Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-476/2020 30.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilərək artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin 2(110)- 321/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki uşağın saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx xxxx 2016-cı il tarixdə el adəti ilə kəmin kəsdirərək toy edib Cavabdeh ilə evləndiklərini, nikahlarının rəsmi olaraq xx xxxx 2018-ci il tarixdə şərur rayon Qeydiyyat şöbəsində 132 nömrə ilə qeydiyyatdan keçirdiklərini, 2020-ci ilin mart ayında onun həyat yoldaşı Cavabdeh tərəfindən vəhşicəsinə döyülərək xəsatər aldığından yaşadığı mənzildən çıxıb və anasının yanına qayıdaraq anası ilə birlikdə yaşadığını, yaşadıqları müddətdə Cavabdeh uşaqlarına heç bir maddi yardım göstərmədiyini, onun Şərur rayon Məhkəməsinə aliment tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyini, Şərur rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(110)- 321/2020 nömrəli qətnaməsi ilə Cavabdeh hər uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat alimentin tutularaq ona ödənilməsinin qət olunduğunu, uşaqların ikisi də xəstə olduqlarından mütəmadi olaraq həkim müayinəsindən keçib müalicə almalı olduqlarını, bunu Cavabdeh özünün də bildiyini, lakin ödənilən alimentlə uşaqları nə saxlamaq nə də onların müalicələrini aparmağın mümkün olmadığını, Cavabdeh valideynləri ilə birlikdə Bakı şəhərində kirayə tutduqları mənzildə yaşadıqlarını, hər üçünündə işlədiklərini, təqaüd aldıqlarını, kifayət qədər normal şəraitdə yaşadıqlarını, Cavabdeh özəl şirkətdə işlədiyini, əlavə gəlirləri olmaqla kifayət qədər yüksək aylıq qazancının olduğunu, onun isə ödənilən alimentlə uşaqları saxlaya bilmədiyini, ödənilən alimentlə övladlarının normal qidalanmasını, öz yaşıdlarından geri qalmamalarını, istirahətlərini, keyfiyyətli tibbi müalicə almalarını təşkil edə bilmədiyini, onun da övladlarının öz yaşıdlarından geri qalmamasını, sağlam böyüməsini istədiyini, bu səbəbdən də alimentin miqdarının artırılması zərurəti yarandığını qeyd edərək, Şərur rayon Məhkəməsinin 2(110)-321/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki uşağın saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxışı iclasına gəlməmişlər və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində İddiaçı xx xxxx 2020-ci il tarixli məhkəmə qətnaməsinin 2 uşağın saxlanması üçün müəyyən olunmuş alimentin (hər uşaq üçün 100 AZN) dəyişdirilərək hər ay üçün hər uşağa 170 AZN olmaqla 340 AZN tələbinin əsasız olduğunu, ona görə ki aldığı əməkhaqqının işlədiyi firma tərəfindən də təsdiqlənmiş arayışda 280 manat olduğunu, həmin 280 AZN-nin 200 AZN-ni məhkəmə tərəfindən ona kəsilən gündən poçt vasitəsilə İddiaçı göndərdiyini, iddiaçının ərizəsində guya onun yüksək əməkhaqı aldığını, atası və anasının işlədiyini, onun bu fikirlərinin heç bir əsası olmadığını, anasının 233 AZN minumum pensiya aldığını, anasının həmdə xroniki qan azlığından əziyyət çəkdiyini, aldığı pensiyasının öz müalicəsinə sərf olunduğunu, atasının ailəsi onun yanında olan vaxt işlədiyini, hal-hazırda işsiz olduğunu və səhhətinin də işləməyə icazə vermədiyini, alimentin göstərilən məbləğə qaldırılmasına onun maddi gücünün çatmadığını, aldığı əməkhaqqının geridə qalan hissəsi ilə yaşlı ata və anasınada baxmalı olduğunu, əgər gücü çatan qədər göndərdiyi məbləğ onları qane eləmirsə uşaqları göndərsin özünün baxacağını, iddiaçının onun uşaqlarla maraqlanmadığını qeyd etdiyini, onun o evə zəng etməyini qadağan etdiklərini, dəfələrlə uşaqlarla danışmaq üçün zəng etdiyini, ancaq telefonu açmadıqlarını, İddiaçı tərəfindən ona qarşı qaldırılan şər böhtan xarakterli iddianın əsassız olduğunu, ondan əvvəlcədən əmək haqqına qarşı kəsilən 200 AZN alimentin qalmasını və bunuda ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 946371 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx xxxx 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, həmin tarixdə 132 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Xəlilova" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli AZ-İİİ 963111 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X1 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli AZ-İV 165394 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş X2 valideynləridir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-321/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şərur rayon Alışar kəndində qeydiyyatda olan Cavabdeh xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Alışar kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Məhkəməy ünvanlanmış xx.xx.2020-ci il tarixli 132 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən “xxxx” MMC-də işləyir, halhazırda Avtopark şöbəsində sürücü yanında köməkçi-fəhlə peşəsində fəaliyyət göstərir və xx.xx.2020 – xx.xx.2020-ci il dövr üzrə hər ay tutqular tutulduqdan sonra 261.80 (iki yüz altmış bir manat səksən qəpik) manat əmək haqqı almışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 321/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-321/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ona hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsinin müəyyən olunduğunu, uşaqların ikisi də xəstə olduqlarından mütəmadi olaraq həkim müayinəsindən keçib müalicə almalı olduqlarını, bunu Cavabdeh özünün də bildiyini, lakin ödənilən alimentlə uşaqları nə saxlamaq nə də onların müalicələrini aparmağın mümkün olmadığını, Cavabdeh valideynləri ilə birlikdə Bakı şəhərində kirayə tutduqları mənzildə yaşadıqlarını, hər üçünündə işlədiklərini, təqaüd aldıqlarını, kifayət qədər normal şəraitdə yaşadıqlarını, Cavabdeh özəl şirkətdə işlədiyini, əlavə gəlirləri olmaqla kifayət qədər yüksək aylıq qazancının olduğunu, onun isə ödənilən alimentlə uşaqları saxlaya bilmədiyini, ödənilən alimentlə övladlarının normal qidalanmasını, istirahətlərini, keyfiyyətli tibbi müalicə almalarını təşkil edə bilmədiyini, onun da övladlarının öz yaşıdlarından geri qalmamasını, sağlam böyüməsini istədiyini, bu səbəbdən də alimentin miqdarının artırılması zərurətinin yarandığını qeyd etmişdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-113/2014 nömrəli, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anası- İddiaçı ödənilməlidir. Məhəkəmə iddiaçının sabit pul məbləğində alimentin artırılması ilə bağlı iddia ərizəsində qeyd etdiklərini, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu, uşaqların maraqlarını, həmçinin onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-113/2014 nömrəli, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarı artırılmalıdır. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «X4» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X4” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X4” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, uşaqların mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların anasının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqlarını saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddia tələbinin qismən təmin edərək Şərur Rayon Məhkəməsinin 2(110)-321/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları-İddiaçı ödənilməsini qənaətbəxş hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə və iddia da qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə münasib olan 18 (on səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-321/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları-İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev