Məhkəmə qərarları › İş №2(110)-485/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-485/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-485/2020 06.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddi ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxxxxxxxxx" X3 Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43898 olan Xiaomi Mi A2 markalı telefon üçün 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Powerbank Mİ, X8-Ear Headphones qulaqcıq üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə 0 (sıfır) manat cərimə, xx xxxx 2019-cu il müqaviləyə əsasən HUAWEİ markalı saat üçün 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19054 Samsung A50 markalı telefon və 4d Glass Full qoruyucu örtük üçün 846 (səkkiz yüz qırx altı) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1836 (bir min səkkiz yüz otuz altı) manat pulun Cavabdeh alınaraq "xxxxxxxxxxx" X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli 00524202 saylı, xx xxx 2019-cu il tarixli 00653568 saylı, xx xxx 2019-cu il tarixli 00672405 saylı, xx xxxx 2019-cu il tarixli 00804426 saylı, xx xxxxxx 2019-cu il tarixli 01030409 saylı müqavilələrə əsasən İMEİ kodu **********43898 və **********19054 Xiaomi Mi A2 və Samsung Galaxy A50 markalı telefon, Powerbank Mİ, X8-Ear Headphones qulaqcıq, Gala- Kika iki mətəbəli, URETAN markalı döşək, HUAWEİ markalı saat və 4d Glass Full qoruyucu örtükaldığını, nəticədə 1806 (bir min səkkiz yüz altı) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxxxx 2019-cu il tarixli 00524202 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (12 ay x 57 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********43898 olan Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə 249 (iki yüz qırx doqquz) manat olmaqla, ondan 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxx 2019-cu il tarixli 00524202 saylı müqaviləyə əsasən alqısatqı qiyməti 108 (bir yüz səkkiz) manat (9 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan Powerbank Mİ, X8-Ear Headphones qulaqcıq üçün ümumilikdə 55 (əlli iki) manat olmaqla, ondan 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxx 2019-cu il tarixli 00672405 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1800 (bir min səkkiz yüz) manat (24 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün ümumilikdə 199 (bir yüz doxsan doqquz) manat olmaqla, ondan 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxx 2019-cu il tarixli 00804426 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ markalı saat üçün ümumilikdə 376 (üç yüz yetmiş altı) manat olmaqla, ondan 342 (üç qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxxxx 2019-cu il tarixli 01030409 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat (9 ay x 94 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********19054 Samsung A50 markalı telefon və 4d Glass Full qoruyucu örtük üçün ümumilikdə 930 (doqquz yüz otuz) manat olmaqla, ondan 846 (səkkiz yüz qırx altı) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 2232 manat təşkil etdiyini qeyd edərək, xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43898 olan Xiaomi Mi A2 markalı telefon üçün 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Powerbank Mİ, X8-Ear Headphones qulaqcıq üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə 0 (sıfır) manat cərimə, xx xxxx 2019-cu il müqaviləyə əsasən HUAWEİ markalı saat üçün 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19054 Samsung A50 markalı telefon və 4d Glass Full qoruyucu örtük üçün 846 (səkkiz yüz qırx altı) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1836 (bir min səkkiz yüz otuz altı) manat pulun Cavabdeh alınaraq "xxxxxxxxxxx" X2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmiş, iş materialında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh bildirişi almişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00524202 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 2 il qızıl zəmanət və telefon quraşdırma xidməti də daxil olmaqla İMEİ kodu **********43898, **********43906 olan Xiaomi Mi A2 Lite 4/64GB mobil telefondur. Həmin Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00524202 saylı Müqavilə və müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 684 (altı yüz səksən dörd) manat olan İMEİ kodu **********43898 olan Xiaomi Mi A2 markalı telefon üçün 12 (on iki) ay müddətinə, ayda 57 (əlli yeddi) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********43898, **********43906 olan Xiaomi Mi A2 Lite 4/64GB mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxx 2019-cu il tarixli 00653568 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- Powerbank Mİ 20000mah- orginal (2usb), X8-Ear X4qcıqdır. Həmin Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli 00653568 saylı Müqavilə və müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 108 (bir yüz səkkiz) manat olan Powerbank Mİ, X8-Ear Headphones qulaqcıq üçün 9 (doqquz) ay müddətinə, ayda 12 (on iki) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Sadıqov X5 Mİ, X8-Ear Headphones qulaqcığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxx 2019-cu il tarixli 00672405 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya - 1 il qızıl zəmanəti olan Gala-Kika iki mərtəbəli (Bəyaz), URETAN (90x200 sm)markalı döşəkdir. Həmin Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli 00672405 saylı Müqavilə və müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1800 (bir min səkkiz yüz) manat olan Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün 24 (iyirmi dörd) ay müddətinə, ayda 75 (yetmiş beş) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh Gala-Kika iki mərtəbəli (Bəyaz), URETAN (90x200 sm) markalıdöşək məhsulunu tam qüsursuz halda təhvil almışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 1800 (bir min səkkiz yüz) manat olan Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün ilkin ödəniş ödəməyərək, 24 (iyirmi dörd) ay müddətinə, ayda 75 (yetmiş beş) manat olmaqla ödəməyi öhdəsinə götürsədə müqavilənin şərtlərini pozduğuna görə tərəflərin qarşılıqlı razılığına əsasən həmin əşya 1226 manat dəyərində qiymətləndirilmiş, həmin məbləğ ümumi borcdan silinmiş, qalan borcun ödənilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00804426 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya - HUAWEİ WATCH Gt markalı saatdır. Həmin Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00804426 saylı Müqavilə və müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 456 (dörd yüz əlli altı) manat olan HUAWEİ markalı saat üçün 12 (on iki) ay müddətinə, ayda 38 (otuz səkkiz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh HUAWEİ WATCH GT markalı saatı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01030409 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya - 2 il qızıl zəmanət və telefon quraşdırma xidməti də daxil olmaqla İMEİ kodu **********19054, **********19052 olan Samsung Galaxy A50 DS (SM-A505) markalı telefon və 4D Full BLACK qoruyucu örtükdür. Həmin Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01030409 saylı Müqavilə və müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 846 (səkkiz yüz qırx altı) manat olan İMEİ kodu **********19054 Samsung A50 markalı telefon və 4d Glass Full qoruyucu örtük üçün 9 (doqquz) ay müddətinə, ayda 94 (doxsan dörd) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********19054, **********19052 olan Samsung Galaxy A50 DS (SM-A505) markalı mobil telefonu və 4D Full BLACK qoruyucu örtüyü tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 1662 (bir min altı yüz altmış iki) manat ödənilməmiş hissə, 144 (bir yüz qırx dörd) manat məbləğində cərimə, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxxxxxxxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxxxxxxxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00524202 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxxxxxxxxx" MMC-dən qiyməti 684 (altı yüz səksən dörd) manat olan İMEİ kodu **********43898 olan Xiaomi Mi A2 markalı telefon üçün ilkin ödəniş ödəməyərək, 12 (on iki) ay müddətinə, ayda 57 (əlli yeddi) manat olmaqla ödəməyi, xx xxx 2019-cu il tarixli 00653568 saylı müqaviləyə əsasən qiyməti 108 (bir yüz səkkiz) manat olan Powerbank Mİ, X8- Ear Headphones qulaqcıq üçün ilkin ödəniş ödəməyərək 9 (doqquz) ay müddətinə ayda 12 (on iki) manat olmaqla ödəməyi, xx xxxx 2019-cu il müqaviləyə əsasən qiyməti 456 (dörd yüz əlli altı) manat olan HUAWEİ markalı saat üçün ilkin ödəniş ödəməyərək, 12 (on iki) ay müddətinə, ayda 38 (otuz səkkiz) manat olmaqla ödəməyi, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 846 (səkkiz yüz qırx altı) manat olan İMEİ kodu **********19054 Samsung A50 markalı telefon və 4d Glass Full qoruyucu örtük üçün ilkin ödəniş ödəməyərək, 9 (doqquz) ay müddətinə, ayda 94 (doxsan dörd) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 1800 (bir min səkkiz yüz) manat olan Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün ilkin ödəniş ödəməyərək, 24 (iyirmi dörd) ay müddətinə, ayda 75 (yetmiş beş) manat olmaqla ödəməyi öhdəsinə götürsədə müqavilənin şərtlərini pozduğuna görə tərəflərin qarşılıqlı razılığına əsasən həmin əşya 1226 manat dəyərində qiymətləndirilərək geri qaytarılsada, həmin əşyaya görə ödənilməmiş 199 manat borcu qalmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 2232 (iki min iki yüz otuz iki) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43898 olan Xiaomi Mi A2 markalı telefon üçün 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Powerbank Mİ, X8-Ear Headphones qulaqcıq üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə, xx xxxx 2019-cu il müqaviləyə əsasən HUAWEİ markalı saat üçün 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19054 Samsung A50 markalı telefon və 4d Glass Full qoruyucu örtük üçün 846 (səkkiz yüz qırx altı) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borc tutularaq "xxxxxxxxxxx" X2 xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43898 olan Xiaomi Mi A2 markalı telefon üçün 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Powerbank Mİ, X8-Ear Headphones qulaqcıq üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Gala-Kika iki mətəbəli, URETAN markalı döşək üçün 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə, xx xxxx 2019-cu il müqaviləyə əsasən HUAWEİ markalı saat üçün 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19054 Samsung A50 markalı telefon və 4d Glass Full qoruyucu örtük üçün 846 (səkkiz yüz qırx altı) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə olmaqla, ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1836 (bir min səkkiz yüz otuz altı) manat məbləğində pul tutularaq “xxxxxxxxxxx” X1 xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar