışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında iştirak edərkən Cavabdeh iddiaçıdan alqığı 12000 manat pulun 11250 manatını ödədiyini, iddiaçının qardaşı Zamiqin gedib onun gördüyü işin pulunu müştərilərindən aldığı üçün qalan 750 manat pulu ona görə iddiaçıya ödəmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyidən, onun məhkəməyə müraciət etməsi ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 780 (yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-441/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-441/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver