Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-518/2023 23.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə İddiaçı cavabdeh X2rşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(110)-255/2023 nömrəli məhkəmə qətnaməsi ilə X3 aliment tutularaq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflər barışıq sazişi bağlamış və məhkəməyə təqdim etmişlər. Barışıq sazişinin şərtlərinə görə iş üzrə cavabdeh X6 İddiaçı Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-225/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin təklifini qəbul etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bildiklərini göstərmiş və imzalar ilə təsdiq etmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin imzaladığı barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur. Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərə izah edir ki, Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predment haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdeh X6 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Barışıq sazişinin şərtlərinə görə üzrə cavabdeh X6 İddiaçı Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-225/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat aliment ödəməyi öhdəsinə götürməsi nəzərə alınsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-518/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-518/2023
23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver