Məhkəmə qərarları › İş №2(110)-515/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-515/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-515/2020 14.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbibarədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1419,7 (bir min dörd yüz on doqquz manat yetmiş qəpik) manat əsas borc, 9,98 (doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 1429,68 (bir min dörd yüz iyirmi doqquz manat altmış səkkiz qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh şəxsi (istehkal) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2000 (iki min) manat məbləğində kredit verildiyini və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin bağlandığını, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borcunun 1419,7 (bir min dörd yüz on doqquz manat yetmiş qəpik) manat, faiz borcunun 9,98 (doqquz manat doxsan səkkiz qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün bütün tədirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, eyni zamanda xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalanın pul məbləğinin ödənilməsini gecikdirdiyini və gecikdirmə nəticəsində banka zərər vurduğunu, bunula da cavabdein kredit müqaviləsində nəərdə tutulmuş öhdəliklərini lazimi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurətinin yarandığını, hal-hazırda cavabdehin İddiaçı ASC-yə olan əsasə və ona hesablanmış faiz borcunun 1429,68 (bir min dörd yüz iyirmi doqquz manat altmış səkkiz qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdeh tərəfindən ödənilməsinin təmin edilməli olduğunu qeyd edərək iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1419,7 (bir min dörd yüz on doqquz manat yetmiş qəpik) manat əsas borc, 9,98 (doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 1429,68 (bir min dörd yüz iyirmi doqquz manat altmış səkkiz qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda böyük mütəxəssis-operator tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1.3-cü bəndinə əsasən “Bank” “Borcalan”a 24 ay müddətinə illik 20 % dərəcəsi ilə 2000 (iki min) AZN məbləğində istehlak məqsədilə kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.1.3-cü bəndində hər gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 % cərimə hesablanması nəzərdə tutulmuşdur. Həmçinin müqavilənin həmin bəndində xidmət üzrə birdəfəlik bank komissiyası olaraq 1%minimum 25 manat tutulması qeyd edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh Banka 1419,7(bir min dörd yüz on doqquz manat yetmiş qəpik)manat əsas borc, 9,98 (doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1429,68 (bir min dörd yüz iyirmi doqquz manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş FJB**********489 nömrəli kassa məxaric orderinin surətindən görününr ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 1975 (bir min doqquz yüz yetmiş beş) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, "İddiaçı" ASCC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2021 tarixləri ərzində ayda 101,79 manat olmaqla, cəmi 2442,98 manat pulu “İddiaçı" ASCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1419,7 (bir min dörd yüz on doqquz manat yetmiş qəpik) manat əsas borc, 9,98 (doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1429,68 (bir min dörd yüz iyirmi doqquz manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunu deyil, 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun tutulmasını tələb etdiyindən, məhkəmə işə iddia tələbi çərçivəsində baxdığından, tələb olunan 20,40 (iyirmi manat qırx qəpik) manatın əvəzi Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1419,7 (bir min dörd yüz on doqquz manat yetmiş qəpik) manat əsas borc, 9,98 (doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1429,68 (bir min dörd yüz iyirmi doqquz manat altmış səkkiz qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1450.08 (bir min dörd yüz əlli manat səkkiz qəpik) manat borc pul məcburi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar