Məhkəmə qərarları › İş №2(110)-464/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-464/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-464/2023 24.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “”Ford Fusion” markalı avtomobilin təmiri zamanı cavabdehin təqsiri üzündən mənə dəymiş maddi zərərin əvəzinin cəmi 4721 (dörd min yeddi yüz iyimi bir) manat, dövlət rüsümu olaraq odədiyim 67.21 (altmış yeddi manat iyirmi bir qəpik) manat ümumilikdə 4788.21 (dörd min yeddi yüz səksən səkkiz manat iyirmi bir qəpik) manat pulun və mülki işin məhkəmə baxışı zamanı yaranacaq əlavə xərclərin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində mülkiyyətində olan ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomaşını işlək vəziyyətdə yoxlatmaq məqsədi ilə Şərur Şəhər ərazisində yerləşən RTS maşın təmiri sexinə apardığını, maşın təmiri sexində işləyən Şərur rayon Kosacan kənd sakini Cavabdeh maşını kompyuterə salaraq maşında şamlarının baxılması və zaslonka deyilən detalın təmizlənməsinə ehtiyac olduğunu bildirdiyini və onunla qeyd olunan nasazlıqları aradan qaldırılası barədə razılaşdıqlarını, Cavabdeh tərəfindən qeyd olunan işlərin görülməsi zamanı maşının mator hissəsində şamlardan (sveça) 7 ədədinin qoruyucu təbəqəsinin qəsdlə sındırılaraq matorun icərisinə tokülməsi nəticəsində maşının matoru yararsız hala düşərək xarab olduğunu, beləliklə Cavabdeh tərəfindən maşının matorunun bilərəkdən qəsdlə xarab edilməsi nəticəsində ona maddi zərər vurulduğunu, onun Cavabdeh maşının matorunun yararsız hala salmasının səbəbini soruşduqda mənə “yaxşı eləmişəm hara gedirsən get” deməsinə görə ərizə ilə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini, Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən maşına yerində baxış keçirildiyini, izahatlar alındığını,. Şərur rayon Polis İdarəsinin 15 mart 2023-cü il tarixli N- 4/1546-M-200 saylı məktubunda ona mülki qaydada Məhkəməyə müraciət etməyi bildirildiyini, maşının bir neçə gün sexdə qalmasına baxmayaraq maşını düzəltmək mümkün olmadığını və maşını qoşqu vasitəsi ilə Şərur rayon Çomaxtur kəndinə “kişi” ləqəbli X1 apardığını, maşının yağının və şamlarının (sveçalarının) dəyişdirilməsi üçün 329 (üç yüz iyirmi doqquz) manat ödəyərək iki baçok mator yağı və bir komklekt (8 ədəd) şam alıb Ramil ustaya verdiyini, Ramin usta əlavə olaraq maşının matorunda bəzi hissələrini də dəyişdirdikdən sonra 22 mart 2023-cü il tarixdə ona borc pul götürərək 1210 (bir min iki yüz on) manat pul verdiyini, usta matorun Turbokompres hissəsinin də dağıldığını, dəyişilməli olduğunu bildirdiyini və bunun üçün əlavə pul ödəməli olduğunu dediyini, həmin vaxt imkanı olmadığından matorun Turbo-kompressunu sonra dəyişmək məqsədilə maşını yarımçıq çıxarıb evə gətirdiyini və ödəmə terminalı vasitəsi ilə 370 (üç yüz yetmiş) manat pul ödəyərək Bakı şəhərində Turbo-kompres sifariş verdiyini, 24 mart 2023-cü il tarixdə “Surət Karqo“ vasitəsi ilə ona Turbo-kompres gündərildiyini və 7 (yeddi) manat ödəyərək Turbo-kompresi götürdüyünü, əlavə olaraq 56 manat ödəyərək 2 ədəd mühərrik yağı aldığını, Turbo-kompresi aldıqdan sonra maşını kompyüterə salınması üçün əlavə 20 (iyirmi) manat pul ödədiyini və Turbo-kompresin salınmasına ustaya 100 (bir yüz) manat borclu qaldığını, beləliklə Cavabdeh səhlənkarlığı və işbilməzliyi səbəbindən maşının təmir edilməsinə 100+329+1270+377+150+20+100+56=2332 (iki min üç yüz otuz iki) manat xərc çəkməyimə baxmayaraq maşın tam hazır deyil və Ramil usta maşının matorunun tam saz vəziyyətə gətirilməsi üçün bəzi detallarının da dəyişdirilməsi lazım olduğunu, bunun üçün əlavə olaraq ən azından 4000 (dörd min) manat da pul lazım olduğunu bildirdiyini, ona görə də onun həmin pulu ödəmək imkanı olmadığından Naxçıvan Bank ASC-nin Şərur rayon filialından 9900 (doqquz min doqquz yüz) manat kredit götürərək əvvəlki borclarımı bağlayıb, əlavə olaraq 2200 (iki min iki yüz manat) pul ödəyərək yeni mator və 109 (bir yüz doqquz) manat ödəyərək mühərrik yağı və yağ filtiri alaraq maşını düzəltdirdiyini, bütün bu işləri görmək üçün ustaya əlavə olaraq 80 manat əl xərci ödədiyini, onun himayəsində Tip 1 şəkərli diabet xəstəsi, azyaşlı əlil qızı X9 və yaşlı ataanası olduğunu, ona görə də maşına çox ehtiyacım olduğunu, lakin imkanı olmadığından maşını təmir etdirmək üçün Naxçıvan Bank ASC-nin Şərur rayon filialından 9900 (doqquz min doqquz yüz) manat kredit götürdüyünü, hər ay 275 manat kreditə pul ödədiyini, onun dəfələrlə Cavabdeh ona dəymiş zərərin qarşılanmasını bildirdikdə, cavabdehin ona pulu olmadığını, ona pul ödəməyəcəyini, hara istəsə ondan şikayət edə biləcəyini, ona heç kəs bir şey edə bilməyəcəyini bildirdiyini, atası isə ona dəymiş zərərin qarşılanması üçün hər ay 20 (iyirmi) manat ödəyə biləcəklərini dediyini, onun dəfələrlə Cavabdehla telefon vasitəsi ilə əlaqə saxlayaraq maşının vəziyyəti ilə maraqlanmalarını, hansı detallarının dəyişdirilməsinə özləri nəzarət etmələrini bildirsə də cavabdehin ona get məni ver məhkəməyə deyərək maşının yanına gəlməkdən yayındığını, ona görə də Cavabdeh səhlənkarlığı və işbilməzliyi, qəsdlə əmlakına zərər vurması səbəbindən ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə pul tələbi barədə məhkəməyə müraciət etmək zərurəti yarandığını qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında Rəsulun şamları açmaq üçün açarı olmadığı üçün aidiyyatı olmayan açarla açdığından şamların qoruyucularının ona görə qırıldığını, avtomobili işə salmaq istəsədə maşının işə düşmədiyini, 4-5 dəfə starter verdiyini avtomobilin yenə də işə düşmədiyini, Aslanın gedib Rəsul adlı ustanı gətirdiyini, Rəsul usta 500 manata motoru açıb təmizləyə biləcəyini, işləməməsinə cavabdehlik daşımadığını, çünki motora starter verildiyi üçün həmin qırıntıların porşeni və gilizləri zədələyə biləcəyini, klapanların əyilməsinə səbəb ola biləcəyini, motorun iş funksiyasının pozulduğunu, ona görədə avtomobilin işə düşməyəcəyini, ona görədə həmin hissələrin dəyişilməli olacağını, bundan sonra Aslanın motorun yığılmasına görə ondan 1500 manat pul istədiyini, Aslana o pulu verməkdən imtina etdiyini, çünki avtomobilinə onun təqsiri ücbatından ziyan dəydiyini, xərcini də onun çəkməli olacağını dediyini, Aslanda cavabında “mənlik deyil hara istəsən şikayət et” dediyini, avtomobili qoşqu vasitəsi ilə Şərur rayon Çomaxtur kəndinə “kişi” ləqəbli X1 apardığını, maşının yağının və şamlarının (sveçalarının) dəyişdirilməsi üçün 329 (üç yüz iyirmi doqquz) manat ödəyərək iki baçok mator yağı və bir komklekt (8 ədəd) şam alıb Ramil ustaya verdiyini, Ramil usta starter verərək avtomobili işə saldığını, Ramil usta matorun Turbo-kompres hissəsinin də dağıldığını, yenisini almaq lazım olduğunu dediyini, əlavə olaraq 370 manat verərək Turbo kompres aldığını, 7 manat Surət karqoya pul ödədiyini, əlavə olaraq Ramil usta bizə “val”, “mühərrik yağı”, “kladiş” və əlavə detallar aldırdığını, lakin avtobobilin düzəlmədiyini, Ramil ustada onlara əlavə xərclərə saldığını, məcbur qalıb 2200 manat verərək yeni motor aldığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında avtomobildə nasazlıq olduğu üçün avtomobili Aslan ustanın yanına apardıqlarını, Aslanın avtomobili təmir etməyə çalışarkən 7 ədəd şamın qoruyucularını qırdığını, qırıntıların mühərrikin içinə töküldüyünü, həmin qırıntıları təmizləməyə çalışsada, lakin təmizləyə bilmədiyini, sonra avtomobilə bir neçə dəfə starter verdiyini, avtomobilin işə düşmədiyini, Rəsul adlı ustanı gətirdiyini, həmin ustada 500 manata motoru açıb təmizləyə biləcəyini, işləməməsinə cavabdehlik daşımadığını, çünki motora starter verildiyi üçün həmin qırıntıların porşeni və gilizləri zədələyə biləcəyini, klapanların əyilməsinə səbəb ola biləcəyini, motorun iş funksiyasının pozulduğunu, ona görədə avtomobilin işə düşməyəcəyini, ona görədə həmin hissələrin dəyişilməli olacağını, bundan sonra Aslanın motorun yığılmasına görə 1500 manat pul istədiyini, Aslana o pulu verməkdən imtina etdiklərini, çünki avtomobilinə onun təqsiri ücbatından ziyan dəydiyini, xərcini də onun çəkməli olacağını dediklərini, daha sonra biz avtomobili usta X2 yanına apardıqlarını, Ramil usta avtomobilə starter verərək avtomobilinişə saldığını, buna görədə matorun Turbo-kompres hissəsinin də dağıldığını, yenisini almaq lazım olduğunu dediyini, əlavə olaraq 370 manat verərək Turbo kompres aldıqlarını, Ramil usta mühərriki altdan söküb motorun “karterini” açdığını, “şamalrın qırıntılarına baxın” deyərək ona nələrisə göstərdiyini, karterə yağ tökərək yerinə bağladığını, avtomobilin yenədə işə getmədiyini, əlavə olaraq bizə “val”, “mühərrik yağı”, “kladiş” və əlavə detallar aldırdığını, lakin avtobobili təmir edə bilmədiyini, həmin hissələrə lazımsız yerə pul xərclətdiyini, həmin hissələrin haliyədə evlərində olduğunu, Ramil ustanında onlara xeyli ziyana saldıqdan sonra nəhayət ki, bizə yeni mühərrik alınmalı olduğunu dediyini, məcbur qalıb 2200 manata yeni mühərrik, 300 manata əlavə detallar aldıqlarını, əl xərci olaraqda onlardan 1210 manat pul aldığını, Həm Cavabdeh, həm də, X4 iş bilməzliyi ucbatından bizə ümumilikdə 4721 manat ziyan dəydiyini, həmin ziyanın yarısının Cavabdeh tələb etdiyini, qalan məbləğidə məhkəmədə iddia qaldıraraq X3 tələb edəcəklərini, hal-hazırda cavabdehə motorun alınması üçün ödədikləri 2200 manatı ödəməsini təklif etdiyini, ödəyərsə çəkdiyi xərcin qalanını ondan tələb etməyəcəyini qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı avtomobilini diaqnostika etdirmək üçün onun yanna gətirdiyini, atomobilə baxdığını və boğulma olduğunu gördüyünü, avtomobilin “zaslonkasının” yuyulmalı olduğunu dediyini, İlkin şamları dəyişdirdiyini, onlara da baxmağımı bildirdiyini, şamları açanda qoruyucularının qırılaraq şamların kənarına töküldüyünü, qırıntıların çox hissəsini hava ilə təmizlədiyini, şamları açdığını onların yerinə İlkinin gətirdiyi şamları bağladığını, sonra qalan qırıntıların da təmizlənməsi üçün avtomobili işə saldığını, avtomobilin işə düşmədiyini, şamları yenidən açdığını, lakin onların da qoruyucularının qırıldığını, avtomobili işə salmaq üçün bir neçə dəfə starter verdiyini, avtomobilin işə düşmədiyini, avtomobilin iki gün təmir sexinin ərazisində qaldığını, İlkinin yeni şamlar gətirdiyini, şamları yerinə bağlasada, lakin yenə avtomobilin işə düşmədiyini, İlkinı səhəri gün mühərrik ustası çağıracam gəlsin avtomobilə baxsın dediyini, səhəri gün sexə gedəndə orada olan şəxslər İlkinin axşam saatlarında başqa bir ustanı gətirdiyini, avtomobilini işə salmağa çalışdıqlarını dediklərini, gedib Rəsul adlı mühərrik ustasını gətirdiyini, ustanın qalofkanın açılmalı olduğunu, qlapanların arasında qırıntı qaldığını, təmizlənməli olduğunu dediyini, buna görə ustanın 500 manat alacağını dediyini, lakin o həmin pulun İlkinin ödəməsini, əlavə lazım olacaq ehtiyyat hissələr olan “qalofkanın proqlatkasının”, “üst krişkanın proqlatkasının”, motorun yağının, əlavə nə lazım olsa hamısının pulunu mən ödəyəcəyəm dediyini, lakin İlkinin onunla razılaşmadığını, sonra İlkin avtomobili qoşqu ilə usta X4 yanına apardığını, o da 400 manata avtomobili düzəldəcəyini dediyini eşitdiyini, həmin ustanın avtomobili işə saldığını eşitdiyini, özünün də həmin ustanın yanına getdiyini, ondan avtomobili necə işə saldığını soruşduğunu, o da mənə “şamları açıb içinə yağ vurub bağladığını, avtomobilin işə düşdüyünü dediyini, İlkinin avtomobili sürüb getdiyini, avtomobilin yolda xarab olduğunu, yenə də həmin ustanın yanına qaytardığını, Ramil ustanın avtomobili o formada işə salınması nəticəsində həmin qırıntıların gilizlərə zərər vurduğunu, motorunu səhvliklə altdan açdığını, mühərrikin yağını boşaltdıqdan sonra, avtomobilin valında problem olduğunu bildiklərini, valı dəyişdikdən sonra yenə də avtomobilin düzəlmədiyini, səhəri gün yenə qalofkanı sökdükləri zaman bloka iz düşdüyünü bildiklərini, İlkinə avtomobili mənə ver mühərrikini yığdırıb sənə təhvili verim dediyini, lakin İlkin razı olmadığını, yeni mühərrikin alınmasını ondan tələb etdiyini, onun tələbindən imtina etdiyini, Ramil ustanın səhlənkarlığı səbəbindən avtomobilə yeni mühərrik aldıqlarını, onun heç bir günahının olmadığını, halbu ki, o əvvəlcədən İlkinə motorun açılaraq şamların qırıntılarını təmizləyib avtomobili ona qaytarılmasını təklif etdiyini, haliyədə tələb olunan pula görə iddiaçıya yalnız 500 manat ödəyə biləcəyini dediyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 17 avqust 2023-cü ildə keçirilən məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X11 ifadəsində avtomobillərin motorunun təmiri ilə məşğul olduğunu, Aslan usta ilə eyni sexdə xidmət göstərdiklərini, Aslan usta onun təmir etdiyi bir avtomobilin motoruna baxması üçün onu öz korpusuna dəvət etdiyini, avtomobilə baxan zaman Aslan ustanın avtomobilin şamlarını açarkən onun qoruyucu təbəqələri qırılaraq motorun “porşeninin” başına töküldüyünün məlum olduğunu, bunu yalnız motoru açmaqla təmizləməyin mümkün olacağını, belə vəziyyətdə işə salınmasına cəhd edərlərsə avtomobilin işə düşməyəcəyini, motorun kiplənəcəyini, müəyyən detalların sıradan çıxacağını məsləhət etdiyini, sonra öz korpusuna getdiyini, qalan heçnədən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasına dəvət edilən mütəxəssis X5 şifahi məsləhətində avtomobildə şamların qoruyucuları qırılıb mühərrikə tökülərsə porşenin başına töküldüyünü, bunun yeganə təmir yolu motorun üstən açılıb “porşenin” təmizlənməli olduğunu, belə bir hal baş verərsə motora starter verilməməli, verilərsə qırıntıların “porşeni” və “klapanları” əzə biləcəyini, “klapanın” isə “porşenin” başına düşərsə “gilizlərə” ziyan vura biləcəyini, bir neçə dəfə starter verilməsi mühərrikinin tutulmasına, “porşen” və “klapanlara” ziyan vurulmasına səbəb olacağını, nəticədə isə motorun sıradan çıxmasına səbəb olacağını, mühərrikin tutulmasının isə motorun alt hissəsinə ziyan vura bilməyəcəyini, mühərrik üst tərəfdən açıldıqdan sonra porşenin zədələnməsi görünərsə, onu dəyişmək üçün o zaman mühərrikin alt tərəfdən açılmalı olduğunu, şamların qırıntılarının “karterə” tökülməsinin mümkün olmadığını, bu yalnız qırıntıların porşeni əzib gilizlərə ziyan vura biləcəyini, bu zaman isə “gilizlərin” qırıntılarının “karterə” ziyan vura biləcəyini, həmin proses zamanı isə “turboya” hər hansı ziyan vurmasının mümkün olmadığını, belə vəziyyətdə avtomobilin suni yolla işə salınması zamanı həmin qırıntılar “turbo” tərəfindən sorulub aparılır ki, bunun da “turboya” ziyan vurmasına səbəb olacağını, həmçinin həmin qırıntıların “valla” “kladişin” arasına girə bilməsinin mümkün olmadığından “valı” cıza bilməyəcəyini, eyni zamanda həmin qırıntıların “porşenin” başından təmizlənməsinə görə usta pulunun avtomobillərin modelinə görə 300-400 manat arasında dəyişdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, mütaxəssisin şifahi məsləhətini mülki iş materiallarında olan digər sübutlara qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “”Ford Fusion” markalı nəqliyyat vasitəsi Şərur rayon Qarxun kənd sakini İddiaçı məxsusdur; - Şərur rayon Prokurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, sizin Şərur rayon Prokurorluğuna ünvanladığınız xx.xx.2023-cü il tarixli müraciətiniz araşdırılmış və müraciətinizdə göstərilən xüsusatlar mülki mübahisə olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz olduğu diqqətinizə çatdırılır; - Şərur rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinə etdiyiniz müraciətə Şərur rayon Polis İdarəsinin əməmkdaşları tərəfindən baxıldı, həmin şikayət ərizəsində bildirilən məsələyə aidiyyəti üzrə məhkəmə orqanları tərəfindən baxılır. Sizin bu barədə məhkəmə oraqlarına müraciət etməyiniz xahiş olunur; - Ümid Avto tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Ford markalı ovtomobilin 4 ədəd orginal sveçasının alınmasına görə 100 manat ödənmişdir. - xx.xx.2023-cü il tarixli məxaric xəzinə ordenindən görünür ki, İddiaçı tərəfindən Ford-fusion model avtomobilin motorunun yığılması üçün X6 1210 (bir min iki yüz on) manat ödənmişdir. - Fotoşəkildən görünür ki, 8 ədəd şamların qoruyucu təbəqələri qırılmışdır; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 370 manat pul ödənmişdir; - xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı 2200 manat dəyərində 1 ədəd Ford fusionun avtomobilinin motorunu almışdır; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 2200 manat pul ödənmişdir; - xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı Məsur mağaza 47 ünvanından 1 ədəd motor yağı üçün 99 manat, 1 ədəd yağ filtir ford üçün 10 manat və 1 ədəd ford hava filtiri üçün 15 manat olmaqla cəmi 124 manat ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı Məsur mağaza 47 ünvanından 1 ədəd motor yağı üçün 95 manat və 1 ədəd yağ filtir ford üçün 10 manat olmaqla cəmi 105 manat pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı Məsur mağaza 47 ünvanından 2 ədəd motor yağı üçün 56 manat pul ödənilmişdir; - xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı Məsur mağaza 47 ünvanından 1 ədəd ravenol üçün 99 manat və 1 ədəd yağ filtir ford üçün 10 manat olmaqla cəmi 109 manat pul ödənilmişdir; - İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə 681 saylı qəbzlə Dövlət büdcəsinə 67.21 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobildə yaranmış nasazlığın aradan qaldırılması üçün avtomobili Şərur şəhəri ərazisində yerləşən RTS avtomobil təmiri sexində xidmət göstərən usta Cavabdeh yanına aparmış, usta avtomobili kompyuterə salaraq avtomobilin şamlarına baxılması və zaslonka deyilən detalın təmizlənməsinə ehtiyac olduğunu bildirdirmiş və onunla qeyd olunan nasazlıqları aradan qaldırılası barədə onlar razılaşmışlar. Usta Cavabdeh tərəfindən avtomobilin şamları açılarkən onların qoruyucu təbəqələri qırılaraq motorun “porşen”inin başına tökülmüşdür. Usta hava ilə həmin qırıntıları təmizləmiş, iddiaçı tərəfindən alınmış yeni şamları yerinə bağlamış, avtomobili işə salmaq istəsədə avtomobil işə düşməmişdir. Usta Cavabdeh məhkəmədə verdiyi izahatında da etiraf etdiyi kimi şamları yenidən açarkən onlarında qorucu örtükləri qırılaraq motorun “porşen”inin başına tökülmüşdür. Bundan sonra o, yenidən avtomobili işə salmağa çalışsada avtomobil işə düşməmişdir. Usta Cavabdeh məhkəmədə verdiyi izahatında da etiraf etdiyi kimi avtomobili işə salınması üçün 3-4 dəfə “starter” versədə avtomobil işə düşməmişdir. Məhkəmə baxışı iclasına dəvət edilən mütəxəssis X5 şifahi məsləhətində avtomobildə şamların qoruyucuları qırılıb mühərrikə tökülərsə porşenin başına töküldüyünü, bunun yeganə təmir yolu motorun üstən açılıb “porşenin” təmizlənməli olduğunu, belə bir hal baş verərsə motora starter verilməməli, verilərsə qırıntıların “porşeni” və “klapanları” əzə biləcəyini, “klapanın” isə “porşenin” başına düşərsə “gilizlərə” ziyan vura biləcəyini, bir neçə dəfə starter verilməsi ühərrikinin tutulmasına, “porşen” və “klapanlara” ziyan vurulmasına, nəticədə isə motorun sıradan çıxmasına səbəb olacağını bildirmişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilə ziyan vurması öz tədiqini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, usta Cavabdeh İddiaçı motorun açılıb təmizlənməsi üçün usta xərci olaraq 500 manat tələb etmiş İddiaçı avtomobilinə onun təqsiri ücbatından ziyan dəydiyini, xərcini də onun çəkməli olduğunu bildirsədə Cavabdeh həmin xərci çəkməkdən imtina etdiyindən, o, avtomobili X8 adlı digər ustanın yanına aparmışdır. Avtomobilə dəyən ziyanın aradan qaldırılması üçün İddiaçı digər usta X6 xx.xx.2023-cü il tarixdə 99 manat dəyərində1 ədəd motor yağı, 10 manat dəyərində 1 ədəd yağ filtiri və 15 manat dəyərində 1 ədəd hava filtiri, xx.xx.2023cü il tarixdə 95 manat dəyərində 1 ədəd motor yağı və 10 manat dəyərində 1 ədəd yağ filtiri, xx.xx.2023-cü il tarixdə 56 manat dəyərində 2 ədəd motor yağı alıb verməsinə baxmayaraq, lakin X8 tərəfindən də, avtomobilə vurulmuş ziyanın aradan qaldırılması mümkün olmamışdır. Nəticədə İddiaçı məcbur qalıb avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün 2200 manat məbləğində avtomobilə yeni motor və əlavə olaraq xx.xx.2023-cü il tarixdə 99 manat dəyərində 1 ədəd ravenol motor yağı və 10 manat dəyərində 1 ədəd yağ filtiri almışdır. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı tərəfindən özünə məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün 4 ədəd orginal şamın (sveçasının) alınmasına görə çəkdiyi xərc 100 manat, avtomobilə yeni motorun alınmasına görə çəkdiyi xərc 2200 manat və xx.xx.2023-cü il tarixdə 1 ədəd ravenol motor yağının alınmasına görə çəkdiyi xərc 99 manat və 1 ədəd yağ filtirinin alınmasına görə çəkdiyi xərc 10 manat olmaqla, ümumilikdə 2409 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda avtomobilin təmiri olunması üçün çəkdiyi xərclərə, digər ehtiyyat hissələrin alınmasına, həmçinin avtomobilin motorunun yığılması üçün ödədiyi pulu dair sübutları təqdim etməklə X6 qarşı məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün 4 ədəd orginal şamın (sveçasının) alınmasına görə ödənilmiş 100 manat, avtomobilə yeni motorun alınmasına görə ödənilmiş 2200 manat, xx.xx.2023-cü il tarixdə 1 ədəd ravenol motor yağının alınmasına görə ödənilmiş 99 manat, 1 ədəd yağ filtirinin alınmasına görə ödənilmiş 10 manat, cəmi 2409 (iki min dörd yüz doqquz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 67.21 (altmış yeddi manat iyirmi bir qəpik) manat dövlət rüsumunun 33.21 manatı iddiaçıya aid edilməli, 34 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün 4 ədəd orginal şamın (sveçasının) alınmasına görə ödənilmiş 100 manat, avtomobilə yeni motorun alınmasına görə ödənilmiş 2200 manat, xx.xx.2023-cü il tarixdə 1 ədəd ravenol motor yağının alınmasına görə ödənilmiş 99 manat, 1 ədəd yağ filtirinin alınmasına görə ödənilmiş 10 manat, cəmi 2409 (iki min dörd yüz doqquz) manat və iddiaçı tərəfindən ödənilmiş 67.21 manat dövlət rüsumunun 34 manatı olmaqla, ümumilikdə 2443 (iki min dörd yüz qırx üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. “ “““““““““Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar