Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-450/2020 26.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı İsmayl qızının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı İsmayl qızının Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İsmayl qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Cəlilkənd kənd sakini Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat pulu və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayl qızı iddia ərizəsində Şərur rayon Cəlilkənd kənd sakini Cavabdeh ondan xx xxxxxx 2020-ci il tarixdə 3000 (üç min) manat pul, ümumilikdə 1540 (bir min beş yüz qırx) manat dəyərində olan bir ədəd A 70 markalı telefon və 1 ədəd “Toşiba” markalı kompüter götürdüyünü, cavabdeh hər dəfə pulu götürərkən hər ay hissə-hissə ödəyəcəyinə yazılı surətdə söz verdiyini, cavabdeh ümumilikdə 4540 (dörd min beş yüz qırx) manat puldan 2600 (iki min altı yüz) manat pul ödəsə də, son dörd aydır ki, qalan 1940 (bir min doqquz yüz qırx) manat pulu ödəməkdən yayındığını, cavabdehlə telefon əlaqəsi yaradaraq pulu tələb etsə də, ona rədd cavabı verdiyini, həmçinin dəfələrlə onun yaşadığı evə gedərək, verdiyi pulu tələb etsə də, o pulu ödəməkdən boyun qaçırdığını, buna görə də, məhkəməyə müraciət etməyə məcbur qaldığını, eyni zamanda mübahisənin məhkəmə qaydasında həll olunması üçün hüquq yardım almaq məqsədilə vəkillə müqavilə bağlamaq məcburiyyətində qaldığını, ona göstərilən hüquqi yardıma görə vəkillə müqavilə bağlayaraq Naxçıvan şəhər Hüquq Məsləhətxanasına 300 manat pul ödədiyini, həmin pulun cavabdehdən alınıb ona verilməsini istədiyini qeyd edərək cavabdeh Şərur rayon Cəlikənd kənd sakini Cavabdeh 1940 (bir min doqquz yüz qırx manat) manat pulu və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları bir daha təkrarlayaraq Şərur rayon Cəlikənd kənd sakini Cavabdeh 1940 (bir min doqquz yüz qırx manat) manat pulun və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun alınıb İddiaçı İsmayl qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı olan 1940 manat borcunun olduğunu etiraf etdiyini, hal-hazırda maddi imkanının borcunu tam ödəməyə imkan vermədiyini, iddiaçıya olan borcunun hissə-hissə ödəməyə köməklik göstərilməsini, iddianı qəbul edərək iddianın etirafı haqqında məhkəməyə ərizə təqdim edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddianı müdafiə etməsinə, cavabdehlərin isə iddianı etiraf etməsinə dair izahatlarını dinləyib və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 460 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Fərəcova X3 şəhəri, 28 May küçəsi, mənzil 13 ünvanında yaşayır. İş materiallarında olan ünvan 2 ərazi dairəsi üzrə nümayəndəliyinin 175 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Şərur rayon Cəlilkənd kəndndə qeydiyyatdadır. İş materiallarında olan və Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, o, iddiaçıdan 3000 (üç min) manat pul aldığını və həmin pulu hər ay iddiaçıya 100 (bir yüz) manat olmaqla ödəyəcəyi barədə razılaşmışdır. İş materiallarında olan və Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, o iddiaçıdan bir ədəd A 70 markalı telefonu 940 manata və 1 ədəd “Toşiba” markalı kompüteri 600 manata, cəmi 1540 (bir min beş yüz qırx) manata aldığını, 100 manat nağd şəkildə ödədiyini, qalan məbləği isə hər ay 100 manat manat qaytaracağı barədə razılaşmışdır. İş materiallarında olan və cavabdehlər tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o İddiaçı olan 1940 manat borcunun olduğunu etiraf etdiyini, halhazırda maddi imkanının borcunu tam ödəməyə imkan vermədiyini, iddiaçıya olan borcunun hissə-hissə ödəməyə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Fərəcova X1 Kənan Zamin oğluna 3000 (üç min) manat borc pul vermiş, eyni zamanda 940 manat dəyərində bir ədəd A 70 markalı telefonu və 600 manat dəyərində 1 ədəd “Toşiba” markalı kompüteri nisyə olaraq satılmış, cavabdeh həm aldığı 3000 (üç min) manat borc pulu hər ay 100 manat olmaqla, həm də bir ədəd A 70 markalı telefonun və 1 ədəd “Toşiba” markalı kompüterin cəmi dəyərinə görə borclu olduğu 1540 manat pulu əlavə olaraq hər ay 100 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, lakin aradan uzun müddət keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə ona olan borclarını qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh hər iddiaçıya həqiqətəndə borclu olduğunu etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı iddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı iddiaçı Şərur rayon Cəlilkənd kənd sakini Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat borcunun olmasını etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Eyni zamanda məhkəmə onuda qeyd edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə ödənilmiş pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı İsmayl qızı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi xidmətə görə vəkilə 300 (üç yüz) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və Mülki Prosesual Məcəllənin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Cəlilkənd kənd sakini Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat məbləğində borc pul və İddiaçı İsmayl qızı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manatın əvəzi olmaqla, ümumilikdə 2240 (iki min iki yüz qırx) manat pul alınaraq İddiaçı İsmayl qızına ödənilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-450/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-450/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver