Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-516/2024 05.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 11000 (on bir min) ABŞ dollarının (Azərbaycan manatına uyğun məzənnə ilə) onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Türkiyə Respublikasının vətəndaşı olan Gülpəri xanım Daşdəmirin xeyli müddət onun rəfiqəsi olduğunu, bir-biriləri ilə hörmət və etibara dayanan yaxşı münasibətlərinin olduğunu, xanımın işləri ilə əlaqədar tez-tez Azərbaycana gəlib-getdiyini, bir dəfə özünün xaricdə olan zaman zəng edib xahiş etdiyini, onun xətrinə 10 gün müddətinə onun tanışı- hazırki iş üzrə Cavabdeh 10000 (on min) ABŞ dolları borc verdiyini, onun xətrinə 2023-cü ilin sentyabr ayında onun istədiyi məbləği cavabdehə verdiyini, cavabdehlə görüş zamanı onu ofisinə dəvət etdiyini, ofisi ilə tanış etdiyini, diş həkimi olduğunu, klinikası üçün müxtəlif avadanlıqları xaricdən gətirdiyini, buna görə qısa müddətdə ona təcili pul lazım olduğunu, əlində olan bütün pullarını yeni klinikasına qoyduğunu bildirdiyini, həmin ərəfədə isə sonuncu avadanlığı sifariş etmək üçün əlində olan pulun düzəlməsinə görə 1000 ABŞ dolları da lazım olduğunu bildirdiyini və ona əlavə həmin məbləği verdiyini, bundan sonra cavabdehlə bir neçə dəfə görüşdüklərini və onun xaricdən mallarının gəlməsində nəsə problemlər yarandığını, mallar gələn kimi işlərinin yoluna düşəcəyini və borcunu qayaracağını bildirdiyini, bundan sonra dəfələrlə həm onun özü ilə, həm də özü telefonlarına cavab verməyən vaxt işçisi Leyla vasitəsilə əlaqə saxlayaraq, borcunu istədiyini, cavabdehin tez bir zamanda qaytaracağına söz versə də, qaytarmadığını, sonradan bu məsələləri araşdıran zaman bəlli olmuşdur ki, cavabdein guya özünün ofisi dediyi yeri icarəyə, oradakı avadanlıqları isə kreditlə götürdüyünü, problemləri yaranmağa başladıqda isə ortadan yoxa çıxdığını, onun bu dələduz hərəkətləri barədə DİN-nin 102 Xidmətində və Nərimanov RPİ-yə müraciət etdiyini, onun barəsində cinayət işinin başlanılmasını xahiş etsə də, onlar tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək, hazırkı məsələnin mülki xarakterli olması əsas gətirilərək, mülki qaydada məhkəməyə müraciət etməli olduğunun tövsiyyə edildiyinin, buna görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətinin yarandığını bildirərək, məhkəmədən onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsədə, o məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq teleqramda yolun uzaq olması və səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur; - tərəflər arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalardan və “DVD” diskdə olan səs yazısından görünür ki, cavabdeh iddiaçıya borcunun olduğunu və həmin borcu ona qaytaracağını bildirmişdir. Məhkəmə tədqiqatının nəticəsində iş materiallarına əlavə olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 17 mart 2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında həmin pulun 10000 ABŞ dolları olan hissəsini xx.xx.2023-cü il tarixdə Elşən adlı şəxsə sonuncunun işçisi olan Leyla adlı şəxsin vəsatəti ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 75 qarşısında, sonuncu 1000 ABŞ dolları pulu isə Elşən adlı şəxsin özünə işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən tikinti materialları mağazasında verdiyini qeyd etmiş, araşdırma zamanı isə X1 isə həmin xüsusatları təsdiq etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı pulun cavabdehə verilməsini təmin etsədə, lakin cavabdeh müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, aldığı borcu geri qaytarmamışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görədə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi borcun tutulmasına dair hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykəni; - 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla aralarında şifahi borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, borcverən şifahi borc müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borcalan müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, borclu olduğu 11000 (on bir min) ABŞ dollarının borcverənə qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəmədə iştiraı etməsədə, iddiaya qarşı etirazına dair məhkəmə hər hansı sübut təqdim etməmişdir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh iddiaçıdan aldığı borcu iddiaçıya ödəməyərək üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən iddiaçı cavabdehə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin olunaraq Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 11000 (on bir min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 75, mənzil 2 qeydiyyatda olan və yaşayan İddiaçı ödənilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi məbləğində rüsum ödənilir; - 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. İddia təmin olunduğundan qanuna müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 146.1 (bir yüz qırx altı manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 11000 (on bir min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 75, mənzil 2 qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 146.1 (bir yüz qırx altı manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-516/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-516/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver