Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-519/2021 23.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Yelo Bank“ ASC-nin xeyrinə 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3139,98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu və 3298,11 (üç min iki yüz doxsan səkkiz manat on bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6969,02 (altı min doqquz yüz altmış doqquz manat iki qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayənəsinin 23.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında icraatda olan və 23.09.2021-ci il tarixə saat 14:00-a təyin olunmuş 2(110)-519/2021 saylı mülki iş üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 08.08.2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart şərtlər müqaviləsinə əsasən "xxxx" Kredit Bank olmayan Kredit təşkilatından illik 21 faizlə 25 ay müddətinə 5000 manat kredit götürdüyünü, "xxxx" Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 27.02.2020-ci il tarixli müqaviləyə 1№-li Əlavə Sazişə əsasən Cavabdeh1 ilə "xxxx" Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürüldüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, 31.05.2021-ci ilədək Cavabdeh1 banka 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3139,98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu və 3298,11 (üç min iki yüz doxsan səkkiz manat on bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6969,02 (altı min doqquz yüz altmış doqquz manat iki qəpik) manat borcu olduğunu bildirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Yelo Bank“ ASC-nin xeyrinə 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3139,98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu və 3298,11 (üç min iki yüz doxsan səkkiz manat on bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6969,02 (altı min doqquz yüz altmış doqquz manat iki qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC -nin nümayəndəsi Nümayəndə 27.07.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərmiş və həmin ərizədə icraatda İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işin məhkəmənin icraatında olduğunu, qeyd olunan işlə əlaqədar iddia ərizəsi tərtib olunarkən texniki səhvə yol verildiyini, belə ki iddia ərizəsinin xahiş etdim hissəsində zamin kimi Cavabdeh2 adı səhv qeyd edildiyindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını bildirərək Cavabdeh1 “Yelo Bank“ ASC-nin xeyrinə 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3139,98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu və 3298,11 (üç min iki yüz doxsan səkkiz manat on bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6969,02 (altı min doqquz yüz altmış doqquz manat iki qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə bağlanmış 08.08.2019-cu il tarixli kredit müqviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)-519/2021 nömrəli, 05.08.2021-ci il tarixli qərardadla mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 05.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq İddiaçı ASC-nin 2(110)-519/2021 saylı mülki iş üzrə iddia ərizəsinin əsassız olduğunu bildirərək iddinın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 08.08.2019-cu il tarixli BAKU1-34747-16844 saylı Kredit müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə “TBC" Kredit Bank olmayan Kredit Təşkilatı MMC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, illik ən çoxu 50 % dərəcəsilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 5000 manat kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməsi, həmin kredit və kreditə hesablanmış faizləri Kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən borcalan kreditin əsas və faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. İş materiallarına əlavə olunmuş 08.08.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh1 illik 21 faizlə 25 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 10.09.2019 - 10.08.2021 tarixləri ərzində ayda 249 manat, 10.09.2021-ci il tarixdə 248.39 manat olmaqla, cəmi 6224,39 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 08.08.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 bank hesabına 5000 (beş min) manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Kredit Bank olmayan Kredit təşkilatı MMC ilə İddiaçı ASC arasında bağlanmış 30.1.2020-ci il tarixli Tələbin Güzəşti barədə müqavilədən görünür ki, "xxxx" MMC-nin verdiyi kredit üzrə borcları tələb etmək hüququ Yelo BankASC-yə ötürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Kredit Bank olmayan Kredit təşkilatı MMC ilə İddiaçı ASC arasında bağlanmış 11.02.2020-ci il tarixli Əlavə Sazişdən görünür ki, "xxxx" Kredit Bank olmayan Kredit Təşkilatı MMC-nin verdiyi kredit üzrə əlavə borclar müəyyən edilmiş və həmin borcları tələb etmək hüququ da "xxxx" ASC-yə ötürmüşdür. İş materiallarına əlavə olunmuş 31.05.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 31.05.2021-ci il tarixə Cavabdeh1 08.08.2019-cu il tarixli BAKU1-34747-16844 saylı kredit müqaviləsi üzrə Banka 3139,98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu və 3298,11 (üç min iki yüz doxsan səkkiz manat on bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6969,02 (altı min doqquz yüz altmış doqquz manat iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 08.08.2019-15.09.2021-ci il tarixlərini əhatə edən Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən həmin kredit müqaviləsi üzrə açılmış hesab üzrə müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etməklə ona müqavilə şərtlərinə əsasən müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verilə biləcəyi və kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edəcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" Kredit Bank olmayan Kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.08.2019-cu il tarixli BAKU1-34747-16844 Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 illik 21 faizlə 25 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 10.09.2019 -10.08.2021 tarixləri ərzində ayda 249 manat, 10.09.2021-ci il tarixdə 248.39 manat olmaqla, cəmi 6224,39 manat pulu “TBC" Kredit Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh1 05.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq İddiaçı ASC-nin 2(110)-519/2021 saylı mülki iş üzrə iddia ərizəsinin əsassız olduğunu bildirərək iddinın rədd olunmasını xahiş etsədə, iddia tələbinin əsassız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 08.08.2019-cu il tarixli, BAKU1-34747-16844 saylı Kredit Müqaviləsi üzrə 3139.98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu manat məbləğində pulun tutulmasında iddiaçının tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin 08.08.2019-cu il tarixli, BAKU1-34747-16844 saylı Kredit Müqaviləsi üzrə hesablanmış 3298.11 (üç min iki doxsan səksən manat on bir qəpik) manat cərimə borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə 08.08.2019-cu il tarixli, BAKU1-34747-16844 saylı Kredit Müqaviləsi üzrə 3298.11 (üç min iki doxsan səksən manat on bir qəpik) manat cərimə borcunun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, cərimə borcunun 330 (üç yüz otuz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh1 08.08.2019-cu il tarixli, BAKU1-34747-16844 saylı Kredit Müqaviləsi üzrə 3139.98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu, 330 (üç yüz otuz) manat cərimə borcu, cəmi 4000.91 (dörd min manat doxsan bir qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18 (on səkkiz) manatı olmaqla, ümumilikdə 4018.91 (dörd min on səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməli, eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış 08.08.2019-cu il tarixli, BAKU1-34747-16844 saylı Kredit Müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 12 (on iki) manatı iddiaçıya aid edilməli, 18 (on səkkiz) manat məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 08.08.2019-cu il tarixli, BAKU1-34747-16844 saylı Kredit Müqaviləsi üzrə 3139.98 (üç min bir yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat əsas borc, 530.93 (beş yüz otuz manat qoxsan üç qəpik) manat faiz borcu, 330 (üç yüz otuz) manat cərimə borcu, cəmi 4000.91 (dörd min manat doxsan bir qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18 (on səkkiz) manatı olmaqla, ümumilikdə 4018.91 (dörd min on səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə tərəflər arasında bağlanmış 08.08.2019-cu il tarixli, BAKU1-34747-16844 saylı Kredit Müqaviləsi ləğv edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-519/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-519/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver