Məhkəmə qərarları › İş №2(110)-501/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-501/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-501/2021 23.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Yelo Bank“ ASC-nin xeyrinə 26.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1043,39 (bir min qırx üç manat otuz doqquz qəpik) əsas borc, 364,67 (üç yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 247,83 (iki yüz qırx yeddi manat səksən üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1655,89 (bir min altı yüz əlli beş manat səksən doqquz qəpik) manat, 05.11.2018ci il tarixli kredit müqaviləsi üzrə 415,89 (dörd yüz on beş manat səksən doqquz qəpik) manat əsas borc, 141,62 (bir yüz qırx bir manat altmış iki qəpik) manat faiz borcu və 285,26 (iki yüz səksən beş manat iyirmi altı qəpik) manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 9.9 (doqquz manat doxsan qəpik) manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 852,67 (səkkiz yüz əlli iki manat altmış yeddi qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, 26.03.2019-cu il tarixli 207-0***-******* №-li və 05.11.2018-ci il tarixli 119-1***-******* №-li kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Bank İddiaçı ASC - yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsinin 14.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında icraatınızda olan və 27 iyul 2021-ci il tarixə saat 12:00-a təyin olunmuş 2(110)-501/2021 saylı mülki iş üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 26.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend“ Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə kart vasitəsilə 1350 manat, 05.11.2018-ci il tarixli kredit müqaviləsinə əsasən FİNtrend“ Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1139 manat kredit götürdüyünü, "xxxx" Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 551 №li 10 may 2018-ci il tarixli 004 №li müqaviləyə 05.04.2019-cu il tarixli və 355 №li 10 may 2018-ci il tarixli 004 №li müqaviləyə 12.11.2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə ”FİNtrend“ Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququnun "xxxx" İKB ASC-yə ötürüldüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, 2021-ci il mayın 16dək Cavabdeh banka 26.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 26.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1043,39 (bir min qırx üç manat otuz doqquz qəpik) əsas borc, 364,67 (üç yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 247,83 (iki yüz qırx yeddi manat səksən üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1655,89 (bir min altı yüz əlli beş manat səksən doqquz qəpik) manat, 05.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 415,89 (dörd yüz on beş manat səksən doqquz qəpik) manat əsas borc, 141,62 (bir yüz qırx bir manat altmış iki qəpik) manat faiz borcu və 285,26 (iki yüz səksən beş manat iyirmi altı qəpik) manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 9.9 (doqquz manat doxsan qəpik) manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 852,67 (səkkiz yüz əlli iki manat altmış yeddi qəpik) manat borcu olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını bildirərək Cavabdeh “Yelo Bank“ ASC-nin xeyrinə 26.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1043,39 (bir min qırx üç manat otuz doqquz qəpik) əsas borc, 364,67 (üç yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 247,83 (iki yüz qırx yeddi manat səksən üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1655,89 (bir min altı yüz əlli beş manat səksən doqquz qəpik) manat, 05.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 415,89 (dörd yüz on beş manat səksən doqquz qəpik) manat əsas borc, 141,62 (bir yüz qırx bir manat altmış iki qəpik) manat faiz borcu və 285,26 (iki yüz səksən beş manat iyirmi altı qəpik) manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 9.9 (doqquz manat doxsan qəpik) manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 852,67 (səkkiz yüz əlli iki manat altmış yeddi qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, 26.03.2019-cu il tarixli 207-0***- ******* №-li və 05.11.2018-ci il tarixli 119-1***-******* №-li kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 05.11.2018-ci il tarixli 119-1***-******* saylı Kredit müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faiz ödənilmək və təminatlılıq əsasında kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməsi, həmin kredit və kreditə hesablanmış faizləri Kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 2.1, 2.2 və 2.3, 2.4-cü bəndlərinə əsasən kreditor “Müştəriyə” istehlak məqsədilə illik 35 (otuz beş) faizlə 24 (iyirmi dörd) ay müddətinə 1139 (bir min yüz otuz doqquz) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilədə göstərilmiş qaydada Müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir... İş materiallarına əlavə olunmuş 05.11.2018-ci il tarixli 119-1***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.5 % cərimə hesablanaraq tutulacaqdır İş materiallarına əlavə olunmuş 05.11.2018-ci il tarixli 119-1***-******* saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh illik 35 (otuz beş) faizlə 24 (iyirmi dörd) ay müddətinə 1139 (bir min yüz otuz doqquz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 05.12.2018 – 05.11.2020 tarixləri ərzində ayda 66,65 manat, olmaqla, cəmi 1599,60 manat pulu “FİNtrend" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 05.11.2018-ci il tarixli Tələbetmə hüququnun ötürülməsi barədə Bildirişin surətindən görünür ki 25 noyabr 2017-ci il tarixli, 001 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən Tələbetmə hüququnun "xxxx" İKB ASC-yə ötürülməsi barədə bildiriş Cavabdeh imza etdirilməklə verilmişdir. İş materiallarına əlavə olunmuş Ödəmə tapşırığının surətindən görünür ki, 05.11.2018-ci il tarixdə Cavabdeh hesabına 1139 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Bank olmayan Kredit təşkilatı MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 004 №li 10 may 2018-ci il tarixli müqaviləyə Hüquqların ötürülməsi barədə 355 №-li Sazişə Sazişin surətindən görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC Borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını "xxxx" İKB ASC-yə ötürmüşdür. İş materiallarına əlavə olunmuş 16.05.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, 16.05.2020-ci il tarixə Cavabdeh 05.11.2018-ci il tarixli 119-1***-******* saylı kredit müqaviləsi üzrə Banka 415,89 (dörd yüz on beş manat səksən doqquz qəpik) manat əsas borc, 141,62 (bir yüz qırx bir manat altmış iki qəpik) manat faiz borcu və 285,26 (iki yüz səksən beş manat iyirmi altı qəpik) manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 9.9 (doqquz manat doxsan qəpik) manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 852,67 (səkkiz yüz əlli iki manat altmış yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur. Eyni zamanda iş materiallarına əlavə olunmuş 26.03.2019-cu il tarixli 207-0***-******* saylı əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 3.1, 3.1.1 və 3.1.2 bəndlərinə əsasən kreditor “Müştəriyə” istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik 35 (otuz beş) faiz dərəcəsi ilə hesablanan 1350 (bir min üç yüz əlli) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 3.1.3-cü bəndinə əsasən Müqavilədə göstərilmiş qaydada Müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir... Həmin Müqavilənin 3.1.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarına əlavə olunmuş 26.03.2019-cu il tarixli 207-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 05 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş 26.03.2019-cu il tarixli 207-0***-******* saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 35 (otuz beş) faiz dərəcəsi ilə hesablanan 1350 (bir min üç yüz əlli) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 26.04.2019 – 26.02.2022 tarixləri ərzində ayda 61,07 manat, 26.03.2022 tarixində isə 60,98 manat olmaqla, cəmi 2198,43 manat pulu “FİNtrend" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26.03.2019-cu il tarixli Tələbetmə hüququnun ötürülməsi barədə Bildirişin surətindən görünür ki 25 noyabr 2017-ci il tarixli, 001 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən Tələbetmə hüququnun "xxxx" İKB ASC-yə ötürülməsi barədə bildiriş Cavabdeh imza etdirilməklə verilmişdir. İş materiallarına əlavə olunmuş kartın Müştəriyə verilməsinə dair Qəbzin surətindən görünür ki, 26.03.2019-cu il tarixdə Cavabdeh kartı imza etməklə Bankdan kartı götürmüşdür. İş materiallarına əlavə olunmuş 16.05.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, 16.05.2020-ci il tarixə Cavabdeh 26.03.2019-cu il tarixli 207-0***-******* saylı kredit müqaviləsi üzrə Banka 1043,39 (bir min qırx üç manat otuz doqquz qəpik) əsas borc, 364,67 (üç yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 247,83 (iki yüz qırx yeddi manat səksən üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1655,89 (bir min altı yüz əlli beş manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş "xxxx" Bank olmayan Kredit təşkilatı MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış Tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №li müqaviləyə hüquqların ötürülməsi barədə 551 №-li Sazişin surətindən görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC Borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını "xxxx" İKB ASC-yə ötürmüşdür. İş materiallarına əlavə olunmuş 25 noyabr 2017-ci il tarixli, 001 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən "xxxx" Bank olmayan Kredit təşkilatı MMC Tələbetmə hüququnun "xxxx" İKB ASC-yə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışından görünür ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 03.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etməklə ona müqavilə şərtlərinə əsasən müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verilə biləcəyi və kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edəcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “FİNtrend“ Bank olmayan Kredit təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 05.11.2018-ci il tarixli 119-1***-******* Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh illik 35 (otuz beş) faizlə 24 (iyirmi dörd) ay müddətinə 1139 (bir min yüz otuz doqquz) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 05.12.2018 – 05.11.2020 tarixləri ərzində ayda 66,65 manat, olmaqla, cəmi 1599,60 manat pulu “FİNtrend" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda ”FİNtrend“ Bank olmayan Kredit təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 26.03.2019-cu il tarixli 207-0***- ******* saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 35 (otuz beş) faiz dərəcəsi ilə hesablanan 1350 (bir min üç yüz əlli) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 26.04.2019 – 26.03.2022 tarixləri ərzində ayda 61,07 manat, 26.03.2022 tarixində isə 60,98 manat olmaqla, cəmi 2198,43 manat pulu “FİNtrend" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 05.11.2018-ci il tarixli, 119-1***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 415,89 (dörd yüz on beş manat səksən doqquz qəpik) manat, faiz borcuna görə 141,62 (bir yüz qırx bir manat altmış iki qəpik) manat və 26.03.2019-cu il tarixli, 207-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 1043,39 (bir min qırx üç manat otuz doqquz qəpik) manat, faiz borcuna görə 364,67 (üç yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində pulun tutulmasında iddiaçının tələbi tam əsaslıdır. Məhkəmə iddia tələbinin 05.11.2018-ci il tarixli, 119-1***-******* saylı kredit müqaviləsi üzrə hesablanmış 285,26 (iki yüz səksən beş manat iyirmi altı qəpik) manat cərimə (dəbbə) borcunun və 26.03.2019-cu il tarixli, 207-0***-******* saylı kredit müqaviləsi üzrə 247,83 (iki yüz qırx yeddi manat səksən üç qəpik) manat cərimə (dəbbə) borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə 05.11.2018-ci il tarixli, 119-1***-******* saylı kredit müqaviləsi üzrə 285,26 (iki yüz səksən beş manat iyirmi altı qəpik) manat cərimə (dəbbə) borcunun kredit razılaşması üzrə 186,08 (bir yüz səksən altı manat səkkiz qəpik) manat məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləğinin və 26.03.2019-cu il tarixli, 207-0***-******* saylı kredit müqaviləsi üzrə 247,83 (iki yüz qırx yeddi manat səksən üç qəpik) manat cərimə (dəbbə) borcunun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, 05.11.2018-ci il tarixli, 119-1***-******* saylı kredit müqaviləsi üzrə dəbbə pulunun 29 (iyirmi doqquz) manat həcmində və 26.03.2019-cu il tarixli, 207-0***-******* saylı kredit müqaviləsi üzrə dəbbə pulunun 24 (iyirmi dörd) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, 05.11.2018-ci il tarixli, 119-1***-******* saylı kredit müqaviləsi üzrə iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 9.9 (doqquz manat doqquz qəpik) manat məbləğində əldən çıxmış fayda qismində borcun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 9.9 (doqquz manat doqquz qəpik) manat məbləğində əldən çıxmış fayda qismində pulun tutulması hissəsində də təmin edilməlidir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, əsas, faiz, cərimə və əldən çıxmış fayda tələbinə dair hissədə Cavabdeh 05.11.2018-ci il tarixli, 119-1***-******* saylı kredit müqaviləsi üzrə 415,89 (dörd yüz on beş manat səksən doqquz qəpik) manat əsas borc, 141,62 (bir yüz qırx bir manat altmış iki qəpik) manat faiz borcu və 29 (iyirmi doqquz) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 9.9 (doqquz manat doxsan qəpik) manat əldən çıxmış fayda, cəmi 596.41 (beş yüz doxsan altı manat qırx bir qəpik) manat borc, 26.03.2019-cu il tarixli, 207-0***-******* saylı kredit müqaviləsi üzrə 1043,39 (bir min qırx üç manat otuz doqquz qəpik) əsas borc, 364,67 (üç yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 24 (iyirmi dörd) manat cərimə borcu, cəmi 1432.06 (bir min dörd yüz otuz iki manat altı qəpik) manat borc, ümumilikdə 2028.47 (iki min iyirmi səkkiz manat qırx yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış 26.03.2019-cu il tarixli 207-0***-******* №-li və 05.11.2018-ci il tarixli 119-1***-******* №-li Kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5.74 (beş manat yetmiş dörd qəpik) manatı iddiaçıya aid edilməli, 24.26 (iyirmi dörd manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 05.11.2018-ci il tarixli, 119-1***-******* saylı kredit müqaviləsi üzrə 415,89 (dörd yüz on beş manat səksən doqquz qəpik) manat əsas borc, 141,62 (bir yüz qırx bir manat altmış iki qəpik) manat faiz borcu, 29 (iyirmi doqquz) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 9.9 (doqquz manat doxsan qəpik) manat əldən çıxmış fayda, cəmi 596.41 (beş yüz doxsan altı manat qırx bir qəpik) manat, 26.03.2019-cu il tarixli, 207-0***-******* saylı kredit müqaviləsi üzrə 1043,39 (bir min qırx üç manat otuz doqquz qəpik) əsas borc, 364,67 (üç yüz altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 24 (iyirmi dörd) manat cərimə borcu, cəmi 1432.06 (bir min dörd yüz otuz iki manat altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24.26 manatı olmaqla, ümumilikdə 2052.73 (iki min əlli iki manat yetmiş üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə tərəflər arasında bağlanmış 05.11.2018-ci il tarixli, 119-1***-******* №-li və 26.03.2019cu il tarixli, 207-0***-******* №-li Kredit müqavilələri ləğv edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar