Məhkəmə qərarları › İş №2(110)-456/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-456/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-456/2020 05.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(110)-418/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram vuraraq o, olmadan məhkəmənin keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlə xx xxxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu, onların bu nikahından xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 dünyaya gəldiyini, ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətlərinin kəskinləşdiyini və onların birlikdə təsərrüfat aparmaqlarının qeyri-mümkün hala gəlib çıxdığını, artıq birlikdə yaşamaqlarının dözülməz olduğunu görüb 2018-ci ilin iyun ayında birlikdə yaşadıqları evi tərk edib atası evinə sığındığını və ayrılmaq üçün xx xxxxxx 2018-ci il tarixdə nikahlarına xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etdiyini, Şərur rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(110)-418/2020 saylı qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat məbləğində aliment tutularaq ona ödənilməsinin qət edildiyini, artıq ötən bir il müddətində uşaqların böyüdüyünü, xərclərinin artdığını, eyni zamanda respublika üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumununda qalxdığını, ona görə də yenidən məhəməyə müraciət etmək məcburiyyətində qaldığını, pandemiya dövründə Bakıda işlədiyi maqazində işini də itirdiyini və uşaqların saxlanmasının hədən artıq dözülməz bir hal aldığını, cavabdehin bir valideyn kimi uşaqların saxlanmasında köməklik göstərməli oluduğunu qeyd edərək Şərur Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(110)-418/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx xxxxxxxx 2020-ci tarixdə məhkəmənin Faks nömrəsi vasitəsi ilə məhkəməyə şikayət ərizəsi ünvanlayaraq şikayət ərizəsində 2003-cü ildə İddiaçı ilə ailə həyatı qurduğunu, həmin nikahdan iki övladının olduğunu, 2019-cu ildə qanuni şəkildə boşandıqlarını, məhkəmənin ona alimentə görə 200 manat keçmiş həyat yoldaşına verməsini qanuni şəkildə tələb etdiyini, həmin məbləği çətinliklə ödədiyini, indi hal-hazırda ailə həyatı qurduğunu, Bakıda kirayədə yaşadığını, gündəlik işlərə getdiyini, günlük əmək haqqının 5-10 manat olduğunu, bu çətin vəziyyətdə həm kirayə pulu, komunal və ərzağa güclə çatdırdığını, maddi durumunun çox çətin olduğunu, buna baxmayaraq məhkəmə onun haqqında olan aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi qəbul etdiyini və onun həmin məhkəmədə iştirak etməyini tələb etdiyini, hal-hazırda maddi durumu pis olduğu üçün (Bakıda kirayə qaldığını) onun həmin məhkəmədə iştirak edə bilmədiyini, alimentin artırılmasına narazılıq etdiyini, hal-hazırda qanuni heç bir yerdə işləmədiyini, ona köməklik göstərilməsini xahiş etdiyini, yeni qurduğu ailə həyatından bir övladının olduğunu qeyd etmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilənlərə və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2010cu il tarixli AZ-İİ 340787 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2006-cı il təvəllüdlü X5 iş üzrə tərəflərin övladıdır. İş materiallarında olan, Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2010cu il tarixli AZ-İİ 340788 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2008-ci il təvəllüdlü X6 iş üzrə tərəflərin övladıdır. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-418/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- iddiaçı X3 ödənilməsi qət olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 418/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- iddiaçı X3 ödənilməsi qət olunmuşdur. Hazırda isə iddiaçı X4 artıq ötən bir il müddətində uşaqların böyüdüyünü, xərclərinin artdığını, eyni zamanda respublika üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumununda qalxdığını, pandemiya dövründə Bakıda işlədiyi maqazində işini də itirdiyini və uşaqların saxlanmasının hədən artıq dözülməz bir hal aldığını, cavabdehin bir valideyn kimi uşaqların saxlanmasında köməklik göstrməli oludğunu ona görə də yenidən məhəməyə müraciət etmək məcburiyyətində qaldığını, bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların təminatını əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu, hər iki valideynin uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqlarını saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-418/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- iddiaçı X3 ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o da nəzərə alınmışdır ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Eyni zamanda məhkəmə iddiaçının şikayət ərizəsində bildirdikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq şikayət ərizəsində qeyd etdiklərini əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «X7» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq iddia tələbinin qismən təmin etməsi qənaətinə gəlir. Belə ki, ötən bir müddətdəuşaqlar böyüməklə onların maddi tələbatları ilə bərabər Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minumumuda artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün AzərbaycanRespublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda, hətta başqası ilə evləndikdə belə uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər halları ilə müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, uşaqların mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların anasının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, hər iki valideynin uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqlarını saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını, nəzərə alaraq alimentin miqdarının dəyişdirilərək hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməsini qənaətbəxş hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 5.80 (beş manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-418/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxx 2006-cı il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 5.80 (beş manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar