Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-451/2020 23.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 35000 (otuz beş min) manat pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun, cəmisi birlikdə 35030 (otuz beş min otuz) manat pulun bir alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində Şərur rayon Kolxozşura idarəsinin yeməkxana binasını təxminən 1990-cı ildə satın aldığını, həmin əmlakı öz adına sənədləşdirməyərək, həmin idarənin müdiri Fərmanın adına ucuz olsun deyə sənədləşdirdiyini, onun məlumatı olmadan Fərman bacısı oğlu Cavabdeh həmin mülkün idarə olunması üçün ümumi etibarnamə verərək, həmin əmlakın alqı-satqı, girov qoymaq və sair etibar etdiyini, Xudaverdinin bundan sonra həmin əmlakı “Kapital Bank”da girov qoymaqla 70000 (yetmiş min) manat pul götürdüyünü, həmin pulla Xudaverdi özünə aid olan torpaq sahəsinin üzərində parnik tikdirdiyini, həmin mülkün-Şərur rayon Kolxozşura idarəsinin yeməkxana binasının “Kapital Bank”da girov qoyulmasından 2017-ci ildə xəbərinin olduğunu, bundan sonra bu məsələ ilə əlaqədar ilk öncə Fərmanla əlaqə saxlayaraq, ona “mən sənin adına aldığım mülkü necə ola bilər ki, bacın Xudaverdiyə etibarnamə vermisən ki, həmin mülkü girov qoymaqla 70000 (yetmiş min) manat pul götürüb” dediyini, Fərman isə onun Xudaverdinin bundan məlumatının olduğunu və razı olduğunu dediyini, bu səbəbdən də Xudaverdiyə etibarnamə verdiyini bildirdiyini, bu məsələdən dərhal sonra Xudaverdi ilə əlaqə saxladığını, o isə “borc mənim borcumdur, lakin bankdan götürdüyü pulu ödəyə bilmədiyimdən həmin əmlak 35000 (otuz beş min) mana İqtisadiyyat Nazirliyinə satıldığını, bundan sonra Xudaverdi xx xxxxxx 2017-ci il tarixində ərizə yazaraq, ona 35000 (otuz beş min) manat borcu olduğunu və həmin borcu xx xxxxxxxx 2019-cu il tarixədək ödəyəcəyinə söz verdiyini, lakin Xudaverdinin xx xxxxx 2019-cu il tarixindən Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, cavabdehin xx xxxxxx 2017-ci il tarixdə yazdığı ərizədə göstərilən məbləğdən bu günədək heç bir məbləğ ödəmədiyini, hal-hazırda onun həmin pula çox ehtiyacının olduğunu, bu səbəbdən də pulunu ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olduğunu qeyd edərək Cavabdeh 35000 (otuz beş min) manat pulun və ödəniş etdiyi 30 (otuz manat) dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən iddiaçının vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar və iddianın tam əsassız olduğunu düşünərək iştirak etmək istəmədiyini, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizədə o İddiaçı borclu olduğu 35000 manat pulu 2019-cu ilin sentyabr ayının 25-də ödəyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 52185 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin xx.xx.2020-ci il tarixli 2/72 nömrəli məktubundan görünür ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixdən Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir və onun cəza müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 35000 (otuz beş min) manat pul alınaraq İddiaçı verilməlidir. Belə ki, Cavabdeh İddiaçı borclu olduğu 35000 manat pulu 2019-cu ilin sentyabr ayının 25-də ödəyəcəyini etiraf etmiş, lakin cavabdeh borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərinipozmuş, borclu olduğu 35000 (otuz beş min) manat pulu müəyyən edilmiş vaxtda iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadan bağlanır. Məhkəmə hazırki iddia tələbi ilə əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin maddələr sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi cavabdehin ona 35000 (otuz beş min) manat borclu olmasına dair notarial qaydada təsdiqlənmiş etiraf ərizəsini məhkəməyə təqdim etməklə iddia tələbini sübut etmişdir. Cavabdeh tərəfindən isə etiraf ərizəsində qeyd olunan borc pulun qaytarılmasını sübut etmək vəzifəsi onun üzərinə düşür. Ancaq hazırkı iş üzrə cavabdeh məhkəməyə iddia ərizəsində tələb olunan 35000 (otuz beş min) manat pulun iddiaçıya qaytarmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş və iddianın tam əsassız olduğunu düşünərək məhkəmədə iştirak etmək istəmədiyini bildirmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı şifahi borc müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borcalan həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması barədə verdiyi yazılı öhdəliyi yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, borclu olduğu 35000 (otuz beş min) manat pulu borcverənə ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 35000 (otuz beş min) manat məbləğində borc pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 35030 (otuz beş min otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-451/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-451/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver