Məhkəmə qərarları › İş №2(110)-443/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-443/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-443/2023 09.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus 4000 manat verdiyi borc pulun və dövlət rüsumu kimi ödədiyi 60 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun Ağcabədi şəhərində yaşadığını, onun tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyacı olduğu üçün və ondan borca pul istədiyinə görə qəbzə əsasən qaytarmaq şərti ilə xx.xx.2021-ci il tarixdə 4000 manat borc pul verdiyini, həmin pulu Cavabdeh şəxsən verdiyini və borc müqaviləsinə imza etdirdiyini, həmin borc qəbzinin əslini işə əlavə etdiyini, hazırda pulunu qaytarmaq istəmədiyini, beləliklə cavabdehin ona 4000 manat məbləğində borcunun yarandığını, onun bir neçə dəfə cavabdehdən borcunu ödəməsini tələb etsə də onun yalan vədlər verdiyini və onu aldatdığını, onun külli miqdarda ziyana düşdüyünü, Cavabdeh ona olan borcunu ödəmək istəmədiyini, özünün hepatit və şəkər xəstəliyindən əziyyət çəkdiyini və tez-tez müailəc olunmalı olduğunu, hal-hazırda müalicəsini davam etdirə bilmədiyini qeyd etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramında xx.xx.2023-cü il tarixdə məhkəməyə gələ bilmədiyini, sonralarda şəkər xəstəsi olduğunu, uzaq yola çıxa bilmədiyini, onun iştirakı olmadan Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının iddia ərizəsində qeyd etdiklərini və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh kredit verməyi, borcalanın isə borc aldığı pulu müəyyən olunmuş borcverənə qaytaracağını öhdəsinə götürür. Həmin müqavilənin 2.4.2-ci bəndinə əsasən borcverən İddiaçı 4000 manatı borcalan Cavabdeh verir. Borcalan Cavabdeh isə borcverən İddiaçı 4000 manatı qəbul edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə verilən pul 4000 manatdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə qəbul etdiyi pulu nağd qaydada ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin müddəti istənilən vaxt müəyyə edilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəf vurduğu zərərə görə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəf tam həcmində ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 15325 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən “Kapital Bank”ın Ağcabədi filialı vasitəsilə dövlət büdcəsinə 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, bir tərəfdən borcverən İddiaçı, digər tərəfdən isə borcalan Cavabdeh olmaqla xx.xx.2021-ci il tarixdə Borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Borcverən Borc müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək borcalana 4000 (dörd min) manat məbləğində pulun verilməsini təmin etsədə, lakin borcalan həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, aldığı borcu geri qaytarmamışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı tərəfindən Borc müqaviləsi üzrə nəzərdə tutulmuş borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyidən, onun məhkəməyə müraciət etməsi ilə əlaqədar ödədiyi 60 (altmış) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat borc və 60 (altmış) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4060 (dörd min altmış) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar