Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-484/2020 08.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın Cavabdeh qarşı “borc tələbi” barədə mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, Cavabdeh **********3771 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2000 manat əsas, faiz borcu üzrə 499 manat, cərimə borcuna görə 80.99 manat olmaqla cəmi 2579.99 (iki min beş yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) manat, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarilmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır; 152.1.2 -ci maddəsinə əsasən iddia iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsini iddiaçı təşkilatın nümayəndəsi Ramil Heydərov imzalasada, iddia ərizəsinə onun səlahiyyətlərini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçı təşkilata qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından “FİNCA Azerbaijan” MM QBKT tərfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar “xxxxxxxxx” ASC vasitəsilə dövlət büdcəsinin AZ37NABZ******************** saylı Müxbir hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-yə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları vəAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar “xxxxxxxxx” ASC vasitəsilə dövlət büdcəsinin AZ37NABZ******************** saylı Müxbir hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-yə geri ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-484/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-484/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver