Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-552/2020 28.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı X10 Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dairkiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1726,69 (bir min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) əsas borc, 163,37 ( bir yüz altmış üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 1890,06 (bir min səkkiz yüz doxsan manat altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində cavabdeh X3 xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0- 314-19 saylı kredit müqaviləsinə əsasən “xxxxxx“ İKB ASC-dən illik 28 faizlə 18 ay müddətinə 3000 (üç min) manat kredit götürdüyünü, borcun təminatə olaraq Cavabdeh2 ilə xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı zaminlik müqaviləsi bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, xx xxxx 2020-ci ilədək X3 banka xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı kredit müqaviləsi üzrə 1726,69 (bir min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik)manat əsas borc, 163,37 ( bir yüz altmış üç manat otuz yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə cəmi 1890,06 (bir min səkkiz yüz doxsan manat altı qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını qeyd edərək cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1726,69 (bir min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) əsas borc, 163,37 (bir yüz altmış üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 1890,06 (bir min səkkiz yüz doxsan manat altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər X3 və Cavabdeh2 ünvanlarına göndərilmiş, iş materialında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, cavabdeh X7 bildirişi almışdır. Həmçinin məhkəmə iclas katibi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Cavabdeh2 mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən də X7 ilə "xxxxxx" İKB ASC-nin 12 saylı Filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verilməsi, Borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və keditə hesablanmış faizləri Kreditora ödənilməsi təşkil edir. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən kreditor borcalana istehlak məqsədilə 18 (on səkkiz) ay müddətinə illik 28 faiz dərəcəsi ilə hesablanan 3000 (üç min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin "Öhdəliklərin vaxtından əvəl icra edilməsi tələbi” barədə 7.1-ci bəndində qeyd olunmuşdur ki, kreditor borcalan verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəməkdikdə, borcalan tərəfindən ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə, borcalan kreditdən təyinatına uyğun istifadə etmədikdə və s. hallarda kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda verdiyi krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Həmin Müqavilənin 8.1-ci maddəsinə əsasən Müqavilə üzrə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam şəkildə ödəməlidir. İş materiallarına əlavə olunmuş Zaminlik Müqaviləsindən aydın olur ki, "xxxxxx" İKB ASC-nin 12 saylı Filialı ilə Cavabdeh2 arasında xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı saylı Zaminlik Müqaviləsi bağlanmışdır və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşlər. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314- 19 saylı kredit müqaviləsinə Bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə X3 Banka 1726,69 (bir min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) manat əsas borc, 163,37 (bir yüz altmış üç manat otuz yeddi qəpik) manat məbləğində faiz olmaqla ümumilikdə 1890,06 (bir min səkkiz yüz doxsan manat altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxxxx" İKB ASC-nin 12 saylı filialı tərəfindən X4 illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, X7 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2020 tarixləri ərzində ayda 206.02 manat, xx.xx.2020 tarixində isə 206.0 manat olmaqla, cəmi 3708.34 manat pulu, "xxxxxx" İKB ASC-nin 12 saylı filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, “xxxxxx” X5 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, X7 3000 AZN məbləğində pulu imza edərək təhvil almışdır. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı Bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Kreditor "xxxxxx" İKB ASC-nin 12 saylı Filialı ilə X1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 28 % olmaqla 18 ay müddətinə Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda Kreditor "xxxxxx" İKB ASC-nin 12 saylı Filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 24- MZ-1-0-314-19 saylı zaminlik müqaviləsinə əsasən Kreditor "xxxxxx" İKB ASC ilə X1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh- zamin Səmədli X6 qismində X7 ilə birgə iddiaçı “Kreditor "xxxxxx" İKB ASC qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırda Borcalan kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcalana rəsmi olaraq xəbərdarlıq edilsə də o öhdəliyini yerinə yetirilməmişdir. Haliyədə Borcalanın xx xxxx 2019-cu il tarixli 24-MZ-1-0-314-19 saylı kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə Kreditora 1726,69 (bir min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) manat əsas borc, 163,37 ( bir yüz altmış üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 1890,06 (bir min səkkiz yüz doxsan manat altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. Buna görə də Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün Kreditor Borcalan və zaminə qarşı birgə cavabdeh kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 1726,69 (bir min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) manat əsas borc, 163,37 ( bir yüz altmış üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 1890,06 (bir min səkkiz yüz doxsan manat altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 və Cavabdeh2 müştərək qaydada 1726,69 (bir min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) manat əsas borc, 163,37 ( bir yüz altmış üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 1890,06 (bir min səkkiz yüz doxsan manat altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi məcburi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-552/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-552/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver