Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-521/2021 31.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququ" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayonunun Məmmədsabir kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan yaşayış evinin tərkib hissəsindən ona və 07.01.2010-cu il tarixdə anadan olmuş X4, 09.02.2021-ci il tarixdə anadan olmuş X2 istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2009-cu ildə Şərur rayonunun Məmmədsabir kənd sakini X8 ilə ailə həyatı qurduqlarını, nikahlarının 02.03.2018-ci il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində 52 sayla qeydə alındığını, onun atasının adına olan, Şərur rayonunun Məmmədsabir kəndində yerləşən yaşayış evinə gəlin köçdüyünü, ailə həyatı qurduqdan sonra bir müddət həmin kənddə, sonra isə Türkiyədə yaşadıqlarını, nikahdan 07.01.2010-cu il tarixdə X9 və 09.02.2021-ci il tarixdə X1 dünyaya gəldiyini, son aylar ərzində kəndə qayıtdığını, lakin qayınatası Cavabdeh onu azyaşlı övladları ilə birgə həmin evdə yaşamağa imkan verməyib hamilə vəziyyətdə olmasına baxmayaraq onu evdən qovaladıqlarını, məcburiyyət qarşısında qalaraq Culfa rayonunda yaşayan bacısının evində məskunlaşdıqlarını, başqa yerdə qalmağa imkanının olmadığını, Şərur rayon Aqrar İslahat Komissiyasının 13.07.199-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayonunun Məmmədsabir kəndində 1201 kv.m və 1095 kv.m torpaq sahəsinin Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verildiyini, yəni həyat yoldaşı Mehmanın torpaq sahəsində payı və evə hüququ olduğunu bildirərək Şərur rayonunun Məmmədsabir kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan yaşayış evinin tərkib hissəsindən ona və 07.01.2010-cu il tarixdə anadan olmuş X4, 09.02.2021-ci il tarixdə anadan olmuş X2 istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq etmiş və əlavə olaraq cavabdehlə 2008-ci ildə Türkiyə Respublikasında ailə qurduqlarını, 2018-ci ilə qədər orada yaşadıqlarını, 2018-ci ildə Şərur rayonuna qayıtdıqlarını, cehiz əşyalarını 2018-ci ildə Şərur rayonunun Məmmədsabir kəndində qayınatası Cavabdeh evinə gətirdiyini, 6-7 ay orada yaşadıqlarını, onu orada yola vermədikləri üçün evdən çıxmağa məcbur olduğunu, 2020-ci ilin dekabr ayında faktiki olaraq yoldaşı ilə ayrıldıqlarını, əvvəlcə Şərur rayonunun Ərəbyengicə kəndində atası evində, haliyədə Culfa rayonunda bacısının himayəsində yaşadığını bildirərək Şərur rayonunun Məmmədsabir kəndində yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış evinin tərkib hissəsindən ona və 07.01.2010-cu il tarixdə anadan olmuş X4, 09.02.2021-ci il tarixdə anadan olmuş X2 istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək Şərur rayonunun Məmmədsabir kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan yaşayış evinin tərkib hissəsindən iddiaçıya və övladları- 07.01.2010-cu il tarixdə anadan olmuş X4, 09.02.2021-ci il tarixdə anadan olmuş X2 istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddiaçı ilə oğlunun 2008ci ildə Türkiyə Respublikasında evləndikərini, toylarının Türkiyədə olduğunu, iddiaçının orada yaşadıqları evə gəlin köçdüyünü, yalnız 2018-ci ildə Türkiyə Respublikasından qayıtdıqdan sonra onun evinə yaşamağa başladığını, 2018-ci ilin mart ayında onun evinə cehiz əşyalarını gətirdiyini, 11 gün onun evində yaşadığını, onlarla yola getmədiyi üçün uşaqlarını da götürərək evdən getdiyini, 2014-2018-ci illərdə onlara xəbər vermədən iddiaçının aliment tələbi ilə onları məhkəməyə verdiyini, 2018-ci ildə iddiaçıya 2500 manat aliment pulu ödədiklərini, iddiaçının güya onlara pul verməsi ilə bağlı dediklərinin yalan olduğunu, iddiaçının Culfada bacısıgildə yaşadığını, nə iddiaçıya, nə də ki, uşaqlara ona məxsus evdə yaşamağa icazə verməyəcəyini bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və mülki iş materialında toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.03.2018-ci il tarixli AZ-İ № 946239 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X5 arasında 02.03.2018-ci il tarixdə 52 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.04.2018-ci il tarixli AZ-İll № 960880 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 07.01.2010-cu il təvəllüdlü X3 validenləridirlər. İş materiallarına əlavə olunmuş Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.02.2021-ci il tarixli AZ-lV № 626092 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 09.02.2021-ci təvəllüdlü X1 validenləridirlər. Beləliklə, iş materialalrından müəyyən olundu ki, İddiaçı cavabdeh X8 ilə 2009-cu il tarixdə Türkiyyə Respublikasında faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, 02.03.2018-ci il tarixdə isə tərəflər arasında rəsmi nikah bağlanmışdır. 2018-ci il tarixdə Şərur rayonuna qayıtdıqdan sonra iddiaçı Cavabdeh məxsus mübahisə predmeti olan evə köçərək özünündə qeyd etdiyi kimi 6-7 ay orada yaşamış, daha sonra cavabdehlə münasibətləri korlandığı üçün həmin evi tərk edərək əvvəlcə Şərur rayon Ərəbyengicə kəndində atasına məxsus evdə, daha sonra isə Culfa rayonunda yaşayan bacısının evində yaşamağa davam etmişdir. Cavabdehin oğlu ilə ailə münasibətləri 2020-ci ilin dekabr ayından pozulmuş, həmin vaxtdan faktiki olaraq ayrılmışlar. İddiaçı qeyd etdiyi kimi 2018ci ilin sonlarından həmin əmlakdan istifadə etməməkdədir. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisə predmeti olan ev haliyədə Cavabdeh məxsusdur. Həmin əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmasada məhkəmə hesab edir ki, hazırki halda cavabdeh həmin mənzilə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Bu isə «İnsan hüquqlarmın və əsas azadlıqların müdafiəsi haqqında» Kovensiyanın 1 saylı 5 Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Bununla belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.O.Teryovinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarındakı mövqeyindən çıxış edərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli evin tərkib hissəsində rəsmi reyestrdə qeydiyyata alınmamış tikilisi başa çatmayan evin üzərində sahiblik və istifadə hüquqları olduğundan və onun həmin hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibi kimi mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il tarixdən sonra, yəni 2018-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında deyilir: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur; Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ərarvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün o, mübahisə predmeti olan yaşayış sahəsinin tərkib hissəsindən yaşayış və istifadə hüququ tələb edə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materialalrından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfındən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan göründüyü kimi İddiaçı maddi vəziyyəti və ya digər diqqətə layiq olan halları ilə əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Məhkəmə eyni zamanda, iddianın “iddiaçının azyaşlı uşaqları- 07.01.2010-cu il tarixdə anadan olmuş X3 və 09.02.2021-ci il tarixdə anadan olmuş X1 ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ”na dair hissəsi ilə əlaqədar da qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdehin oğlunun birgə nikahlarından doğulmuş övladları - 07.01.2010-cu il təvəllüdlü X9 və 09.02.2021-ci il təvəllüdlü X6 iddiaçının himayəsində yaşayırlar. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, İddiaçı mübahisəli yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququna dair iddia tələbi rədd edilməli olduğundan, onun on dörd yaşına çatmamış övladları- 07.01.2010-cu il təvəllüdlü X3 və 09.02.2021-ci il təvəllüdlü X1 yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklədə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanların nəticəsi olaraq iddiaçının Şərur rayonunun Məmmədsabir kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan yaşayış evinin tərkib hissəsindən ona və övladları- 07.01.2010-cu il təvəllüdlü X4 və 09.02.2021-ci il təvəllüdlü X2 yaşayış və istifadə hüququ verilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququ barədə” iddia tələbi rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-521/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-521/2021
31.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver