Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-479/2020 12.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin 2(110)- 472/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X2, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X3 və xx xxxx 2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə 2007-ci il tarixdə evləndiklərini, nikahlarının qeydiyyat şöbəsində həmin ildə qeydə alındığını, birgə nikahlarından - xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2, xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxx 2015-ci il təvəllüdlü X4 anadan olduğunu, evləndikdən sonra ailə münasibətlərinin tədricən soyuyaraq hazırda tamamilə kəsildiyini, Şərur rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, üç il olar ki ayrı yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşaqlarının da onun yanında qaldıqlarını, onun uşaqları ilə birlikdə Şərur rayon Oğlanqala kəndində yaşadığını, Şərur Rayon Məhkəməsinin 2(110)-472/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün Əzizdən üç uşaq üçün ayda 240 manat alimentin kəsildiyini, cavabdehin ayda 240 manat aliment ödədiyini, bundan başqa onların maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, özünün heç bir yerdə işləmədiyini, qardaşının himayəsində yaşadığını, haliyyədə uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini, çünki uşaqların böyüdükcə tələbatlarının da artdığını, cavabdehin fərdi əməklə məşğul olduğunu, bazarda al-ver etdiyini,qazancı barədə məlumatı olmadığını qeyd edərək Şərur Rayon Məhkəməsinin 2(110)-472/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X2, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X3 və xx xxxx 2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçı ilə birgə evliliklərindən doğulmuş üç uşağın hər birinə hər ay 80 manat olmaqla, 240 manat məbləğində aliment ödədiyini, özünün İİ qrup əlil olduğunu, 230 manat pensiya aldığını, haliyədə pensiyasının üstünə 10 manat da qoymaqla uşaqlarının alimentini ödədiyi, bundan əlavə günü 5 manata satıcı işlədiyini, başqa heç bir yerdən gəlirinin olmadığını, ancaq alimenti vaxtı vaxtında ödədiyini, bunları nəzərə alaraq İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qarxun kənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxx 2008-ci il tarixli AZ-İİ 165507 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 iş üzrə tərəflərin övladıdır. İş materiallarında olan Şərur rayon Qarxun kənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli AZ-İİ 336505 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxx 2009-cu il təvəllüdlü X6 iş üzrə tərəflərin övladıdır. İş materiallarında olan Şərur rayon Qarxun kənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxx 2015-ci il tarixli AZ-İİİ 303433 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2015-ci il təvəllüdlü X7 iş üzrə tərəflərin övladıdır. İş materiallarında olan Naxşıvan MR Dövlət X8 Şərur rayon şöbəsinin 08/956 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Şərur rayon Qarxun kənd sakini Cavabdeh İİ qrup h/x əmək pensiyaçısı kimi 230.46 manat əmək pensiyası ilə təmin olunmuşdur. İş materiallarında olan Şərur rayon Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 402 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh heç bir yerdə işləmir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-472/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2, xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq anaları- İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 472/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə üç uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2, xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda isə İddiaçı artıq ötən iki il müddətində cavabdehin uşaqlar üçün 240 manat aliment ödədiyini, bundan başqa onların maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, fərdi əməklə məşğul olduğunu, bazarda al-ver etdiyini, qazancı barədə məlumatı olmadığını, haliyyədə uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini, çünki uşaqların böyüdükcə tələbatlarının da artdığını, ona görə də yenidən məhəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə iddiaçının maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların təminatını əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu, hər iki valideynin uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqlarını saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-472/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X2, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X3 və xx xxxx 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o da nəzərə alınmışdır ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «X9» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını, hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, onların bütün təminatlarının iddiaçı tərəfindən təmin edilməsi hallarını nəzərə alaraq hesab edir ki, hazırda cavabdehin uşaqlarına ödədiyi alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən bir müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər halları, uşaqların minimal dolanışıq səviyyəsindəndə aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, uşaqların mənafeyini və digər diqqətəlayiq hallarını uşaqların anasının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, hər iki valideynin uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqlarını saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını, nəzərə alaraq alimentin miqdarının dəyişdirilərək hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2, xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməsini qənaətbəxş hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 8.60 (səkkiz manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-472/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2, xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 8.60 (səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-479/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-479/2020
12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver