Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-483/2020 19.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “İddiaçı“ ASCnin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3338,34 (üç min üç yüz otuz səkkiz manat yetmiş otuz dörd qəpik) əsas borc, 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 13,03 (on üç manat üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Bank İddiaçı ASC –yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq icraatınızda olan və xx xxxxxxx 2020-ci il tarixə saat 16:00-a təyin olunmuş 2(110)-483/2020 saylı mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx“ İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 3500 manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx xxxx 2020-dək Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3338,34 (üç min üç yüz otuz səkkiz manat yetmiş otuz dörd qəpik) manat əsas borc, 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat faiz borcu və 13,03 (on üç manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3338,34 (üç min üç yüz otuz səkkiz manat yetmiş otuz dörd qəpik)əsas borc, 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 13,03 (on üç manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 11-Y-2-0-2919-19 saylı istehlak kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilədən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 11-Y-2-0-2919-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1, 2.3 və 2.4 bəndlərinə əsasən kreditor “Müştəriyə” istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanan 3500 (üç min beş yüz) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üşün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənililr. Həmin Müqavilənin 7.1 -ci bəndlərində qeyd olunmuşdur ki, kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 220-11-Y-2-0-2919-19 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.2 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 11-Y-2-0-2919-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2022 tarixləri ərzində ayda 130,07 manat, xx.xx.2022 tarixində isə 130,15 manat olmaqla, cəmi 4682,60 manat pulu "xxxxxx" İKB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Məxaric Qəbzinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh imza etdirilməklə 3500 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 11-Y-2-0-2919-19 saylı kredit müqaviləsi üzrə Banka 3338,34 (üç min üç yüz otuz səkkiz manat otuz dörd qəpik) manat əsas borc, 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 13,03 (on üç manat üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ**********0000005944 xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 11-Y-2-0-2919-19 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2022 tarixləri ərzində ayda 130,07 manat, xx.xx.2022 tarixində isə 130,15 manat olmaqla, cəmi 4682,60 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3338,34 (üç min üç yüz otuz səkkiz manat yetmiş otuz dörd qəpik) manat, faiz borcuna görə 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat, cərimə borcuna görə 13,03 (on üç manat üç qəpik) manat olmaqla ümumilikdə 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməli, eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 11-Y-2-0-2919-19 saylı Kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 11-Y-2-0-2919-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3338,34 (üç min üç yüz otuz səkkiz manat otuz dörd qəpik) manat, faiz borcuna görə 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat, cərimə borcuna görə 13,03 (on üç manat üç qəpik) manat olmaqla, cəmi 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3659,56 (üç min altı yüz əlli doqquz manat əlli altı qəpik) manat borc pul tutularaq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 11-Y-2-0-2919-19 saylı Kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-483/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-483/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver