Məhkəmə qərarları › İş №2(110)-474/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-474/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-474/2021 21.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, Matras – 160x200x25 üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 480 (dörd yüz səksən) manat dəbbə, 20.10.2018-ci il tarixli müqaviləyə əsasən Kombi BOSCH və Kunc Nado divan üçün 1182 (bir min yüz səksən iki) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə olmaqla, ümumilikdə 3616 (üç min altı yüz on altı) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 21.03.2019cu il və 20.10.2018-ci il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, Matras – 160x200x25, Kombi BOSCH və Kunc Nado divan aldığını və nəticədə 3616 (üç min altı yüz on altı) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə 21.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat (23 ay x 123 manat + 0 manat ilkin ödəniş) Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, Matras – 160x200x25 üçün ümumilikdə 2079 (iki min yetmiş doqquz) manat olmaqla, ondan 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 480 (dörd yüz səksən) manat dəbbə borcu yarandığını və 20.10.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3552 (üç min beş yüz əlli iki) manat (24 ay x 148 manat x 0 manat ilkin ödəniş) Kombi BOSCH və Kunc Nado divan üçün 1537 (bir min beş yüz otuz yeddi) manat olmaqla, ondan 1182 (bir min yüz səksən iki) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 3600 (üç min altı yüz) manat təşkil etdiyini qeyd edərək, 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, Matras – 160x200x25 üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 480 (dörd yüz səksən) manat dəbbə, 20.10.2018-ci il tarixli müqaviləyə əsasən Kombi BOSCH və Kunc Nado divan üçün 1182 (bir min yüz səksən iki) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə olmaqla, ümumilikdə 3616 (üç min altı yüz on altı) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “ABC-Telecom" MMC-nin nümayəndəsi 09.09.2021-ci il tarixdə Şərur Rayon Məhkəməsinin elektron poçt ünvanına iddia tələbinin azaldılması barədə ərizə göndərərək ərizəsində, Cavabdeh qarşı iddiaları üzrə başlamış işin Şərur Rayon Məhkəməsinin icraatında olduğunu, 21.03.2019-cu il tarixli müqaviləsinə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, matras üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 480 (dörd yüz səksən) manat dəbbə, 20.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Kombi BOSCH və Kunc Nado divan üçün 1182 (bir min yüz səksən iki) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə pulunun ödənilməsinin xahiş olunduğunu, 06.09.2021-ci il tarixində Kunc Nado markalı divanı geri qaytardığını və 632 (altı yüz otuz iki) manatın borcundan silindiyini, bu səbəbdən iddialarının dəqiqləşdirilməsinə zərurət yarandığını qeyd edərək, 21.03.2019-cu il tarixli müqaviləsinə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, matras üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 480 (dörd yüz səksən) manat dəbbə, 20.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Kombi BOSCH üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə, ümumilikdə 2684 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cəmi 2714 manat, Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə 2(110)-474/2021 nömrəli, 09.09.2021-ci il tarixli qərardadla müllki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı gəlməmiş, lakin "xxxx" MMC-nin baş direktoru 02.09.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 15.07.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh verdiyi izahatında İddiaçı MMC ilə alqı-satqı müqavilələri bağladığını, ondan mebel dəsti, kombi və künc divan aldığını, mebel dəsti və kombinin saz vəziyyətdə, lakin künc divanın yararsız vəziyyətdə olduğunu, bu barədə iddiaçıya məlumat verdiklərini, iddiaçının isə gəlib həmin divanı apardığını, lakin iddia tələbində irəli sürülən borc məbləğinə həmin divanın da qiymətini əlavə etdiyini bildirərək iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.07.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüşü ilə dəvət edilərək iştirak edən şahid X4 ifadəsində Cavabdeh onun oğlu olduğunu, iddia ərizəsində qeyd olunan əşyaları özünün aldığını, oğlunun isə sadəcə müqavilələri imzaladığını, 20.10.2018-ci ildə künc divanı və kombi aldığını, 2019-cu ilin yanvar ayında şirkətə künc divanında qüsur olduğunu şirkətə bildirdiyini, gəlib həmin künc divanını apardıqlarını, təmir edib yenidən gətirdiklərini, lakin yenə qüsurlu olduğu üçün divanı istəmədiyini bildirdiyini, hal-hazırda divanın şirkətdə olduğunu, 2019-cu ildə isə 2829 manata yataq dəsti aldığını, lakin künc divanını qaytarmadıqları üçün yataq dəstinin də pulunu vermədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 20.10.2018-ci il tarixli 00342023 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 2 il yeni qızıl zəmanətli BOSCH-24 model Kombi və 2 il yeni qızıl zəmanətli Nado model künc divanıdır. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 20.10.2018-ci il tarixli 00342023 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı ümumi qiyməti 3552 (üç min beş yüz əlli iki) manat olan əşyalar üçün ilkin ödəniş etmədən 24 (iyirmi dörd) ay müddətinə, ayda 148 (bir yüz qırx səkkiz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 20.10.2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh 2 il yeni qızıl zəmanətli BOSCH-24 model Kombini və 2 il yeni qızıl zəmanətli Nado model künc divanını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 21.03.2019-cu il tarixli 00574977 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA 1801 model Matrasdır. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 21.03.2019-cu il tarixli 00574977 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat olan əşya üçün ilkin ödəniş etmədən 23 (iyirmi üç) ay müddətinə, ayda 123 (bir yüz iyirmi üç) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 21.03.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA 1801 model Matrasdan ibarət əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 20.05.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, cavabdehin cəmiyyətə olan borcu 2781 (iki min yeddi yüz səksən bir) manat ödənilməmiş hissə, 835 (səkkiz yüz otuz beş) manat məbləğində cərimə, ümumilikdə 3616 (üç min altı yüz on altı) manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-474/2021 nömrəli, 09.09.2021-ci il tarixli qərardadından görünür ki, iddia tələbi azaldılaraq 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, matras üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 480 (dörd yüz səksən) manat dəbbə və 20.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Kombi BOSCH üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə, ümumilikdə 2684 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cəmi 2714 manat borcun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan ********* nömrəli, 21.05.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 26.08.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.10.2018-ci il tarixli 00342023 saylı müqaviləyə əsasən ümumi qiyməti 3552 (üç min beş yüz əlli iki) manat olan BOSCH-24 model Kombi və Nado model Kunc divanı üçün ilkin ödəniş etmədən 24 (iyirmi dörd) ay müddətinə, ayda 148 (bir yüz qırx səkkiz) manat, 21.03.2019-cu il tarixli 00574977 saylı müqaviləyə əsasən alıcı Cavabdeh alqı-satqı qiyməti 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat olan Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA1801 model Matras üçün ilkin ödəniş etmədən 23 (iyirmi üç) ay müddətinə ayda 123 (bir yüz iyirmi üç) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 3600 (üç min altı yüz) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə Əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən 2781 (iki min yeddi yüz səksən bir) manat ödənilməmiş hissə, 835 (səkkiz yüz otuz beş) manat məbləğində cərimə, ümumilikdə 3616 (üç min altı yüz on altı) manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, iddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək Nado model Kunc divanı geri qaytardığı üçün cavabdehin borcundan 632 (altı yüz otuz iki) manatın borcunun silinərək cavabdehdən 20.10.2018-ci il tarixli müqaviləsinə əsasən BOSCH-24 model Kombi üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu və 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA1801 model Matras üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 480 (dörd yüz səksən) manat dəbbə pulu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudur. Məhkəmə iddia tələbinin 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA1801 model Matras üçün hesablanmış 480 (dörd yüz səksən) manat dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi qismən təmin edilməlidir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA1801 model Matras üçün hesablanmış 480 (dörd yüz səksən) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 48 (qırx səkkiz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 20.10.2018-ci il tarixli müqaviləyə əsasən BOSCH-24 model Kombi üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu borcu və 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA1801 model Matras üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu borcu olmaqla, hər iki müqavilə üzrə 2149 (iki min bir yüz qırx doqquz) manat ödənilməmiş hissə, 103 (bir yüz üç) manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 2252 (iki min iki yüz əlli iki) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4 (dörd) manatı iddiaçıya aid edilməli, qalan 26 (iyirmi altı) manatı isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 20.10.2018-ci il tarixli müqaviləyə əsasən BOSCH-24 model Kombi üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu borcu və 21.03.2019-cu il tarixli müqaviləyə əsasən Marvin çarpayı, Marvin dolab, Marvin termo, Marvin tumba, ölçüləri 160x200x25 olan OUA1801 model Matras üçün 1599 (bir min beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu borcu, hər iki müqavilə üzrə 2149 (iki min bir yüz qırx doqquz) manat ödənilməmiş hissə, 103.0 (bir yüz üç) manat dəbbə pulu borcu, cəmi 2252.0 (iki min iki yüz əlli iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26.0 (iyirmi altı) manatı olmaqla, ümumilikdə 2278.0 (iki min iki yüz yetmiş səkkiz) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar