Məhkəmə qərarları › İş №2(110)-543/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-543/2024

08.05.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-543/2024 08.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Tələbkar Kreditor Borclu “aliment tələbinə barədə” məhkəmə əmrinin verilməsinə dair ərizəsinə Şərur Rayon məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Tələbkar Kreditor Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Borclu birgə nikahından doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələbkar Kreditor ərizəsində onun Borclu ilə 2022-ci ilin aprel ayında el adəti üzrə nikah bağlayaraq ailə həyatı qurduğunu, bu nikahlarını isə 10 fevral 2023-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində 217 saylı akt qeydi ilə qeydiyyata alındığını, onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X2 adında bir övladları doğulduğunu və bir neçə ay bakı şəhərində yaşadıqdan sonra Şərur rayonuna qayıtmaqla birgə yaşamağa başladıqlarını, Borclu N saylı hərbi hissədə MAXE işlədiyini, borclunun uşağın tələbatının ödənilməsində iştirak etməməyə başladığını, bu səbəbdən də münasibətlərinin qismən pozulduğunu, onun isə övladlarının azyaşlı olması səbəbindən işləyə bilmədiyindən övladının tələbatını ödəməkdən çətinlik çəkdiyini, övladının isə tələbatının artdığını, ailə münasibətindən irəli gələn ailment tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi barədə tərəfindən mediasiya təşkilatına da müraciət edildiyini, lakin Borclu mediasiya prosesindən imtina etdiyini, buna görə də ona arayış verildiyini, göstərilən səbəbdən də onun Borclu qarşı aliment tələbinə dair məhkəmə əmrinin verilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu bildirmişdir. İş materialında olan: - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli nikahın haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Borclu ilə Kreditor arasında 10 fevral 2023-cü il tarixdə 217 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Camalova” soyadı verilmişdir; - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər xx.xx.2023-cü il təvəllüdlü X1 valideyinləridir. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, tələbkarın tələbinin aşkar olduğu və borclunun isə mübahisə edilməyən vəzifəsinə əsaslandığı müəyyən olunduğundan məhkəmə əmri verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar və onlar uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 275.1-ci maddəsinin müddəasına görə - müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; - 276.1-ci maddəsində deyilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; - 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər; - 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır; - 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin,“məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin Borclu 100 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 - 282-ci maddələrini rəhbər tutaraq məhkəmə əmr etdi: xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi aliment qismində tutularaq Kreditor ödənilsin. Məhkəmə əmri dərhal icra olunsun. Məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar