Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-525/2020 28.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması“ tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı idda qaldıraraq Cavabdeh 126690 (bir yüz iyirmi altı min altı yüz doxsan) rubl, o zamanın pulu ilə 4370 (dörd min üç yüz yetmiş) ABŞ dolları (4729 AZN) orcunu və ödəmiş olduğu 31 (otuz bir) manat dövlət rüsumunun, fakturanın tərcüməsi üçün 18 (on səkkiz) manat cəmi 4370 (dörd min üç yüz yetmiş) ABŞ dolları, 49 manat və ya cəmi manatla 7478 (yedi min dörd yüz yetmiş səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı məhkməyə ərizə təqdim edərək cavabdehlə məhkəmədən kənar öz aralarında razılığa gəlmələri üçün mülki işin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçının iddia ərizəsinin baxılmamış saxlanması və sənədlərinin geri qaytarılması haqda ərizəsinə etirazının olmamasını bildirdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və cavabdehin də verilmiş ərizəyə etirazı olmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, İddiaçı tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 55758 №li qəbzlə "Kapital Bank" Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması“ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 55758 №li qəbzlə "Kapital Bank" Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-525/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-525/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver