Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-529/2021 07.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 30.08.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********39827 Samsung Galaxy A51 markalı telefon üçün 654 (altı yüz əlli dörd) manat ödənilməmiş hissə, 159 (bir yüz əlli doqquz) manat dəbbə, 03.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********07211 Samsung Galaxy S10 markalı telefon üçün 1254 (bir min iki yüz əlli dörd) manat ödənilməmiş hissə, 281 (iki yüz səksən bir) manat dəbbə olmaqla, ümumilikdə 2348 (iki min üç yüz qırx səkkiz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı gəlməmiş, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinı baş direktoru 06.09.2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramda mülki iş üzrə məhkəmə iclasının 07.09.2021-ci il tarixə saat 10:30-a təyin olunduğunu, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. c İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 30.08.2020-ci il tarixli və 03.09.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kod **********39827 Samsung Galaxy A51 və İMEİ kod **********07211 Samsung Galaxy S10 markalı telefon aldığını, nəticədə 2348 (iki min üç yüz qırx səkkiz) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, 30.08.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 946 (doqquz yüz qırx altı) manat (12 ay x 59,5 manat + 232 manat ilkin ödəniş) olan İMEİ kod **********39827 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 813 (səkkiz yüz on üç manat olmaqla, ondan 654 (altı yüz əlli dörd) manat ödənilməmiş hissə, 159 (bir yüz əlli doqquz) manat dəbbə; 03.09.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2018 (iki min on səkkiz) manat (12 ay x 104,5 manat + 764 manat ilkin ödəniş) olan İMEİ kod **********07211 Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə 1535 (bir min beş yüz otuz beş) manat olmaqla, ondan 1254 (bir min iki yüz əlli dörd) manat ödənilməmiş hissə, 281 (iki yüz səksən bir) manat dəbbə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1056 (bir min əlli altı) manat təşkil etdiyini qeyd edərək, 30.08.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********39827 Samsung Galaxy A51 markalı telefon üçün 654 (altı yüz əlli dörd) manat ödənilməmiş hissə, 159 (bir yüz əlli doqquz) manat dəbbə, 03.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********07211 Samsung Galaxy S10 markalı telefon üçün 1254 (bir min iki yüz əlli dörd) manat ödənilməmiş hissə, 281 (iki yüz səksən bir) manat dəbbə olmaqla, ümumilikdə 2348 (iki min üç yüz qırx səkkiz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 30.08.2020-ci il tarixli 21126016 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kod **********39827 olan Samsung Galaxy A51 markalı mobil telefondur. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 30.08.2020-ci il tarixli 21126016 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 946 manat olan 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kod **********39827 olan Samsung Galaxy A51 markalı mobil telefon üçün ilkin ödəniş 232 manat ödəyərək, qalan məbləği 12 ay müddətinə, ayda 59,5 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 30.08.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kod **********39827 olan Samsung Galaxy A51 markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 03.09.2020-ci il tarixli 21135883 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 1 il qızıl zəmanətli və telefon quraşdırma xidmətili İMEİ kod **********07211 olan Samsung Galaxy S10 markalı mobil telefondur. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 03.09.2020-ci il tarixli 21135883 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2018 (iki min on səkkiz) manat olan 1 il qızıl zəmanətli və telefon quraşdırma xidmətili İMEİ kod **********07211 olan Samsung Galaxy S10 markalı mobil telefon üçün ilkin ödəniş olaraq 764 manat ödəyərək, qalan məbləği 12 ay müddətinə, ayda 104,5 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 03.09.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh 1 il qızıl zəmanətli və telefon quraşdırma xidmətili İMEİ kod **********07211 olan Samsung Galaxy S10 markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 14.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 1908 (bir min doqquz yüz səkkiz) manat ödənilməmiş hissə, 440 (dörd yüz qırx) manat məbləğində cərimə, ümumilikdə 2348 (iki min üç yüz qırx səkkiz) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 15.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 23.02.2021-cu il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.08.2020-ci il tarixli müqaviləyə əsasən Müştəri alqı-satqı qiyməti 946 (doqquz yüz qırx altı) manat olan 2 il qızıl zəmanətli və telefon quraşdırma xidmətli İMEİ kodu **********39827 olan Samsung Galaxy A51 markalı telefon üçün 232 (iki yüz otuz iki) manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 (on iki) ay müddətinə, ayda 59,5 (əlli doqquz manat əlli qəpik) manat ödəməyi, 03.09.2020-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 2018 (iki min on səkkiz) manat olan 1 il qızıl zəmanətli və telefon quraşdırma xidmətili İMEİ kodu **********07211 olan Samsung Galaxy S10 markalı mobil telefon üçün 764 (yeddi yüz altmış dörd) manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 (on iki) ay müddətinə, ayda 104,5 (bir yüz dörd manat əlli qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 1056 (bir min əlli altı) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə cəmi 1908 (bir min doqquz yüz səkkiz) manat ödənilməmiş hissə, 440 (dörd yüz qırx) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2348 (iki min üç yüz qırx səkkiz) manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında sadə yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi hər iki Müqavilə üzrə ümumilikdə 1908 (bir min doqquz yüz səkkiz) manat ödənilməmiş hissədə tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin hər iki müqavilə üzrə hesablanmış 440 (dörd yüz qırx) manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər ; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 440 (dörd yüz qırx) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 44 (qırx dörd) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh hər iki müqavilə üzrə 1908 (bir min doqquz yüz səkkiz) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu (cərimə) olmaqla, ümumilikdə 1952 (bir min doqquz yüz əlli iki) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6 (altı) manatı iddiaçıya aid edilməli, qalan 24,0 (iyirmi dörd) manatı isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 30.08.2020-ci il tarixli və 03.09.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********39827 olan Samsung Galaxy A51 markalı mobil telefon və İMEİ kodu **********07211 olan Samsung Galaxy S10 markalı mobil telefon üçün cəmi 1908 (bir min doqquz yüz səkkiz) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu (cərimə), cəmi 1952 (bir min doqquz yüz əlli iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24.0 (iyirmi dörd) manatı olmaqla, ümumilikdə 1976.0 (bir min doqquz yüz yetmiş altı) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-529/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-529/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver