Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-505/2021 24.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 1747,49 manat məbləğində kredit borcu, 204,77 manat məbləğində faiz borcu və 420,93 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 2373,19 (iki min üç yüz yetmiş üç manat on doqquz qəpik) manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayənəsi 23.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ərizəsində məhkəmənin icraatında olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair 2(110)-505/2021 saylı mülki iş üzrə iddia tələblərini müdafiə etdiklərini bildirmiş, 24.08.2021-ci il tarixinə saat 12:00-a təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.05.2019-cu il tarixli 021L**********91 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ Dolları məbləğində kredit xətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.05.2019cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürdüyünü, tərəflərin imzaladıqları 10.04.2020-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.10.2020-ci il tarixdən banka qaytarmadığını, Cavabdeh1 götürdüyü kredit borcundan 1252,51 manat ödədiyini, onun 1747,49 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19.04.2021-ci il tarixə 193 gün üçün hesablanmış faiz borcunun 204,77 manat təşkil etdiyini, kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməli olduğunu, 19.04.2021-ci il tarixə 193 gün üçün hesablanmış cərimə borcunun 420,93 manat təşkil etdiyini, uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqavilyə vaxtından əvvəl xitam vermək, qalan krediti məbləğini faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüklərini, onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında məsuliyyət daşıdığını və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olduğunu qeyd edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 1747,49 manat məbləğində kredit borcu, 204,77 manat məbləğində faiz borcu və 420,93 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 2373,19 (iki min üç yüz yetmiş üç manat on doqquz qəpik) manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 31.05.2019-cu il tarixli 021L**********91 saylı uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 (Kredit alan) ilə İddiaçı QSC-nin Mərdəkan filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” illik faiz dərəcəsi 28% olmaqla 120 (bir yüz iyirmi) ay müddətinə 100000.00 (bir yüz min) manat məbləğində kredit xətti açır. İş materiallarına əlavə olunmuş 31.05.2019-cu il tarixli 021L**********91 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq 31.05.2019-cu il tarixli 021R********** saylı Kredit razılaşmasının 1.1-ci bəndinə əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verir. Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən “Kredit alan” bu kredit razılaşmasını tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş 31.05.2019-cu il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Mərdəkan filialı tərəfindən Cavabdeh1 aylıq 2.1667 (iki tam on mində min altı yüz altmış yeddi) faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 08.07.2019 - 08.05.2021-ci il tarixləri ərzində ayda 163.0 manat, 08.06.2021-ci il tarixində isə 164.23 manat olmaqla, cəmi 3913,23 manat pulu İddiaçı QSC-nin Mərdəkan filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, 31.05.2019-cu il tarixdə Cavabdeh1 imza etdirilməklə 3000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 10.04.2020-ci il tarixli yeni ödəniş planına əsasən, Cavabdeh1 aylıq 2.1667 (iki tam on mində min altı yüz altmış yeddi) faiz dərəcəsi ilə 16 ay müddətinə 2062,25 manat restrukturizasiya məbləğini 06.05.2020 - 06.08.2021-ci il tarixləri ərzində ayda 180.0 manat, 06.08.2021-ci il tarixində isə 184,27 manat olmaqla, cəmi 2552,44 manat pulu İddiaçı QSC-nin Mərdəkan filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10.04.2020-ci il tarixli 021R**********S saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə olunmuş 10.04.2020-ci il tarixli yeni ödəniş planına əsasən, Cavabdeh1 aylıq 2.1667 (iki tam on mində min altı yüz altmış yeddi) faiz dərəcəsi ilə 16 ay müddətinə 2062,25 manat restrukturizasiya məbləğini 06.05.2020 - 06.08.2021-ci il tarixləri ərzində ayda 180.0 manat, 06.08.2021-ci il tarixində isə 184.27 manat olmaqla, cəmi 2552,44 manat pulu İddiaçı QSC-nin Mərdəkan filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.05.2019-cu il tarixli 021S**********03 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh3 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 31.05.2019-cu il tarixli 021S**********02 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinin şərtinə əsasən Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamami ilə icra etməsi üçn Zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilələrinin 3.1.2-ci bəndinə əsasən uzunmüdddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin gecikdirildikdə,verilmiş kredit məbləğinin qalığının 0.1 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zaminlər ödəməlidir. İş materiallarına əlavə olunmuş 25.05.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 19.04.2021 ci il tarixə Cavabdeh1 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə Banka 1747,49 manat məbləğində əsas borcu, 204,77 manat faiz borcu və 420,93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2373,19 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 03.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzləri və 05.03.2021-ci il tarixli xəbərdarlıq məktublarından aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə 14.03.2021-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacaqları təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "AccessBank” QSC-nin Mərdəkan filialı ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2019-cu il tarixli 021L**********91 saylı uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 (Kredit alan) ilə İddiaçı QSC-nin Mərdəkan filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” illik faiz dərəcəsi 28% olmaqla 120 (bir yüz iyirmi) ay müddətinə 100000.00 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 31.05.2019-cu il tarixli 021L**********91 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq 31.05.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşmasına əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə vaxtında və lazımi qaydada İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən müvafiq olaraq Cavabdeh1 08.07.2019 - 08.06.2021-ci il tarixləri ərzində ayda 163.0 manat, 08.06.2021-ci il tarixində isə 164,23 manat olmaqla, cəmi 3913,23 manat, 10.04.2020-ci il tarixli yeni ödəniş planına əsasən, Cavabdeh1 aylıq 2.1667 (iki tam on mində min altı yüz altmış yeddi) faiz dərəcəsi ilə 16 ay müddətinə 2062,25 manat restrukturizasiya məbləğini 06.05.2020 - 06.08.2021-ci il tarixləri ərzində ayda 180.0 manat, 06.08.2021-ci il tarixində isə 184,27 manat olmaqla, cəmi 2552,44 manat pulu İddiaçı QSC-nin Mərdəkan filialına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 və Cavabdeh3 AccessBank” QSC-nin Mərdəkan filialı ilə Zaminlik müqavilələri bağlayaraq “Kredit alan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Kredit alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Kredit verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Kredit verən qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Həmçinin Kredit alan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "AccessBank” QSC “Kredit alan”a və zaminlərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas və faiz borcuna dair hissədə cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 1747,49 (bir min yeddi yüz qırx yeddi manat qırx doqquz qəpik) manat, faiz borcuna görə 204,77 (iki yüz dörd manat yetmiş yeddi qəpik) manat məbləğində pulun tutulmasında iddiaçının tələbi tam əsaslıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 420,93 (dörd yüz iyirmi manat doxsan üç qəpik) manat cərimə (dəbbə) borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 420,93 (dörd yüz iyirmi manat doxsan üç qəpik) manat cərimə (dəbbə pulu) borcu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimə (dəbbə pulu) borcunun 42 (qırx iki) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Cavabdeh2 və Cavabdeh3 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərlərinə götürmüşlər və onunla birgə məsuliyyət daşımalarını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqavilələrini imzalamaqla təsdiq etmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zaminlər Cavabdeh2 və Cavabdeh3 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 1747,49 (bir min yeddi yüz qırx yeddi manat qırx doqquz qəpik) manat kredit borcu, 204,77 (iki yüz dörd manat yetmiş yeddi qəpik) manat faiz borcu, 42 (qırx iki) manat cərimə borcu olmaqla, cəmi 1994,26 (bir min doqquz yüz doxsan dörd manat iyirmi altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4.80 manatı iddiaçıya aid edilməli, 25.20 (iyirmi beş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 31.05.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 1747,49 (bir min yeddi yüz qırx yeddi manat qırx doqquz qəpik) manat kredit borcu, 204,77 (iki yüz dörd manat yetmiş yeddi qəpik) manat faiz borcu, 42 (qırx iki) manat cərimə borcu olmaqla, cəmi 1994,26 (bir min doqquz yüz doxsan dörd manat iyirmi altı qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25.20 (iyirmi beş manat iyirmi qəpik) manatı, ümumilikdə 2019,46 (iki min on doqquz manat qırx altı qəpik) manat pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-505/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-505/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver