Məhkəmə qərarları › İş №2(110)-452/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-452/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-452/2021 18.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30116 X4 7 markalı telefon üçün 240 (iki yüz qırx) manat) ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən Fen Philips üçün 63 (altmış üç) manat ödənilməmiş hissə 6 (altı) manat cərimə, 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu HA0YX55X Lenovo TB planşet üçün 117 (bir yüz on yeddi) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 12.10.2019–cu il tarixli müqaviləsinə əsasən İMEİ kod **********96756 X5 8 markalı telefon üçün 404.7 (dörd yüz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə ümumilikdə 905.7 (doqquz yüz beş manat, yetmiş qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh qızından alınaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh iddiaçı "xxxx" MMC ilə 02.07.2019-cu il, 12.10.2019-cu il, 12.10.2019-cu il və 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********30116 Xiaomi Redmi 7 markalı telefon, Fen Philips, İMEİ kod HA0YX55X Lenovo TB planşet, İMEİ kod **********96756 X5 8 markalı telefon aldığını və nəticədə 905.7 (doqquz yüz beş manat, yetmiş qəpik) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən , alqı-satqı qiyməti 453 (dörd yüz əlli üç) manat (18 ay x 25 manat + 3 manat ilkin ödəniş) İMEİ kod **********30116 Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə, 264 (iki yüz altmış dörd) manat olmaqla ondan, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə miqdarında borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 84 (səksən dörd) manat (12 ay x 7 manat +0 manat ilkin ödəniş) Fen Philips üçün ümumilikdə 69 (altmış doqquz) manat olmaqla ondan, 63 (altmış üç) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 6 (altı) manat miqdarında cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 163 (bir yüz altmış üç) manat (12 ay x13 manat + 7 manat ilkin ödəniş) İMEİ kod HA0YX55X Lenovo TB planşet üçün ümumilikdə, 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla ondan 117 (bir yüz on yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat miqdarında cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********96756 X5 8 markalı telefon üçün ümumilikdə, 444.7 (dörd yüz qırx dörd manat yetmiş qəpik) manat olmaqla ondan 404.7 (dörd yüz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat miqdarında cərimə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 415.3 (dörd yüz on beş manat otuz qəpik) manat təşkil etdiyini qeyd edərək 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30116 X4 7 markalı telefon üçün 240 (iki yüz qırx) manat) ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən Fen Philips üçün 63 (altmış üç) manat ödənilməmiş hissə 6 (altı) manat cərimə,12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu HA0YX55X Lenovo TB planşet üçün 117 (bir yüz on yeddi) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 12.10.2019–cu il tarixli müqaviləsinə əsasən İMEİ kod **********96756 X5 8 markalı telefon üçün 404.7(dörd yüz dörd manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə ümumilikdə 905.7 (doqquz yüz beş manat, yetmiş qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh qızından alınaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 11.06.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh qızının iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 02.07.2019-cu il tarixli 00756012 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- telefon qurashdırma xidmeti də daxil olmaqla İMEİ kodu **********30116 və **********30124 olan Xiaomi Redmi 7 3GB/32GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 02.07.2019-cu il tarixli, 00756012 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 453 (dörd yüz əlli üç) manat olan telefon üçün 3 (üç) manat ilkin ödəniş edərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə, ayda 25 (iyirmi beş) manat ödəməyi öhdəsinə götürüb. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 02.07.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Xiaomi Redmi 7 3GB/32GB markalı mobil telefonu tam qüsursuz təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 12.10.2019-cu il tarixli 00975694 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- Philips BHD004/00 model fendir. Tərəflər arasında bağlanmış 12.10.2019-cu il tarixli 00975694 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 84 (səksən dörd) manat olan Philips BHD004/00 model fen üçün ilkin ödəniş ödəməyərək həmin məbləği 12 (on iki) ay müddətinə ayda 7 (yeddi) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 12.10.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Philips BHD004/00 model feni tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh qızı (müştəri) arasında bağlanmış 12.10.2019-cu il tarixli 00976548 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- İMEİ kodu HA0YX55X olan Lenovo TB-7104F model planşetdir. Tərəflər arasında bağlanmış 12.10.2019-cu il tarixli 00976548 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 163 manat olan Lenovo TB-7104F model planşet üçün ilkin ödəniş olaraq 7 (yeddi) manat ödəməklə, qalan məbləği 12 (on iki) ay müddətinə ayda 13 (on üç) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 12.10.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Lenovo TB-7104F model planşeti tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 12.10.2019-cu il tarixli 00976541 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- İMEİ kodu **********96756 və **********96758 olan X5 84/64GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 12.10.2019-cu il tarixli 00976541 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 540 (beş yüz qırx) manat olan X5 84/64GB model mobil telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 45 (qırx beş ) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 12.10.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********96756 və **********96758 olan X5 84/64GB model mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 11.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər dörd müqavilə üzrə cəmiyyətə olan borcu 824.7 (səkkiz yüz iyirmi dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat məbləğində cərimə olmaqla, ümumilikdə 905.7 (doqquz yüz beş manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 12.05.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 14.08.2020/2-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli 00756012 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 453 (dörd yüz əlli üç) manat olan Xiaomi Redmi 7 3GB/32GB model mobil telefon üçün 3 (üç) manat ilkin ödəniş ödəyərək qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 25 (iyirmi beş) manat ödəməyi, 12.10.2019-cu il tarixli 975694 saylı Müqaviləyə əsasən isə qiyməti 84 (səksən dörd) manat olan Fen Philips üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 7 (yeddi) manat ödəməyi, 12.10.2019-cu il tarixli 00976548 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh qızı "xxxx" MMC-dən qiyməti 163 (bir yüz altmış üç) manat olan Lenovo TB-7104F model planşet üçün 7 (yeddi) manat ilkin ödəniş ödəyərək qalan məbləği 12 (on iki) ay müddətinə ayda 13 (on üç) manat ödəməyi, 12.10.2019-cu il tarixli 00976541 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 540 (beş yüz qırx) manat olan X5 8 markalı telefon üçün ilkin ödəniş ödəməyərək 12 (on iki) ay müddətinə ayda 45 (qırx beş) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək dörd müqavilə üzrə telefonlar, planşet və fen üçün cəmi 415.3 (dörd yüz on beş manat otuz qəpik) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin dörd müqavilə üzrə cəmiyyətə 824.7 (səkkiz yüz iyirmi dörd manat, yetmiş qəpik) ödənilməmiş hissə, 81 (səksən bir) manat məbləğində cərimə olmaqla, ümumilikdə 905.7 (doqquz yüz beş manat yetmiş qəpik) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh qızından 02.07.2019-cu il tarixli, 00756012 saylı müqaviləyə əsasən İMEİ kodu **********30116 olan Xiaomi Redmi 7 markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, cəmi 264 (iki yüz altmış dörd) manat borc, 12.10.2019-cu il tarixli, 00975694 saylı müqaviləyə əsasən Philips BHD004/00 model fen üçün 63 (altmış üç) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, cəmi 69 (altmış doqquz) manat borc, 12.10.2019-cu il tarixli 00976548 saylı müqaviləyə əsasən İMEİ kodu HA0YX55X olan Lenovo TB-7104F model planşet üçün 117 ( bir yüz on yeddi) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, cəmi 128 (bir yüz iyirmi səkkiz) manat borc, 12.10.2019-cu il tarixli, 00976541 saylı müqaviləyə əsasən İMEİ kod **********96756 olan X5 84/64GB model mobil telefon üçün 404.7 (dörd yüz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, cəmi 444.7 (dörd yüz qırx dörd manat yetmiş qəpik) manat borc, ümumilikdə 905.7 (doqquz yüz beş manat, yetmiş qəpik) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 02.07.2019-cu il tarixli, 00756012 saylı müqaviləyə əsasən İMEİ kodu **********30116 olan Xiaomi Redmi 7 markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, cəmi 264 (iki yüz altmış dörd) manat borc, 12.10.2019-cu il tarixli, 00975694 saylı müqaviləyə əsasən Philips BHD004/00 model fen üçün 63 (altmış üç) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, cəmi 69 (altmış doqquz) manat borc, 12.10.2019-cu il tarixli 00976548 saylı müqaviləyə əsasən İMEİ kodu HA0YX55X olan Lenovo TB-7104F model planşet üçün 117 (bir yüz on yeddi) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, cəmi 128 (bir yüz iyirmi səkkiz) manat borc, 12.10.2019-cu il tarixli, 00976541 saylı müqaviləyə əsasən İMEİ kod **********96756 olan X5 84/64GB model mobil telefon üçün 404.7 (dörd yüz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, cəmi 444.7 (dörd yüz qırx dörd manat yetmiş qəpik) manat borc, cəmi 905.7 (doqquz yüz beş manat yetmiş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 935.7 (doqquz yüz otuz beş manat yetmiş qəpik) manat borc pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar