Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-508/2020 28.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən paltaryuyan Samsung üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 140 (bir yüz qırx) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11297 Samsung Galaxy A6 Plus markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat cərimə, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30575 və **********72037 olan X6 7 və Samsung Galaxy A10 markalı telefon üçün 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 186 (bir yüz səksən altı) manat cərimə olmaqla, ümumilikdə 2452 (iki min dörd yüz əlli iki) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2482 (iki min dörd yüz səksən iki) manat pulun Cavabdeh alınaraq "xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı gəlməmiş, lakin "xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinı baş direktoru məhkəməyə teleqram vuraraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 00391927 saylı, xx xxxxxx 2019-cu il tarixli 00508253 saylı və xx xxxx 2019-cu il tarixli 00798365 saylı müqavilələrə əsasən paltaryuyan Samsung, İMEİ kodları **********11297, **********30575 və **********72037 olan Samsung Galaxy A6 Plus, X6 7 və Samsung Galaxy A10 markalı telefon aldığını, nəticədə 2452 (iki min dörd yüz əlli iki) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxxxx 2018-ci il tarixli 00391927 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1170 (bir min yüz yetmiş) manat (15 ay x 78 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan Samsung üçün ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat olmaqla, ondan 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 140 (bir yüz qırx) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxxxx 2019-cu il tarixli 00508253 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (18 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********11297 Samsung Galaxy A6 Plus markalı telefon üçün ümumilikdə 686 (altı yüz səksən altı) manat olmaqla, ondan 528 (beş yüz iyirmi səkkiz)manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxx 2019-cu il tarixli 00798365 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1169 (bir min yüz altmış doqquz) manat (18 ay x 62 manat + 53 manat ilkin ödəniş) olan İMEİ kodu **********30575 və **********72037 olan X6 7 və Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 1178 (bir min yüz yetmiş səkkiz) manat olmaqla, ondan 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 186 (bir yüz səksən altı) manat cərimə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1235 (bir min iki yüz otuz beş) manat təşkil etdiyini qeyd edərək, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən paltaryuyan Samsung üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 140 (bir yüz qırx) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11297 Samsung Galaxy A6 Plus markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat cərimə, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30575 və **********72037 olan X6 7 və Samsung Galaxy A10 markalı telefon üçün 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 186 (bir yüz səksən altı) manat cərimə olmaqla, ümumilikdə 2452 (iki min dörd yüz əlli iki) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2482 (iki min dörd yüz səksən iki) manat pulun Cavabdeh alınaraq "xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 00391927 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- Samsung WW70J52E0HSDLP kod 00AL5LWK700187, YENİ QİZİL ZEMANET (MEİSHET) 4 il, kod ********* olan paltaryuyandır. X4 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 00391927 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1170 (bir min yüz yetmiş) manat olan əşya üçün ilkin ödəniş ödəməyırık 15 (on beş) ay müddətinə, ayda 78 (yetmiş səkkiz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh paltaryuyan Samsung WW70J52E0HSDLP kod 00AL5LWK700187, YENİ QİZİL ZEMANET (MEİSHET) 4 İL kod ********* olan əşyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00508253 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya - Samsung Galaxy Ax xxxx 2018 DS (SM-A605), İMEİ nömrələri **********11297, **********11295, YENİ QİZİL ZEMANET (REQEMSAL) 2 İL kod 198551991, TELEFON QURASHDİRMA XİDMETİ (Diger) kod ********* olan mobil telefondur. X4 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00508253 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat olan İMEİ kodu **********11297 Samsung Galaxy A6 Plus markalı telefon üçün ilkin ödəniş ödəməyərək 18 (on səkkiz) ay müddətinə, ayda 48 (qırx səkkiz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Samsung Galaxy Ax xxxx 2018 DS (SM-A605), kod **********11297, **********11295, YENİ QİZİL ZEMANET (REQEMSAL) 2 İL kod 198551991, TELEFON QURASHDİRMA XİDMETİ (Diger) kod ********* olan mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00798365 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya - X6 7 4GB/128GB kod **********30575, **********80577 və Samsung Galaxy A10 (SM- A105), kod **********72037, **********72035 olan mobil telefondur. X4 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00798365 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1169 (bir min yüz altmış doqquz) manat olan İMEİ kodu **********30575, **********80577 olan X6 7 və **********72037, **********72035 Samsung Galaxy A10 markalı telefonlar üçün ilkin ödəniş olaraq 53 (əlli üç) manat ödəməklə 18 (on səkkiz) ay müddətinə, ayda 62 (altmış iki) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh X6 7 4GB/128GB kod **********30575, **********80577 və Samsung Galaxy A10 (SM- A105), kod **********72037, **********72035 olan mobil telefonları tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 1968 (bir min doqquz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 484 (dörd yüz səksən dörd) manat məbləğində cərimə, ümumilikdə 2452 (iki min dörd yüz əlli iki) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxxxxxxxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxxxxxxxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 00391927 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxxxxxxxxx" MMC-dən qiyməti 1170 (bir min yüz yetmiş) manat olan paltaryuyan Samsung üçün ilkin ödəniş ödəməyərək 15 (on beş) ay müddətinə, ayda 78 (yetmiş səkkiz) manat olmaqla ödəməyi, xx xxxxxx 2019-cu il tarixli 00508253 saylı müqaviləyə əsasən qiyməti 864 (səkkiz yüz altmış dörd) manat olan İMEİ kodu **********11297 Samsung Galaxy A6 Plus markalı telefon üçün ilkin ödəniş ödəməyərək 18 (on səkkiz) ay müddətinə, ayda 48 (qırx səkkiz) manat olmaqla ödəməyi, xx xxxx 2019-cu il tarixli 00798365 saylı müqaviləyə əsasən qiyməti 1169 (bir min yüz altmış doqquz) manat olan İMEİ kodu **********30575 olan X6 7 və və İMEİ kodu kod **********72037 olan Samsung Galaxy A10 (SM-A105) telefon üçün ilkin ödəniş 53 (əlli üç) manat ödəyərək, 18 (on səkkiz) ay müddətinə, ayda 62 (altmış iki) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 1235 (bir min iki yüz otuz beş) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya ümumilikdə 2452 (iki min dörd yüz əlli iki) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən paltaryuyan Samsung üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 140 (bir yüz qırx) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11297 Samsung Galaxy A6 Plus markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat cərimə, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30575 olan X6 7 və **********72037 olan Samsung Galaxy A10 markalı telefon üçün 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 186 (bir yüz səksən altı) manat cərimə olmaqla, ümumilikdə 2452 (iki min dörd yüz əlli iki) manat borc tutularaq "xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 140 (bir yüz qırx) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11297 Samsung Galaxy A6 Plus markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat cərimə, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30575 olan X6 7 və **********72037 Samsung Galaxy A10 markalı telefonlar üçün 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 186 (bir yüz səksən altı) manat cərimə olmaqla, ümumilikdə 2452 (iki min dörd yüz əlli iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2482 (iki min dörd yüz səksən iki) manat məbləğində pul tutularaq “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-508/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-508/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver