Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-5/2024 29.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3000 manat verdiyi borc pulun və dövlət rüsumu kimi ödədiyi 50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun Ağcabədi şəhərində yaşadığını, onun tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyacı olduğu üçün və ondan borca pul istədiyinə görə qəbzə əsasən qaytarmaq şərti ilə xx.xx.2021-ci il tarixdə 3000 manat borc pul verdiyini, həmin pulu Cavabdeh şəxsən verdiyini və borc müqaviləsinə imza etdirdiyini, həmin borc qəbzinin əslinin işə əlavə etdiyini, hazırda pulunu qaytarmaq istəmədiyini, beləliklə cavabdehin ona 3000 manat məbləğində borcu yarandığını, onun bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etsə də onun ona yalan vədlər vediyini və onu aldatdığını, onu külli miqdarda ziyana saldığını, Cavabdeh beləliklə ona olan borcunu ödəmək istəmədiyini, Cavabdeh 3000 manat verdiyi borc pulun və dövlət rüsumu kimi ödədiyi 50 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməli olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin dəfələrlə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini iş materialında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında: - əlyazma ilə yazılmış qəbzdə qeyd olunmuşdur ki, mən Cavabdeh Şərur rayon Ələkli kənd sakiniyəm. Goranboy rayon Goran qəsəbəsində yerləşən N №li hərbi hissədə xidmət edirəm və müvəqqəti qeydiyyatdayam. Tanıdığım Ağcabədi rayon sakini İddiaçı borca 3000 m (üç min manat) aldım. Qəbzin doğruluğunu imzamla təsdiq edirəm; - Şərur Rayon Məhkəməsinin 2(110)-490/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Goranboy Rayon Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-490/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 979 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya göndərilmiş 2(110)- 490/2023 nömrəli mülki işin 11-ci vərəqəsində olan, 23 noyabr 2021-ci il tarixli qəbzdəki əlyazmaların Cavabdeh tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunubolunmaması haqqında tədqiqi hissənin 1-ci bəndində göstərilən səbəblərə görə rəy vermək mümkün deyildir. Ekspertizaya göndərilmiş 2(110)-490/2023 №li mülki işin 11-ci vərəqəsində olan 23 noyabr 2021-ci il tarixli qəbzdə “Cavabdeh” yazılarının önündəki imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında tədqiqi hissənin 1-ci bəndində göstərilən səbəblərə görə rəy vermək mümkün deyildir; - Şərur rayon Məhkəməsinin 2(110)-490/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə icraat təzələnmişdir; - Şərur rayon Məhkəməsinin 2(110)-490/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə əlavə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 666 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya göndərilmiş 2(110)- 490/2023 nömrəli mülki işin 11-ci vərəqəsində olan, 23 noyabr 2021-ci il tarixli qəbzdəki əlyazmalar və “Cavabdeh” yazılarının önündəki imza (“İmza: (imza) İddiaçı. K.” əlyazmalı istisna) Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya göndərilmiş 2(110)-490/2023 №li mülki işin 11-ci vərəqəsində olan 23 noyabr 2021-ci il qəbzin aşağısında “Tarix:” sözünün yuxarısındakı “İmza: İddiaçı. K.” əlyazmaları və “İddiaçı. K.” Yazılarının qarşısındakı imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur; - Şərur Rayon Məhkəməsinin 2(110)-5/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tədqiqatı zamanı iş materialında olan əlyazma ilə yazılmış qəbzlə müəyyən olunmuşdur ki, cavbdeh Cavabdeh qəbzdə Şərur rayon Ələkli kənd sakini olduğunu, Goranboy rayon Goran qəsəbəsində yerləşən N №li hərbi hissədə xidmət etdiyini və müvəqqəti qeydiyyatda olduğunu, tanıdığı Ağcabədi rayon sakini İddiaçı borca 3000 (üç min) manat aldığını, qəbzin doğruluğunu imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmadığından iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. Lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə zəng edərək iddiaçıya heç bir qəbz vermədiyini, iş materiallarında olan qəbzdə qeyd olunan yazı və imza nümunələrinin ona aid olmadığını, həmin yazı və imzanın ona aid olub-olmamasını müəyyən olunması üçün ekspertiza təyin olunması məqsədilə ondan imza və yazı nümunələrinin götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhz bu səbəbdən məhkəmə tərəfindən müvafiq sorğu verilərək onun iş yerindən əldə edilmiş əlyazma və imza nümunələri əldə edilmiş, həmin əlyazma və imza nümunələri əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 666 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya göndərilmiş 2(110)-490/2023 nömrəli mülki işin 11-ci vərəqəsində olan, 23 noyabr 2021-ci il tarixli qəbzdəki əlyazmalar və “Cavabdeh” yazılarının önündəki imza (“İmza: (imza) İddiaçı. K.” əlyazmalı istisna) Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya göndərilmiş 2(110)- 490/2023 №li mülki işin 11-ci vərəqəsində olan 23 noyabr 2021-ci il qəbzin aşağısında “Tarix:” sözünün yuxarısındakı “İmza: İddiaçı. K.” əlyazmaları və “İddiaçı. K.” Yazılarının qarşısındakı imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də, məhkəmə ekspert rəyini sübut kimim qiymətləndirərək bu qənaətə gəlir ki, iddia cavabdehin iddiaçdan 3000 (üç min) manat məbləğində pul vəsaitinin alması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıdan aldığı pulları geri qaytarmaması onun üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və o risk dairəsinə daxil olan öhdəliyi icra etmədiyi bütün halları üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, aldığı pulu iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci tarixdə borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialında olan qəbzdən görünür ki, borcverən İddiaçı borc müqaviləsinə görə üzərinə düşən öhdəliyi yetirsə də, Cavabdeh borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, borclu olduğu 3000 (üç min) manat pulu müəyyən edilmiş vaxtda geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə həm iddiaçı öz iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəməyə iddiaçının iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şərur rayon Ələkli kəndində qeydiyyatda olan Cavabdeh 3000 (üç min) manat məbləğində borc və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pul alınaraq Ağcabədi şəhəri, H. Hacıyev küçəsi, ev 156-da qeydiyyatda olan İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertizanın keçirilməsini cavabdeh xahiş etdiyindən, iş üzrə məhkəmə-xətşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul cavabdehdən alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Ələkli kəndində qeydiyyatda olan Cavabdeh 3000 (üç min) manat məbləğində borc və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pul alınaraq Ağcabədi şəhəri, H. Hacıyev küçəsi, ev 156-da qeydiyyatda olan İddiaçı ödənilsin. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-5/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-5/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver