Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-5/2022 02.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cəmi 4231.25 ( dörd min iki yüz otuz bir manat, 25 qəpik) AZN borc- bundan 1350.70 (bir min üç yüz əlli manat 70 qəpik) AZN əsas, 843.80 (səkkiz yüz qırx üç manat 80 qəpik) AZN faiz, 1837.82 (bir min səkkiz yüz otuz yeddi manat 82 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198.93 (bir yüz doxsan səkkiz manat 93 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 2512.24 (iki min beş yüz on iki manat, 24 qəpik) AZNı məbləğində kredit verildiyini, 20 aprel 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 30 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə sazişə əsasən kreditin restrukturizasiya edildiyini və kreditin müddətinin 30.08.2018-ci il tarixinədək uzadıldığını, borcalanın kreditorun qarşısındakı, kredit öhdəliyinin qalığının 2694.87 manat təşkil etdiyini, kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam ödəmənin və s borcalanın vəzifələrindən olduğunu, kredit müqaviləsinin 7-ci bəndinə əsasən borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə kreditor krediti hesablanmış faiz, komissiya və müvafiq halda cərimə və dəymiş zərərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bildiyini, 12.07.2021-ci il tarixə Cavabdeh müqavilənin tələbləri əsasında yaranmış ümumi borcunun 4231.25 (dörd min iki yüz otuz bir manat, 25 qəpik) AZN təşkil etdiyini, bundan 1350.70 (bir min üç yüz əlli manat 70 qəpik) AZN əsas, 843.80 (səkkiz yüz qırx üç manat 80 qəpik) AZN faiz, 1837.82 (bir min səkkiz yüz otuz yeddi manat 82 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198.93 (bir yüz doxsan səkkiz manat 93 qəpik) manat faiz borcu təşkil etdiyini, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********856 saylı 14.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehin borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini, kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditin hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququnun olduğunu, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini, borcun gecikdirildiyini təstiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki cavabdehlərin onlara verilmiş borc məbləğini,ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə biləcəyini qeyd edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cəmi 4231.25 ( dörd min iki yüz otuz bir manat, 25 qəpik) AZN borc-bundan 1350.70 (bir min üç yüz əlli manat 70 qəpik) AZN əsas, 843.80 (səkkiz yüz qırx üç manat 80 qəpik) AZN faiz, 1837.82 (bir min səkkiz yüz otuz yeddi manat 82 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198.93 (bir yüz doxsan səkkiz manat 93 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin 01.02.2022-ci il tarixdə məhkəmənin elktron poçt ünvanına ərizə ünvanlayaraq ərizəsində icraatda olan LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(110)-05/2022 saylı mülki işin baxış iclasının 02.02.2022-ci il saat 14:00-a təyin olunduğunu, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20 aprel 2015-ci il tarixli ******* saylı Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-nin Xəzər filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4-cü bəndinə əsasən “Kreditor” “Borcalan”a dövlət vəsaitinin artırılması və cari xərclər məqsədilə 12 (on iki) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 2512.24 (iki min beş yüz on iki manat, iyirmi dörd qəpik) AZN məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 54 (əlli dörd) faiz ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarına əlavə olunmuş 01.01.2015-30.12.2015-ci illəri əhatə edən hesabdan çıxarışlardan görünür ki, Kreditor tərəfindən 20.04.2015-ci il tarixdə Borcalana 2512.24 manat məbləğində pulun verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Kreditorla Borcalan arasında bağlanmış 20.04.2015-ci tarixli ******* saylı Kredit Müqaviləsi üzrə 30 avqust 2017-ci il tarixli 01 saylı Əlavə Sazişin 1.1 bəndinə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 2694.87 AZN təşkil edir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 1598.79 AZN əsas borc, 548.04 AZN faiz borcu, 548.04 AZN cərimə borcu təşkil edir. Əlavə Sazişin 1.1-ci bəndinin 4-cü abzastına əsasən restrukturizasiya edilmiş kreditin müddəti 30.08.2018-ci il tarixədək təşkil edir. Sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 17% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 17% təşkil edir. Sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 34% dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarına əlavə olunmuş Borcalanın kredit borcunun restruktrizasiya olunması üçün Kreditorla Borcalan arasında bağlanmış 30 avqust 2017-ci il 1 nömrəli Əlavə saziş üzrə ödəniş cədvəlindən görünür ki, Kreditor” “Borcalan”a 12 (on iki) ay müddətinə, illik 17 (on yeddi) faiz dərəcəsi ilə 1598.7 (bir min beş yüz doxsan səkkiz manat yetmiş qəpik) manat məbləğində kredit vermiş Borcalan isə aldığı krediti 30.09.2017- 30.07.2018-ci il tarixləri ərzində ayda 145.82 manat, 30.08.2018-ci il tarixdə isə 145.77 manat olmaqla, ümumilikdə 1749.79 manat pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17 iyul 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 20 aprel 2015-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 12 iyul 2021-ci il tarixə Cavabdeh Banka 1350 AZN əsas, 843 AZN faiz, 1837 AZN cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 198 AZN faiz olmaqla, ümumilikdə 4231 AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan poçt qəbzləri və 14.07.2021-ci il tarixli bildirişdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək 4219.13 AZN məbləğində borcun ödənilməsini 3 gün ərzində ödəməsini bildirmişdir. Cavabdeh gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş 19.08.2021-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlardan görünür ki Cavabdeh kreditin verilməsi təmin edilmiş, o, 2015-2019-cu dövrlər ərzində bankda onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-675/2021 saylı 11 oktyabr 2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28.12.2021-ci il tarixli 343 saylı ekspert rəyində qeyd edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC-nə 20 aprel 2015-ci il tarixli ******* nömrəli Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh oğlunun İddiaçı ASC-nə kredit üzrə 30.08.2018-ci il tarixə (müqavilənin bitmə tarixi) olan əsas borcu 1690.64 (bir min altı yüz doxsan manat, faiz borcu 994.01 (doqquz yüz doxsan dörd) manat və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış faiz borcu 198.93 (yüz doxsan səkkiz) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablamadığı üçün hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2015-ci il tarixli ******* saylı Kredit müqaviləsinə əsasən Kreditor tərəfindən Borcalan Cavabdeh 12 (on iki) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 2512.24 (iki min beş yüz on iki manat, iyirmi dörd qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 12 ay müddətinə Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Kreditorla Borcalan arasında borcalanın kredit borcunun restruktrizasiya olunması məqsədi ilə 30 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə saziş üzrə ödəniş cədvəlindən görünür ki, "Kreditor" "Borcalan"a 12 (on iki) ay müddətinə, illik 17 (on yeddi) faiz dərəcəsi ilə 1598.7 (bir min beş yüz doxsan səkkiz manat yetmiş qəpik) manat məbləğində kredit vermiş Borcalan isə aldığı krediti 30.09.2017- 30.07.2018-ci il tarixləri ərzində ayda 145.82 manat, 30.08.2018-ci il tarixdə isə 145.77 manat olmaqla, ümumilikdə 1749.79 manat pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan" müqavilədən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq əsas borc üzrə 1350.70 (bir min üç yüz əlli manat yetmiş qəpik) manat, faiz borcu üzrə 843.80 (səkkiz yüz qırx üç manat 80 qəpik) manat, cərimə olaraq 1837.82 (bir min səkkiz yüz otuz yeddi manat 82 qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198.93 (bir yüz doxsan səkkiz manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4231.25 (dörd min iki yüz otuz bir manat, iyirmi beş qəpik) manat məbləğində borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu, kredit müqaviləsi bitəndən sonrakı dövr üçün faiz borcunun və cərimənin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2021-ci il tarixli 343 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış 20 aprel 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən 30.08.2018-ci il tarixə (müqavilənin bitmə tarixi) olan əsas borcu 1690.64 (bir min altı yüz doxsan manat, faiz borcu 994.01 (doqquz yüz doxsan dörd) manat və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış faiz borcu 198.93 (bir yüz doxsan səkkiz manat doxsan üç) manat müəyyən edilmiş, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablamadığı üçün hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən tələb olunan əsas borc 1350.70 (bir min üç yüz əlli manat yetmiş qəpik) manat, faiz borcu üzrə 843.80 (səkkiz yüz qırx üç manat səksən qəpik) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda iddiaçının tələb etdiyi kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış faiz borcu ekspert rəyi ilə eyniyyət təşkil etdiyindən məhkəmə qeyd edir ki, Cavabdeh 20 aprel 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış faiz borcu 198.93 (bir yüz doxsan səkkiz manat doxsan üç) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bu qənaətə gəlir ki, Borcalan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən Kreditor borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 1837.82 (bir min səkkiz yüz otuz yeddi manat 82 qəpik) manat məbləğində cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə kredit müqaviləsi üzrə tələb olunan 1837.82 (bir min səkkiz yüz otuz yeddi manat 82 qəpik) manat məbləğində cərimə məbləğinin əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, dəbbə pulunun 183 (bir yüz səksən üç) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198.93 (bir yüz doxsan səkkiz manat doxsan üç) manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198.93 (bir yüz doxsan səkkiz manat doxsan üç) manat tutulması hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh əsas borc üzrə 1350.70 (bir min üç yüz əlli manat yetmiş qəpik) manat, faiz borcu üzrə 843.80 (səkkiz yüz qırx üç manat 80 qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 198.93 (bir yüz doxsan səkkiz manat doxsan üç) manat və cərimə olaraq 183 (bir yüz səksən üç) manat olmaqla, ümumilikdə 2576.43 (iki min beş yüz yetmiş altı manat qırx üç) manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18.27 manatı iddiaçıya aid edilməli, 11.73 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 1350.70 (bir min üç yüz əlli manat yetmiş qəpik) manat, faiz borcu üzrə 843.80 (səkkiz yüz qırx üç manat 80 qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 198.93 (bir yüz doxsan səkkiz manat doxsan üç) manat və cərimə olaraq 183 (bir yüz səksən üç) manat, cəmi 2576.43 (iki min beş yüz yetmiş altı manat qırx üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 11.48 (on bir manat qırx səkkiz) manatı olmaqla, ümumilikdə 2587.91 (iki min beş yüz səksən yeddi manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-5/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-5/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver