Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-536/2021 02.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı borc tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Kreditor İddiaçı ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 200 manat əsas borc, 60 manat cərimə və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 280 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə sadələşdirilmiş qaydada qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizənin qəbul olunmasından imtina edir. İş materiallarında olan, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsin 1-ci maddəsində göstərilən 300 manat məbləğində əşyanın təhvil verilməsinə dair subutlar iş materillarına əlavə edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-in 284-4.3-cü maddəsinə müvafiq olaraq, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 284-4.1.3 və 284-4.2-ci maddələrini rəhbər turaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı borc tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-536/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-536/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver