Məhkəmə qərarları › İş №2(110)-546/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-546/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-546/2020 30.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dairiddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 170 manat pul məbləğində müəyən edilməsi və Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh ünvanı olaraq ünvan 1 göstərilmişdir. Lakin Elektron Məhkəmə sistemində edilmiş sorğu əsasında Cavabdeh əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Rzayev X2 rayon Qarabağlar kəndi ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Aidiyyət qaydalarının pozulmasına yol verilmədiyindən, iddia ərizəsinə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsanlar aradan qaldırılaraq ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268ci maddələrini rəhbər ruraraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar