Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-449/2020 28.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Bank “xxx” X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, iddiaçı Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00016-17/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 1055.52 manat əsas borc, 1.63 manat faiz borcu, ümumilikdə 1057.15 manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Bank “xxx” X3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın problemli kreditlər departamentinin direktoru vəzifəsini icra edən Nihad Abbasov xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddia ərizələrinə iştirakları olmadan baxılaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00016-17/19A saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən Bank “xxx” ASC 1158 (bir min yüz əlli səkkiz) manat 14 (on dörd) qəpik məbləğində krediti illik 1 faizlə 12 ay ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə verildiyini, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-02367-16/14A saylı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxxxx 2024-cü il tarixədək faizi ilə birlikdə Bank “xxx” ASC-yə qaytarmağı öhdəsinə götürdüyünü, Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında ”Problemli kreditləri resturuktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00016-17/19A saylı xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlandığını, Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini ötürdüyü, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyini, həm borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəldiyini, nəticədə iddiaçının cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olduğunu, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixiə hesablanmış və ödənilməmiş 1055.52 manat əsas borc, 1.63 manat faiz borcu olduğunu, beləliklə cavabdehin xx.xx.2020-ci il tarixinə ümumi borcunun 1057.15 manat təşkil etdiyini qeyd edərək Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00016-17/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 1055.52 manat əsas borc, 1.63 manat faiz borcu, ümumilikdə 1057.15 manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, “Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında xx.xx.2020-cü il tarixli RPF-00016-17/19A saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” 1158 (bir min yüz əlli səkkiz) manat 14 (on dörd) qəpik məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə “Borcalan”nın mülkiyyətinə verildiyini, “Borcalan” isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-02367-16/14A saylı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxxxx 2024-cü il tarixədək faizi ilə birlikdə “Borcverən” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borcalan” krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və müddətlərdə “Borcverən”ə ödəməlidir ki, krediti və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə “Borcverən”ə qaytarılmış olsun. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən ”Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda; ”Borcalan”ın maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda; ”Borcalan”ın maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə “Borcverən” tərəfindən yoxlamaların aparılmasına hər hansı bir şəkildə maneçilik törətdikdə; əlverişsiz şəraitin yaranması nəticəsində “Borcalanın” lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda; üçüncü şəxslər tərəfindən “Borcalanın bütün əmlakı, yaxud onun bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda; kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə “Bank” bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını ”Borcalan”dan tələb edə bilər. İş materiallarına əlavə olunmuş Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında ”Problemli kreditləri resturuktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00016-17/19A saylı xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavəyə görə Bank müştəriyə kredit verməyi, Müştəri isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının resturuktrizasiyasıdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və Kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır.Kreditin verilmə tarixindən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh Banka ödənilməmiş 1055.52 (bir min əlli beş manat əlli iki qəpik) manat əsas borc, 1.63 (bir manat altmış üç qəpik) manat faiz borcu olmaqla, cəmi borcu 1057.15 (bir min əlli yeddi manat on beş qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-cü il tarixli RPF-00016-17/19A saylı Kredit Müqaviləsinə 1 saylı Əlavənin ödəniş cədvəlinə əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində ayda 24.63 manat olmaqla, cəmi 1193.76 manat məbləğində pulu Bank “xxx” ASC-nin “Sumqayıt” filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2019 – xx.xx.2020-ci il dövr ərzində Cavabdeh müxtəlif vaxtlarda bank tərəfindən kreditin verilməsi ilə əlaqədar açılmış hesab üzrə ayrı-atrı vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, “Bank “xxx” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “Bank “xxx” ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu və 0.40 manat xidmət haqı ödəmişdir. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə müxtəlif vaxtlarda iki dəfə borcun könüllü şəkildə ödənilməsi barədə bildirişlər ünvanlanmış, birinci dəfə xx.xx.2020-ci il tarixdə cavabdeh həmin ünvanda yaşamadığı üçün bildirişin onlara çatdırılmasının mümkün olmaması barədə akt tərtib olunmuş, ikinci dəfə xx.xx.2020-ci il tarixdə Əhmədov Siyavuş adlı şəxsə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00016- 17/19A saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh KP-02367-16/14A saylı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə 1158 (bir min yüz əlli səkkiz) manat 14 (on dörd) qəpik məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində ayda 24.63 manat olmaqla, cəmi 1193.76 manat məbləğində pulu Bank “xxx” ASC-nin “Sumqayıt” filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyararaq borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 1055.52 (bir min əlli beş manat əlli iki qəpik) manat əsas borc, 1.63 (bir manat altmış üç qəpik) manat faiz borcunun tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bank “xxx” X2 xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək xx.xx.2019-cu il tarixli RPF- 00016-17/19A saylı Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 1055.52 (bir min əlli beş manat əlli iki qəpik) manat əsas borc, 1.63 (bir manat altmış üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1057.15 (bir min əlli yeddi manat on beş qəpik) manat borc, 30.0 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqqının əvəzi olmaqla, ümumilikdə 1087.55 (bir min səksən yeddi manat əlli beş) manat borc pul tutularaq Bank “xxx” X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1055.52 (bir min əlli beş manat əlli iki qəpik) manat əsas borc, 1.63 (bir manat altmış üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1057.15 (bir min əlli yeddi manat on beş qəpik) manat borc, 30.0 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqqının əvəzi olmaqla, ümumilikdə 1087.55 (bir min səksən yeddi manat əlli beş) manat borc pul tutularaq Bank “xxx” X2 xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-449/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-449/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver