Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-51/2025 17.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş aliment məbləğinin və uşağa çəkilmiş xərclərin geri qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Şərur rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(110)-267/2023 saylı qətnaməsinin X6 aid hissədə ləğv edilməsi, ödənilmiş 4300 (dörd min üç yüz) manat miqdarında aliment məbləğinin eyni zamanda uşağın doğumu və saxlanılması ilə bağlı çəkilmiş xərc olaraq 3500 (üç min beş yüz) manat məbləğində pulun həmçinin ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Abdullayeva (İsmayılova) Zine Rüstəm qızından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində o, İddiaçı Cavabdeh ilə 2009-cu ildə faktiki nikaha daxil olaraq ailə qurduğunu və bu niklahları 18 yanvar 2010-cu il tarixdə rəsmiləşdirdiklərini, birgə nikah dövründə onların üç övladlar-11 noyabr 2009-cu il tarixdə X2, 12 sentyabr 2012-ci il tarixdə X9, 22 iyun 2018-ci il tarixdə X10 doğulduğunu, birgə yaşamaqları mümkün olmadığından aralarındakı nikah Şərur rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-118/2021 saylı qətnaməsi ilə pozulduğunu, nikahları pozulduqdan sonra uşaqların da cavabdehin yanında qalması müəyyən edilmiş və onların saxlanması üçün ondan cavabdehin xeyrinə 2020-ci ilin dekabr ayından hesablanmaqla hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması da qət edildiyini, boşanmaqlarına əsas səbəb cavabdehin ona xəyanət etməsi olduğunu, hansı ki, o onun hərəkətlərindən şübhələnməyə başladığı anda o nikahlarının pozulması tələbi ilə məhkəmədə iddia qaldırdığını və aralarındakı nikah məhkəmə qaydasında pozulduğunu, hələ boşanmamışdan əvvəl cavabdehin başqa şəxslə münasibətinin olduğunu öyrəndiyini və hətta sonuncu övladı İsmayılov Sənanın onun övladı olmamasına dair əsaslı şübhələri yarandığını, bu səbəbdən də cavabdehə qarşı atalığın mübahisələndirilməsi tələbi ilə iddia qaldırdığını və iddia tələbi üzrə məhkəmə bildirişi cavabdehə təqdim edildiyi günün səhəri cavabdeh uşaqları da alaraq gizlicə yaşadığı evi tərk etməklə Türkiyə Respublikasına qaçdığını, o qaçarkən evin əşyalarını dəyər-dəyməzinə satdığını və evi yandıraraq ona xeyli miqdarda maddi ziyan da vurduğunu, həmin evi Rusiyada yaşayan bir yaxını onlara yaşamaq üçün verilsə də faktiki ayrıldıqdan sonra o ata evində yaşasa da cavabdeh həmin evdə yaşamağa davam etdiyini, atalığın mübahisələndirilməsinə dair Şərur rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-746/2023 saylı qətnaməsi ilə onun tələbi təmin edildiyini və onun 22 iyun 2018-ci il təvəllüdlü İsmayılov Sənanın bioloji atası olmadığı müəyyən edildiyini, buna baxmayaraq cavabdehin ona qarşı aliment tələbinə dair qətnaməsi hələ də qüvvədə olduğunu və həmin qətnamələr əsasında cavabdeh onu aldadaraq ondan 4300 manatdan artıq pul aldığını, aliment məbləği sonradan Şərur rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-267/2023 saylı qətnaməsi ilə artıqılaraq bir uşaq üçün 140 manat məbləğində təyin edildiyini, eyni zamanda o onun olmayan uşağın doğumu və saxlanması üçün 3500 manatdan atrıq pul xərclədiyini, bir daha qeyd edib ki, cavabdehin onu aldatması və yalan məlumat verməsi səbəbindən ona 8000 manatdan artıq ziyan vurulduğunu, hazırki vəziyyətdə isə vurulmuş ziyanın ödənilməsi zərurəti yarandığını, mübasənin qarşılıqlı razılıq əsasında həll edilməsi üçün tərəfindən Mediasiya Təşkilatına da müraciət edilmiş, lakin cavabdehin mediasiya prosesində iştirak etməməsi səbəbindən Mediasiya təlimi heç bir müsbət nəticə vermədiyini, bu səbəbdən də o hazırki tələblə məhkəməyə müraciət etdiyini, cavabdehin qanunsuz (əxlaqa zidd) hərəkətinə qiymət verilməli, alimentlə bağlı Şərur rayon məhkəməsinin qətnamələri X6 münasibətdə ləğv edilməli və aldatma yolu ilə ondan aldığı 4300 manat məbləğində ailment və başqasının uşağının saxlanması üçün çəkdiyi 3500 manat məbləğində xərc cavabdeh Z. Abdullayevadan alınaraq onun xeyrinə ödənilməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək əriəsində İddiaçı Cavabdeh qarşı “ödənilmiş aliment məbləğinin və uşağa çəkilmiş xərclərin geri qaytarılması tələbinə dair" iddia qaldıraraq, Şərur Rayon Məhkəməsinin 2(10)-746/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ödənilmiş 4300 manat miqdarında aliment məbləğinin, eyni zamanda uşağın doğumu və saxlanılması ilə bağlı çəkilmiş xərc olaraq 3500 (üç min beş yüz) manat məbləğində pulun həmçinin ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Abdullayeva (İsmayılova) Zine Rüstəm qızından alınaraq onun xeyrinə ödərnilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iddia tələbini dəyişdirərək, işə Şərur Rayon Məhkəməsinin 2(10)-118/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(10)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrinə əsasən ödənilmiş 4300 manat miqdarında aliment məbləğinin, eyni zamanda uşağın doğumu və saxlanılması ilə bağlı çəkilmiş xərc olaraq 3500 (üç min beş yüz) manat məbləğində pulun, həmçinin ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Abdullayeva (İsmayılova) Zine Rüstəm qızından alınaraq iddiaçının xeyrinə ödənilməsi tələbi çərçivəsində baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəlil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində, həmçinin iddia tələbinin dəyişdirilməsi barədə ərizədə qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədəb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron poçtuna ərizə göndərərək ərizəsində İddiaçı mənə qarşı Şərur Rayon Məhkəməsində iddia qaldırmış və ödənılmış 4300 (dörd min üç yüz) manat miqdarında aliment məbləğinin eyni zamanda uşağın doğumu və saxlanılması ilə bağlı çəkilmiş xərc olaraq 3500 (üç min beş yüz) manat məbləğində pulun həmçinin ödədiyim 100 manat məbləğində dövlət rüsumunun məndən alınaraq onun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olmaqla 2(110)-1036/2024 nömrə ilə qeydiyyata alınmış və iş üzrə məhkəmə baxışı xx.xx.2024cü il tarixə saat 10:15-ə təyin edilmişdir. Bildirəm ki, hazırda Türkiyə Respublikasında yaşadığımdan üzürlü olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyəm. Qeyd edim ki, iddia tələbini qismən qəbul edirəm. Belə ki, nəzərinizə çatdırmaq istərdim ki, iddiaçı sonuncu övladım üçün heç bir xərc çəkməyib. Çünki o anadan olmamışdan biz faktiki ayrılmışdıq doğum, xəstəxana və digər xərclər özüm və yaxınlarım tərəfindən ödənilib. Ödənilmış aliment məbləğinin qaytarılması ilə bağlı iə bildirəm ki, iddiaçı mənə bu günə qədər ---- manat məbləğində aliment ödəyib. Təxmini 8000 ---- may aynından da dayandırılıb. --- tarixdən isə o mənə ödədiyi alimenti tamamilə dayandırıb. Ödənilmiş aliment məbləğinə dair ətrafı məlumatın icra məmurundan alınması mümkündür bildirmək istəyirəm ki o bu zamana qədər də ödədiyi aliment 3 uşaq alimentin deyil 2 usaq alimentidi. Əlavə olaraqda uşaqala yetmədiyi üçün ailəmden kömək alımışam. Buna görə də ərizəmdə göstərilənləri və icra məmurunun verdiyi məlumatları nəzərə alıb, qanunauyğun qərar qəbul etməyinizi xahiş edirəm. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-118/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında Şərur rayon Qeydiyyat Şöbəsində 18 yanvar 2010-cu il tarixli, 11 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladları -11 noyabr 2009-cu il təvəllüdlü X12, 12 sentyabr 2012-ci il təvəllüdlü X9 və 22 iyun 2018-ci il təvəllüdlü X10 analarıiddiaçı X3 yanında saxlanılmış, 21 dekabr 2020-ci il tarixdən hesablanmaqla cavabdeh İddiaçı hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, üç uşağa görə ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, 11 noyabr 2009-cu il təvəllüdlü X2, 12 sentyabr 2012-ci il təvəllüdlü X4 və 22 iyun 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- iddiaçı X7 ödənilməsi qət edilmişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-267/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin ediliş, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-118/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Şərur rayon Aşağı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan İddiaçı xx.xx.2009-cu il tarixdə doğulmuş X12, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumulikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Aşağı Daşarx kəndində yaşayan Cavabdeh ödənilməsi qət edilmişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-746/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı 22 iyun 2018-ci il təvəllüdlü X5 bioloji atası olmaması müəyyən edilmişdir; - Şərur rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-118/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində Şərur Rayon Aşağı Daşarx kəndində qeydiyyatda olan İddiaçı 21 dekabr 2020-ci il tarixdən başlayaraq 3 uşağının yetkinlik yaşına çatanadək saxlanııması üçün hər ay 300 manat sabit pul məbləğində aliment pulu tutularaq iş üzrə tələbkar X3 xeyrinə ödənilməsi qeyd edilmişdir. Şərur Rayon Mənkəməsinin 2(110)-118/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı Tanir oğlu 21 dekabr 2020-ci il tarixdən başlayaraq 26.05. 2023-cü il tarixədək hər ay 300 manat sabit pul məbləğində aliment pulu olmaqla cəmi 8700 manat pul icra sənədi üzrə tələbkar X3 xeyrinə ödəmişdir. Şərur Rayon Mənkəməsi tərəfindən verilmiş 2(110)- 118/2021 saylı, 19 05.2021-ci il tarixi icra sənədi üzrə ödənilməli alimentin miqdarı Şərur Rayon Mənkəməsi tərəfindən verilmiş 2(110)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən dəyişdirilərək hər uşaq üçün 140 manat olmaqla cəmi 420 manat müəyyən edildiyindən 28 avqust 2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərar əsasında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-118/2021 saylı, 19.05 2021-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-746/2023 saylı, 11 12.2023-cü il tarixli qətnaməsinə əsasən borclu İddiaçı X5 bioloji atası olmaması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixil ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edilərək Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-267/2023 saylı, 13.04. 2023- cü il tarixli icra sənədi üzrə X6 aid hissədə aliment pulunun ödənilib ödənilməməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Şərur Rayon Mənkəməsi xx.xx.2024- cü il tarixli məktubla Şərur Rayon İcra va Probasiya Şöbəsinə cavab olaraq X6 aid hissədə aliment pulunun ödənilməsinin Şərur Rayon Mənkəməsi tərəfindən verilmiş 2(110)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli aliment tələbinə dair qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 12 yanvar 2024-cü il tarixdən dayandırımasını bildirildiyindən, icra sənədinin icraatı X6 münasibətdə 12 yanvar 2024-cü il tarixden dayandırılmıdır.Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-267/2023 saylı, 13 04.2023cü il tarixli İcra sənədi üzrə 2 (iki) uşağa münasibətdə İddiaçı Tanir oğlu tərəfindən tələbkar X3 xeyrinə 2024-cü ilin dekabr ayı da daxil olmaqla 3360 manat aliment pulu ödənilmişdir, X1 üçün 2(110)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən aliment ödənilməmişdir. Məlumat üçün bildiririk ki, hal-hazırda İddiaçı tərəfində icra sənədi üzrə ödənilməmiş 1960 manat aliment pulu qalır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-118/2021 saylı qətnaməsilə iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında Şərur rayon Qeydiyyat Şöbəsində 18 yanvar 2010-cu il tarixli, 11 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladları - 11 noyabr 2009-cu il təvəllüdlü X12, 12 sentyabr 2012-ci il təvəllüdlü X9 və 22 iyun 2018-ci il təvəllüdlü X10 analarıiddiaçı X3 yanında saxlanılmış, 21 dekabr 2020-ci il tarixdən hesablanmaqla cavabdeh İddiaçı hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, üç uşağa görə ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, 11 noyabr 2009-cu il təvəllüdlü X2, 12 sentyabr 2012-ci il təvəllüdlü X4 və 22 iyun 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- iddiaçı X7 ödənilməsi qət edilmişdir. Həmçinin Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-267/2023 saylı qətnaməsilə Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-118/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Şərur rayon Aşağı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan İddiaçı xx.xx.2009cu il tarixdə doğulmuş X12, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumulikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Aşağı Daşarx kəndində yaşayan Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-746/2023 saylı qətnaməsilə İddiaçı 22 iyun 2018-ci il təvəllüdlü X5 bioloji atası olmaması müəyyən edilmişdir. İddiaçı hazırki tələblə müəhkəməyə müraciət edərək 22 iyun 2018-ci il təvəllüdlü İsmayılov Sənanın biolaji atası olmamasına baxmayaraq cavabdehin onu aldatması və yalan məlumat verməsi səbəbindən həmin uşağın saxlanması üçün cavabdehə 4300 manatdan, eyni zamanda o onun olmayan uşağın doğumu və saxlanması üçün 3500 manatdan atrıq pul xərcləməklə, cavabdeh ona ümumilikdə 8000 manatdan artıq ziyan vurulduğundan həmin pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddiaçının bu tələbinə etiraz etməmiş, iddianı qismən qəbul etdiyini, icra məmurunun verdiyi məlumatları nəzərə alıb, qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Şərur rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı üç uşağın saxlanması üçün cavabdehə ümumilikdə 8700 manat ödənilmiş, alimentin artırılmasına dair 2(110)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1 üçün İddiaçı tərəfindən aliment ödənilməmişdir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi ödənilmiş aliment məbləğinin geri qaytarılmasına dair hissədə qismən təmin olunmaqla iddiaçı tərəfindən cavabdehə ödənilmiş 8700 manat aliment pulunun 2900 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbi həmin tələbə dair digər hissədə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində X5 doğumu və saxlanılması ilə bağlı çəkilmiş xərc olaraq 3500 (üç min beş yüz) manat pulun alınaraq ona qaytarılmasını xahiş etsədə, cavabdeh tərəfindən məhkəməyə göndərdiyi ərizədə iddiaçının sonuncu övladı üçün heç bir xərc çəkmədiyini, çünki uşaq anadan olmamışdan onların faktiki ayrıldıqlarını, doğum, xəstəxana və digər xərcləri özü və yaxınları tərəfindən ödənildiyini qeyd edərək buna etiraz etdiyindən, həmçinin iddia tələbinin bu hissəsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyində iddia tələbi həmin hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 109.2.3-cü maddəsinə əsasən aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda aliment geri tələb edilir; - 109.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının zərərə məruz qalması sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. İddiaçının tələbinin əsaslı olması üçün iddiaçı maddi ziyana məruz qalmalı, həmin ziyan cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində baş verməli, cavabdehin hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmalı, həmçinin dəymiş ziyan cavabdeh tərəfindən ödənilməməlidir. Bu hallar məcmu halında mövcud olduqda iddiaçının cavabdehdən dəymiş ziyanı tələb etmək hüququ yaranır. Məhkəmə araşdırması zamanı cavabdehin yalan məlumat verilməsi nəticəsində iddiaçının qismən maddi zərərə məruz qalması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia qismən edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 31 manatı özünə aid edilməli, 19 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən alimentə görə cavabdehə ödənilmiş 2900 (iki min doqquz yüz) manat və ödənilmiş 50 manat dövlət rüsumunun 19 manatı olmaqla, ümumilikdə 2919 (iki min doqquz yüz on doqquz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən alimentə görə cavabdehə ödənilmiş 2900 (iki min doqquz yüz) manat və ödənilmiş 50 manat dövlət rüsumunun 19 manatı olmaqla, ümumilikdə 2919 (iki min doqquz yüz on doqquz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-51/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-51/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver