Məhkəmə qərarları › İş №2(110)-500/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-500/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-500/2021 23.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı X3 Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5432,6 (beş min dörd yüz otuz iki manat altmış qəpik) manat əsas borc, 848,23 (səkkiz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu, 186,08 (bir yüz səksən altı manat səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə cəmi 6466,91 (altı min dörd yüz altmış altı manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı təşkilat Bank İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin 23.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatda olan və 23.08.2021-ci il tarixə saat 11:30-a təyin olunmuş 2(110)-500/2021 saylı mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 19.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 faizlə 48 ay müddətinə 6000 (altı min) manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, 16 may 2021-ci il tarixədək Cavabdeh Banka 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5432,6 (beş min dörd yüz otuz iki manat altmış qəpik) manat əsas borc, 848,23 (səkkiz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu, 186,08 (bir yüz səksən altı manat səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə cəmi 6466,91 (altı min dörd yüz altmış altı manat doxsan bir qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını qeyd edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5432,6 (beş min dörd yüz otuz iki manat altmış qəpik) manat əsas borc, 848,23 (səkkiz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu, 186,08 (bir yüz səksən altı manat səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə cəmi 6466,91 (altı min dörd yüz altmış altı manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19.12.2019-cu il tarixli 11-Y-3-0-2878-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faiz ödənilmək və təminatlılıq əsasında kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməsi, həmin kredit və kreditə hesablanmış faizləri Kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1, 2.2, 2.3 və 2.4 bəndlərinə əsasən Kreditor Borcalana istehlak məqsədilə illik 20 (iyirmi) faizlə 48 (qırx səkkiz) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üşün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənililr. İş materiallarına əlavə olunmuş 19.12.2019-cu il tarixli 11-Y-3-0-2878-19 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.2 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş 19.12.2019-cu il tarixli Məxaric Qəbzinin surətindən görünür ki, 19.12.2019-cu il tarixdə Cavabdeh imza etdirilməklə 6000 manat kredit verilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 16 may 2021-ci il tarixə cnun Banka 5432,6 (beş min dörd yüz otuz iki manat altmış qəpik) manat əsas borc, 848,23 (səkkiz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu, 186,08 (bir yüz səksən altı manat səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə cəmi 6466,91 (altı min dörd yüz altmış altı manat doxsan bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 19.12.2019-cu il tarixli 11-Y-3-0-2878-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 (iyirmi) faizlə 48 (qırx səkkiz) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 19.01.2020 – 19.11.2023 tarixləri ərzində ayda 182.74 manat, 19.12.2023 tarixində isə 182.74 manat olmaqla, cəmi 8764 manat pulu İddiaçı ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etməklə ona müqavilə şərtlərinə əsasən müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verilə biləcəyi və kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edəcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarında olan ********* nömrəli, 03.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, “Yelo Bank“ ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Kreditor İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli, 11-Y-3-0-2878-19 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 20 faizlə 48 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 19.01.2020 - 19.11.2023 tarixləri ərzində ayda 182.74 manat, 19.12.2023 tarixində isə 182.74 manat olmaqla, cəmi 8764 manat pulu İddiaçı ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas və faiz borcuna dair hissədə Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 5432,6 (beş min dörd yüz otuz iki manat altmış qəpik) manat, faiz borcuna görə 848,23 (səkkiz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat məbləğində pulun tutulmasında iddiaçının tələbi tam əsaslıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 186,08 (bir yüz səksən altı manat səkkiz qəpik) manat cərimə (dəbbə) borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, kredit razılaşması üzrə 186,08 (bir yüz səksən altı manat səkkiz qəpik) manat məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləğinin əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, dəbbə pulunun 19 (on doqquz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia əsas, faiz, cərimə dair hissədə qismən təmin edilməklə Cavabdeh 19.12.2019-cu il tarixli 11-Y- 3-0-2878-19 saylı kredit müqaviləsi üzrə 5432,6 (beş min dörd yüz otuz iki manat altmış qəpik) manat əsas borc, 848,23 (səkkiz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu, 19 (on doqquz) manat cərimə borcu olmaqla, cəmi 6299,83 (altı min iki yüz doxsan doqquz manat səksən üç qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməli və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 11- Y-3-0-2878-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 0.77 (tetmiş yeddi) manatı iddiaçıya aid edilməli, 29.23 (iyirmi doqquz manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli,11-Y-3-0-2878-19 saylı kredit müqaviləsi üzrə 5432,6 (beş min dörd yüz otuz iki manat altmış qəpik) manat əsas borc, 848,23 (səkkiz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu, 19 (on doqquz) manat cərimə borcu, cəmi 6299,83 (altı min iki yüz doxsan doqquz manat səksən üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29.23 (iyirmi doqquz manat iyirmi üç qəpik) manatı olmaqla, ümumilikdə 6329.06 (altı min üç yüz iyirmi doqquz manat altı qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 11-Y-3-0-2878-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar