Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-525/2021 06.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 930 (doqquz yüz otuz) ABŞ dollarının və ödənilən 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, lakin 30.08.2021-ci il tarixdə isə ərizə göndərərək ərizəsində pul tələbinə dair məhkəməyə Cavabdeh 930 (doqquz yüz otuz) ABŞ dollarının və ödənilən 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etdiyini, MPM-nin 77-ci maddəsinin tələbinə uyğun olaraq sübut təqdim etdiyini, polisin cinayət işinin rədd edilməsi barədə qərarının əslini də iddia ərizəsinə əlavə etdiyini, cavabdehin özünün də etiraf etdiyini və həmin qərarda da qeydlər olduğunu, məhkəmə iclasının 06.09.2021-ci il tarixə saat 10:00-a təyin edildiyini, COVİD 19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq, yaşlı olduğu və maddi imkanı olmadığı üçün məhkəmə iclasına gələ bilməyin mümkün olmadığını, odur ki, məhkəmə iclasının onun iştirakı olmadan işə mahiyyyəti üzrə baxılıb iddia icraatı qaydasında keçirilib iddianın təmin edilməsini və qiyabi qətnamə qəbul edilməsini xahiş edərək iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Səudiyyə Ərəbistanına getmək istədiyini tanıdığı olan Rasimə xanıma söylədiyini, Rasimə xanımın da tanışı olan “Həsən Travel”in rəhbəri Cavabdeh belə ziyarətləri təşkil etdiyini ona bildirdiyini, o da ziyarətə getmək üçün 930 (doqquz yüz otuz) ABŞ dolları pulu Rasiməyə Cavabdeh verməsi üçün verdiyini, Rasimə xanımın da həmin məbləği, yəni 930 (doqquz yüz otuz) ABŞ dollarını Cavabdeh verdiyini, daha sonra cavabdeh sözünü tutmadığı üçün cavabdehdən pulu geri qaytarmasını tələb etdiyini, cavabdeh pulu verməkdən imtina etdikdə isə DİN-ə şikayət etdiyini, DİN-in Yasamal polis idarəsi araşdırma apardıqdan sonra cinayət işinin başlanılmasını rədd etdiyini, cavabdehin izahatında pulun onda olduğunu etiraf etdiyini, həmin cinayət işinin başlanmasının rədd edilməsi qərarını da sübut olaraq iddia ərizəsinə əlavə etdiyini bildirərək Cavabdeh 930 (doqquz yüz otuz) ABŞ dollarının və ödənilən 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh şikayət ərizəsi ilə əlaqədar "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" aprel 2021-ci il tarixli qərarda olan Cavabdeh izahatında 2020-ci ilin fevral ayında Rasimə xanımın ona 930 (doqquz yüz otuz) ABŞ dolları verdiyini və Nazlı xanımı X5 ziyarətinə yola salmağı söylədiyini, bundan sonra bütün sənədləri hazırladığını, lakin pandemiya ilə əlaqədar olaraq bu ziyarətin hal-hazırda baş tuta bilməyəcəyini, pandemiya qurtaran kimi bu ziyarətin baş tutacağını bildirmişdir. Məhkəmə tədqiqatının nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 930 (doqquz yüz otuz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq tutularaq İddiaçı verilməlidir. Belə ki, Yasinov X2 RPİ-də verdiyi izahatında iddiaçıdan 930 (doqquz yüz otuz) ABŞ dolları məbləğində pul aldığını, bu pulun müqabilində iddiaçının X4 ziyarətinə yola salacağını, bütün sənədləri hazırladığını, lakin pandemiya ilə əlaqədar olaraq ziyarətin baş tutmadığını, pandemiya qurtaran kimi bu ziyarətin baş tutacağını bildirməklə borcunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən cavabdeh X1 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 930 (doqquz yüz otuz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-525/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-525/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver