Məhkəmə qərarları › İş №2(110)-442/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-442/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-442/2020 21.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı “xxxxxxx” X4 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbibarədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xeyirlərinə 2477,01 (iki min dörd yüz yetmiş yeddi manat bir qəpik) manat əsas borc, 197,32 (bir yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 2674,33 (iki min altı yüz yetmiş dörd manat otuz üç qəpik) manat borc və 30 (otuz) manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 211nkADJ/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 24% ödəmək şərtilə 3009 (üç min doqquz) manat məbləğində kredit verildiyini, ödəniş tarixçəsinə vəhesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdehin ümumilikdə 1287 manat ödəniş etdiyini, həmin məbləğin 531,99 manatının əsas borcdan silindiyini, sadə hsablama üsulu ilə cavabdehə verilmiş kredit məbləğindən (3009 AZN) əsas borcdan silinənə məbləği (531,99 AZN) çıxılanda iddia tələblərindəki məbləği aldıqlarını: 3009-531,99=2477,01 AZN. Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələrin hesablandığını, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək Cavabdeh xeyirlərinə 2477,01 (iki min dörd yüz yetmiş yeddi manat bir qəpik) manat əsas borc, 197,32 (bir yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 2674,33 (iki min altı yüz yetmiş dörd manat otuz üç qəpik) manat borc və 30 (otuz) manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 211nkADJ/19 saylı Kredit və X2 aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “xxxxxxx” KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 3009 (üç min doqquz) AZN məbləğində krediti xətti limiti ayırır, ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin verilməsində məqsədi xx.xx.2018-ci il tarixli, 6406sİNSH/18 nömrəli müqavilə üzrə borcun bağlanmasıdır. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın xx.xx.2018-ci il tarixli, 6406sİNSH/18 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun aktsepsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır, bunun üçün ayrıca sərəncam tələb olunmur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditin kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edilir. Həmin Müqavilənin 3.7 ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə “Bank” bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh Banka 2477,01 (iki min dörd yüz yetmiş yeddi manat bir qəpik) manat əsas borc, 197,32 (bir yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2674,33 (iki min altı yüz yetmiş dörd manat otuz üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 211nkADJ/19 saylı Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, “xxxxxxx” KB ASC tərəfindən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 48 ay müddətinə 3009 AZN məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2022 tarixləri ərzində ayda 99 AZN, xx.xx.2023-cü il tarixində isə 40,5 AZN olmaqla, cəmi 4693,5 AZN pulu “xxxxxxx” KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 04 nömrəli ödəniş tapşırığından görünür ki, xxxxxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar VN Milli Gəlir Departamentinin AZ17CTRE**********0002117131 saylı hesabına 30 manat rüsum ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019 - xx.xx.2020-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 211nkADJ/19 saylı Kredit və X3 əsasən Bank tərəfindən Borcalanın xx.xx.2018-ci il tarixli, 6406sİNSH/18 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinməsi məqsədilə “Bank” 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 3009 (üç min doqquz) AZN məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir, ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2022 tarixləri ərzində ayda 99 AZN, xx.xx.2023-cü il tarixində isə 40,5 AZN olmaqla, cəmi 4693,5 AZN pulu “xxxxxxx” KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 2477,01 (iki min dörd yüz yetmiş yeddi manat bir qəpik) manat əsas borc, 197,32 (bir yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2674,33 (iki min altı yüz yetmiş dörd manat otuz üç qəpik) manat məbləğində pul tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2477,01 (iki min dörd yüz yetmiş yeddi manat bir qəpik) manat əsas borc, 197,32 (bir yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcu, cəmi 2674,33 (iki min altı yüz yetmiş dörd manat otuz üç qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2704,33 (iki min yeddi yüz dörd manat otuz üç qəpik) manat borc pul məcburi tutularaq “xxxxxxx” X4 Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar