Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-486/2020 05.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi X1 məhkəmə iclas katibliyi ilə İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 1864 (bir min səkkiz yüz altmış dörd) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində iddiaçı “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 2034 manat dəyərində olan Galanz kondisoneri, Galanz paltaryuyan maşını satdığını, Azərbaycan respublikası Müki Məcəlləsinin 601-ci maddəsinə və alq satqı müqaviləsinin 3.4-cü bəndində əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 1698,5 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürdüyünü, lakin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bugünədək 170 manat ödəniş etdiyini, qalan 1684 manat əsas borcu indiyədək ödəmədiyini, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu, alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilə biləcəyini, dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhələ qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayındığını və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurduğunu, qeyd edərək Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 1864 (bir min səkkiz yüz altmış dörd) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmiş, iş materialında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh bildirişi almışdır. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş müqavilədən və digər sənədlərdən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2019-cu il tarixli ******* saylı alqısatqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı Müqaviləsinin 1.1, 3.4 və 4.1-cü bəndlərinə əsasən, “Satıcı” Galanz Aus 18 H markalı kondisoneri 1171 (bir min yüz yetmiş bir) manata, Galanz XQG60Q710 Esilv markalı paltaryuyanı 863 (səkkiz yüz altmış üç) manata “Alıcıya” verməyi, “Alıcı” isə onu qəbul edib əşyaların qiymətini 12 ay müddətinə hissəhissə “Satıcıya” ödəməyi öhdəsinə götürür. Həmin Müqaviləsinin 8.1 bəndlərinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 (bir) % cərimə ödəyir. Həmin Müqavilənin 11.1 və 11.2-ci bəndlərinə əsasən müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələrin danışıq yolu ilə həll ediləcəyi, bu mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunacağı nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən hal-hazırda cavabdehin iddiaçıya 1864 (bir min səkkiz yüz altmış dörd) manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş alqı-satqı Müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 2034 manat məbləğində avadanlığa ilkin ödəniş ödəmədən 12 ay müddətinə hər ay 169,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Borca dair arayışdan görünür ki, “Alıcı” Cavabdeh 1864 (bir min səkkiz yüz altmış dörd) manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli satılmış əşyanın təhvil verilməsi haqqında aktdan görünür ki, “Satıcı” - “xxxxxxxxxxxxxxx” MMC qiyməti 1171 (bir min yüz yetmiş bir) manat olan /s19k00031gb0021/s19k00031gb0317İMEİ nömrəli Galanz Aus 18 H markalı kondisoner və qiyməti 863 (səkkiz yüz altmış üç) manat olan XY**********9 İMEİ nömrəli Galanz XQG60Q710 Esilv markalı paltaryuyan- məişət texnikalarını “Alıcı”- Cavabdeh qüsursuz təhvil vermişdir. İş materiallarına əlavə olunmuş Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra 3 (üç) gün müddətində borcunu ödəmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı və şəkilmiş xərclərin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən və digər sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ******* saylı alqısatqı Müqaviləsinə əsasən alıcı Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən qiyməti 1171(bir min yüz yetmiş bir) manat olan /s19k00031gb0021/s19k00031gb0317 İMEİ nömrəli Galanz Aus 18 H markalı kondisoner üçün və qiyməti 863 (səkkiz yüz altmış üç) manat olan XY**********9 İMEİ nömrəli Galanz XQG60Q710 Esilv markalı paltaryuyan üçün ilkin ödəniş ödəməyərək, alış qiymətini 12 (on altı) ay müddətinə - ayda 169,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 170 (bir yüz yetmiş) manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən halhazırda cavabdehin iddiaçıya 1864 (bir min səkkiz yüz altmış dörd) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1864 (bir min səkkiz yüz altmış dörd) manat borc tutularaq “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1864 (bir min səkkiz yüz altmış dörd) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 1894 (bir min səkkiz yüz doxsan dörd) manat tutularaq “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-486/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-486/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver