Məhkəmə qərarları › İş №2(110)-473/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-473/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-473/2021 22.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh 2500 (iki min beş yüz) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh uzun müddətdir ki tanıdığını, Cavabdeh azyaşlı qızı olduğunu bildiyini, cavabdehin azyaşlı uşağının ağır xəstə olduğunu, onun təcili müalicəyə ehtiyyac olduğunu və müalicəsi üçün imkanı olmadığını, bu məqsədlə Cavabdeh 2019-cu ilin ortalarında ondan borc olaraq 2500 (iki min beş yüz) manat pul götürərək 2020-ci ilin noyabr ayının 25-nə kimi qaytaracağına söz verdiyini, cavabdeh götürdüyü pulların qaytarılmasına təminat olaraq ona məxsus evin sənədlərini və özünün şəxsiyyət vəsiqəsini ona verdiyini, həmçinin cavabdehin ondan pul götürməsi barədə əlyazması və video yazısı da verdiyini, lakin sonradan cavabdehin onu aldadaraq bankdan kredit pul götürəcəyini bəhanə gətirərək ona verdiyi sənədləri geri götürdüyünü, o cavabdehdən borc olaraq götürdüyü pulları tələb etsə də cavabdehin rədd cavabı verdiyini, həmçinin dəfələrlə ona telefonla zəng edərək verdiyi pulu tələb etsə də onun pulu ödəməkdən boyun qaçırdığını, ona görə də məhkəməyə müraciət etməyə məcbur qaldığını qeyd edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh 2500 (iki min beş yüz) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını təsdiq etmişdir. 10 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı Şərur rayon Məhkəməsində ona qarşı pul tələbi barədə iddia qaldırdığını, onun iddiaçıdan 2018-ci ilin sonlarında 4000 manat faizlə pul aldığını aylıq 400 manat faiz ödədiyini həmin pulun qarşılığında iddiaçıya bir dəst brilyant sırğa üzük dəsti və bir ədəd tək üzük girov qoyduğunu həmin borc aldığı puldan 1500 manat iddiaçıya qaytardığını hal-hazırda iddiaçıya 2500 manat borcu olduğunu, iddianı qəbul etdiyini qeyd edərək bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarına və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş video çəkilişdən görünür ki, cavabdeh Hüseynova X1 iki ildir borc aldığını, Əfsanəyə 2500 (iki min beş yüz) manat borclu olduğunu, ayın 25-dək qaytaracağını, qaytarmayacağı təqdirdə qanun qarşısında məsuliyyət daşiyacağını etiraf etmişdir. İş materiallarına Cavabdeh tərəfindən təqdim olunmuş ərizənin məzmunundan görünür ki, İddiaçı Şərur rayon Məhkəməsində ona qarşı pul tələbi barədə iddia qaldırdığını, onun iddiaçıdan 2018-ci ilin sonlarında 4000 manat faizlə pul aldığını aylıq 400 manat faiz ödədiyini həmin pulun qarşılığında iddiaçıya bir dəst brilyant sırğa üzük dəsti və bir ədəd tək üzük girov qoyduğunu həmin borc aldığı puldan 1500 manat iddiaçıya qaytardığını hal-hazırda iddiaçıya 2500 manat borcu olduğunu, məhkəmənin qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. -191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı iddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı Cavabdeh iddiaçıya 2500 (iki min beş yüz) manat borcunun olmasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar