Məhkəmə qərarları › İş №2(110)-444/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-444/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-444/2021 05.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Şəhriyar kəndindəki fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi üçün həmin evin içəri daxil olarkən sol otağının yaşaması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, məhkəmə iclasında cavabdeh iştirak etmişdir. İddiaçı isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Мülki-Prossesual Мəcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Мülki-Prossesual Мəcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən 17.05.2021-ci il tarixli 29660 nömrəli ödəniş qəbzinə əsasən Kapital Bankın 28 May filialı vasitəsilə ödədiyi 10 (on) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.7, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 17.05.2021-ci il tarixli 29660 nömrəli ödəniş qəbzinə əsasən Kapital Bankın 28 May filialı vasitəsilə ödədiyi 10 (on) manat dövlət rüsumu özünə qaytarılsın Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar