Məhkəmə qərarları › İş №2(110)-550/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-550/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-550/2020 28.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, X3 Kredit Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxx” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 560,89 (beş yüz altmış manat səksən doqquz qəpik) manat əsas borc, 74,32 (yetmiş dörd manat otuz iki) manat məbləğində faiz borcu, 3,12 (üç manat on iki qəpik) manat cərimə borcu, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 668,73 (altı yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat borcun tutularaq iddiaçı BOKT “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 12 ay müddətinə 1050 (bir min əlli) manat məbləğində kredit verildiyini və bununla bağlı X5 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 252-KTQ-0381-19 saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödəilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməli olduğunu, hal-hazırda kredit müqavilsinin şərtlərinə əsasən Cavabdeh X5 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixə 560,89 (beş yüz altmış manat səksən doqquz qəpik) manat əsas borcu, 74,32 (yetmiş dörd manat otuz iki) manat faiz borcu, 3,12 (üç manat on iki qəpik) manat cərimə borcu olmaqla, ümumi 638,33 (altı yüz otuz səkkiz manat otuz üç qəpik) manat borcu olduğunu, bu borcunda cavabdeh tərəfindən ödənilməsinin təmin edilmədiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə xx xxxx 2020-ci il tarixli, 8605/20 saylı pretenziya (xəbərdarlıq) məktubunun da göndərildiyini, göründüyü kimi cavabdehin müqavilənin şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində X5 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid edənlərdən haqı çatanlardan məhrum etdiyini qeyd edərək Cavabdeh 560,89 (beş yüz altmış manat səksən doqquz qəpik) manat əsas borc, 74,32 (yetmiş dörd manat otuz iki) manat məbləğində faiz borcu, 3,12 (üç manat on iki qəpik) manat cərimə borcu, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 668,73 (altı yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat borcun tutularaq iddiaçı BOKT “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda böyük mütəxəssis-operator tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 252-KTQ-0381-19 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı BOKT “xxxxxxxxxx” QSC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a X1 istehlak mallarını almaq məqsədilə 1050 (bir min əlli) AZN məbləğində istehlak mallarını kreditə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən alınmış məişət texnikası 1 ədəd Termogas kombi 24 “Borcverən”in xeyrinə girov qoyulur. Girov predmeti “Borcalan”da qalır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 32% hesablanmaqla 12 ay müddətinə verilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh Banka 560,89 (beş yüz altmış manat səksən doqquz qəpik) manat əsas borc, 74,32 (yetmiş dörd manat otuz iki) manat məbləğində faiz borcu, 3,12 (üç manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 638,33 (altı yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 252-KTQ-0381-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən BOKT “xxxxxxxxxx” QSC tərəfindən Cavabdeh illik 32 faiz dərəcəsi ilə 12 ay müddətinə 1050 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2020 tarixləri ərzində ayda 103 manat, xx.xx.2020 tarixində isə 109,27 manat olmaqla, cəmi 1242,27 manat pulu BOKT “xxxxxxxxxx” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, BOKT “xxxxxxxxxx” QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Beləliklə, müəyyən olundu ki, Cavabdeh ilə X3 Kredit Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 252-KTQ-0381-19 saylı kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə məişət texnikası olan 1 ədəd Termogas kombi 24 almaq üçün 1050 (bir min əlli) AZN məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Borclunun xx xxxxxx 2019-cu il tarixli 252-KTQ-0381-19 saylı kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə iddiaçı cəmiyyətə 560,89 (beş yüz altmış manat səksən doqquz qəpik) manat əsas borc, 74,32 (yetmiş dörd manat otuz iki) manat məbləğində faiz borcu, 3,12 (üç manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 638,33 (altı yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 560,89 (beş yüz altmış manat səksən doqquz qəpik) manat əsas borc, 74,32 (yetmiş dörd manat otuz iki) manat məbləğində faiz borcu, 3,12 (üç manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 638,33 (altı yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində pul tutularaq X5 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı cəmiyyətin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 560,89 (beş yüz altmış manat səksən doqquz qəpik) manat əsas borc, 74,32 (yetmiş dörd manat otuz iki) manat məbləğində faiz borcu, 3,12 (üç manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 638,33 (altı yüz otuz səkkiz manat otuz üç qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 668,73 (altı yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat borc pul tutularaq X5 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar