Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-533/2020 29.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16050 manat pulun və dövlət rüsumu olaraq ödənmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdı ki, iddiaçı cavabdehə 16050 manat kredit vermişdi. Cavabdeh müddətin keçməsinə baxmayaraq aldığı borcu geri qaytarmır. Müxtəlif bəhnələrlə iddiaçını aldadır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi xx.xx.2017-ci ildə notariat kontorunda müqavilə əsasında Cavabdeh 45450 manat kredit verdiyini,müxtəlif zamanlarda Azərin ona bu borcdan hissə-hissə qaytardığını, Azərin ona qalan borcu 25050 manatı ödəmədiyindən məhkəməyə müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(110)-319/2018 saylı qətnaməsi ilə həmin məbləğin Cavabdeh alınıb ona verilməsi qət edildiyini, sonradan Azər həmin puldan ona 9000 manat ödədiyini, lakin heç bir yerdə işləmədiyindən aralarında razılaşaraq, Azərin ona notariat kontorunda borcun etirafı barədə ərizə verərək işləmək üçün Türkiyə Respublikasına getdiyini,orada işləyərək ona qalan 16050 manat borcunu iki il müddətinə hər ay 669 manat olmaqla qaytaracağına söz verdiyini,aradan xeyli müddət keçməsinə baxmayaraq Azər ona ödəniş etmədiyini, bunun üçün də məhkəməyə müraciət etdiyini bildirmişdi. İşdə iştirak edən şəxslərin izahatları: İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə teleqram vuraraq, Bakı şəhərində olduğunu, məhkəmə iclasına gəlməyə imkanı olmadığını, iddianı müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı etiraf etdiyini, həqiqətən də İddiaçı 16050 manat borcu olduğunu, bu barədə yazılı ərizə verdiyini, buralarda olmadığına görə onun pulunu ödəyə bilmədiyini, amma ona bir az vaxt verilərəsə borcunu tam olaraq ödəyəcəyini bildirərək, iddianın etirafı barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2018-ci il tarixli borcun etirafı barədə notaril qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı 16050 manat pul borc almış və borc alan isə bu borcu 2 il müddətinə hər ay 669 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia tələbitəmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya 16050 manat pul borcu olduğuna dair notarial qaydada təsdiqlənmiş borcun etirafı barədə ərizə vermiş, borc alan bu borcu 2 il müddətinə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmiş, borcunun tam olaraq qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə verilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin etirafı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından da məlum olur ki, cavabdehlə iddiaçı arasında müqavilə bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya borcu yaranmışdır. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 16050 manat borc pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur şəhərində qeydiyyatda olan Cavabdeh 16050 (on altı min əlli manat) manat borc pul və məhkəmə xərci olaraq 30 manat dövlət rüsumu alınaraq Şərur rayonu Düdəngə kəndində qeyiyyatda duran İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə X1 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-533/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-533/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver