Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-495/2023 26.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 dollar borcun və 46 manat (qırx altı) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsində Cavabdeh 2021-ci ilin sentyabr ayında ondan Cahan ticarət mərkəzində İğdir şəhərinə gedərək müalicə olunması üçün 1500 dollar borc pul aldığını və ona oktyabr ayında lotoreya pulunu götürüb sənin pulunu qaytaracağam dediyini, lakin pulunu qaytarmadığını, ona hər dəfə borcunu qaytarmasını istədikdə onun onu aldadaraq verəcəyini bildirdiyini, dəfələrlə pulunun qaytarılması üçün ona zəng vurduğunu, həmin vaxtı onun telefonu açmadığını, başqa insanların yanına gedərək onların onun biraz daha gözləməyini xahiş etdiyini, onun neçə illərdir pulunun qaytarılmasını gözlədiyini, lakin onun pulu qaytarmadığını, onun dəfələrlə Daxili İşlər Nazirliyinə mürciət etdiyini, onlarında onu aidiyyatı üzrə Şərur rayon Polis şöbəsinə və Naxçıvan şəhər Polis şöbsinə yönləndirdiklərini, cavabdehin ondan borc aldığını inkanr etmədiyini, lakin ödəmədiyini, onun da məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X5 izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, həqiqətəndə iddiaçının ona 1500 dollar məbləğində borc pul verdiyini, lakin səhhətində olan problemlərlə əlaqədar, işləməməsi səbəbindən, əlavə borclarının olması səbəbindən iddiaçının pulunu vaxtında ödəyə bilmədiyini, ona görə də iddiaçının məhkəməyə müraciət etdiyini, iddiaçıya borcunun olmasını etiraf etdiyini, artıq işlədiyini, hər ayın 5-də iiddiaçıya 200 (iki yüz) manat ödəməklə hissə-hissə borcunu qaytaracağını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddiasını müdafiə etməsini, cavabdehin isə iddianı etiraf etməsinə dair izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh etiraf ərizəsindən görünür ki, iddiaçı X2 ona qarşı pul tələbi barədə iddia qaldırdığını, iddiaçıya 1500 (bir min beş yüz) dollar məbləğində borcunun olduğunu etiraf etdiyini, indiyə qədər işləyə bilmədiyi üçün ödəyə bilmədiyini, hal-hazırda işlədiyini, borcunun hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X1 1500 (bir min beş yüz) ABŞ dollar borc pul almış, aradan uzun müddət keçməsinə baxmayaraq aldığı borcu iddiaçıya qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 1500 (bir min beş yüz) ABŞ dolları borclu olduğunu etiraf edərək, məhkəməyə borcun etirafı barədə ərizə təqdim etmişdir. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Beləliklə də, məhkəmə baxışı zamanı Şərur rayon Qarxun kənd sakini Cavabdeh iddiaçı X3 1500 (bir min beş yüz) dollar məbləğində borcunun olmasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Qarxun kəndində qeydiyyatda olan Cavabdeh 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq Babək rayon Qahab kəndində qeydiyyatda olan iddiaçı X3 ödənilsin. Şərur rayon Qarxun kəndində qeydiyyatda olan Cavabdeh 46 (qırx altı) manat dövlət rüsumunun əvəzi də alınaraq alınaraq Babək rayon Qahab kəndində qeydiyyatda olan iddiaçı X3 ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-495/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-495/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver