Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-495/2020 07.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur rayon Məhkəməsinin hakimQarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “İddiaçı“ ASCnin xeyrinə xx xxxx 2019-cu il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 436,7 (dörd yüz otuz altı manat yetmiş qəpik) əsas borc, 41 ( qırx bir) manat məbləğində faiz borcu və 22,51 (iyirmi iki manat əlli bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 500,21 (beş yüz manat iyirmi bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxx“ Bank olmayan Kredit təşkilatından illik 36 faizlə 24 ay müddətinə 520 manat kredit götürdüyünü, “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 664 №li xx xxx 2018-ci il tarixli 004 №li müqaviləyə xx xxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə ”xxxxxxxx“ Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququnun “xxxxxx” İKB ASC-yə ötürüldüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, 2020-ci il iyunun 02-dək Cavabdeh banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 436,7 (dörd yüz otuz altı manat yetmiş qəpik) manat əsas borc, 41 ( qırx bir) manat faiz borcu və 22,51 (iyirmi iki manat əlli bir qəpik) cərimə borcu olmaqla, ümumilikdə cəmi 500,21 (beş yüz manat iyirmi bir qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını, Cavabdeh 436,7 (dörd yüz otuz altı manat yetmiş qəpik) manatəsas borc, 41 ( qırx bir) manat məbləğində faiz borcu və 22,51 (iyirmi iki manat əlli bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 500,21 (beş yüz manat iyirmi bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdehn ünvana göndərilmiş, eyni zamanda məhkəmə iclas katibi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 207-0***-******* saylı Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxxxxxx" Bank olmayan Kredit Təşkilatı MMC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş Müqavilənin 3.1, 3.1.1 və 3.1.3-cü bəndlərinə əsasən kreditor “Müştəriyə” istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 36 faiz dərəcəsi ilə hesablanan 520 (beş yüz iyirmi) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 3.1.4-cü bəndinə əsasən Müqavilədə göstərilmiş qaydada Müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin Müqavilənin 3.1.6-cı bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 207-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 05 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 207-0***-******* saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxxxxxx" Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh illik 36 faiz dərəcəsi ilə 24 ay müddətinə 520 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2021 tarixləri ərzində ayda 30,70 manat, xx.xx.2021 tarixində isə 30,86 manat olmaqla, cəmi 736,96 manat pulu “xxxxxxxx" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə “xxxxxx” İKB ASC arasında bağlanmış Tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 №li müqavilənin surətindən görünür ki, “xxxxxxxx” Bank olmayan Kredit Təşkilatı MMC Borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını “xxxxxx” İKB ASC-yə ötürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə “xxxxxx” İKB ASC arasında bağlanmış 004 №li xx xxxx 2019-cu il tarixli Hüquqların ötürülməsi barədə sazişə əsasən “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə borc alanlar arasında bağlanmış kredit təminat müqavilələrinə əsasən Borc alanlara qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını “xxxxxx” İKB ASC-yə ötürüldüyü üçün, borclu Cavabdeh ilə ”xxxxxxxx“ Bank olmayan Kredit təşkilatı MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ da “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan Tələbetmə hüququnun ötürülməsi barədə Bildirişin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Tələbetmə hüququnun ötürülməsi barədə bildiriş Cavabdeh imza etdirilməklə verilmişdir. İş materiallarında olan Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, “xxxxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh Banka 436,7 (dörd yüz otuz altı manat yetmiş qəpik) manat əsas borc, 41 ( qırx bir) manat məbləğində faiz borcu və 22,51 (iyirmi iki manat əlli bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 500,21 (beş yüz manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan kartın Müştəriyə verilməsinə dair Qəbzin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh imza etməklə Bankdan kartı götürmüşdür. İş materiallarında olan çeklərin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ATM00965 nömrəli bankomat vasitəsilə 510 manat pulu nağdılaşdırmışdır. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh həçmin ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 436,7 (dörd yüz otuz altı manat yetmiş qəpik) manat əsas borc, 41.0 (qırx bir) manat məbləğində faiz borcu, 22,51 (iyirmi iki manat əlli bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 500,21 (beş yüz manat iyirmi bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 436,7 (dörd yüz otuz altı manat yetmiş qəpik) manat əsas borc, 41.0 (qırx bir) manat məbləğində faiz borcu, 22,51 (iyirmi iki manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 500,21 (beş yüz manat iyirmi bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 530,21 (beş yüz otuz manat iyirmi bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-495/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-495/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver