Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-551/2024 23.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızın katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona təhvil verilmiş avadanlığın dəyəri olan 2277,40 manat məbləğində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valiyuta: AZN, VÖEN **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə AZərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, hökmün icrası İddiaçınə həvalə edildiyini, 14.032022-ci il tarixdə İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkumun iştirakı ilə müvafiq akt tərtib edilərək və cəza çəkdiyi müddət ərzində üzərində gəzdirəcəyi elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edildiyini, elə həmin gün müvafiq aktla “Attenti” markalı 35650015 (qolbaq 07573) nömrəli elektron nəzarət vasitələri məhkum hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verildiyini, məhkum Cavabdeh azadlıqdan məhrum edildiyini və ona təhvil verilmiş elektron nəzarət vasitələi məhkəmə baxışı zamanı onun üzərində aşkar edilmədiyini, Cavabdeh ENV-ni itirdiyini dediyini, mübahisəni başqa həlli mövcud olmadığından məhkəməyə müraciət etdiklərini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəf məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu ərazidə yaşamadığında məhkəmə sənədi qeydiyyatda olduğu yerin icra nümayəndəliyinə göndərilmiş, icra nümayəndəliyinin arayışına əsasən cavabdehin istintaq təcridxanasında olduğundan məhkəmə sənədləri Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.1.222-ci il tarixli 1(008)-8/2022 saylı hökmündən görünür ki, Cavabdeh AZərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 07573 nömrəli 1 ədəd qolbaq, 1 ədəd “Attenti” markalı 35650013 nömrəli mobil nəzarət qurğusu və 1 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı təhvil verilmiş və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələi tətbiq edilmiş məhkumlar tərəfindən həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında toplam dəyəri 2277,40 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il 5 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası ilə əlaqədar elektron nəzarət vasitələri cavabdeh olan Cavabdeh təhvil verilmişdir. Cavabdeh üzərində ona təhkim edilmiş ENV aşkar edilməmiş və onu itirdiyini bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Cəzaların İcrası Məcəlləsinin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki iddia tələbi üzrə cavabdeh törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya maddi ziyan vurmuş, lakin həmin xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 42,78 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına (hesab AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valiyuta: AZN, VÖEN **********) köçürülsün. Cavabdeh 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-551/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-551/2024
23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver