Məhkəmə qərarları › İş №2(110)-558/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-558/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-558/2021 13.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3652.63 (üç min altı yüz əlli iki manat altmış üç qəpik) manat, faiz borcu üzrə 1823.87 (bir min səkkiz yüz iyirmi üç manat səksən yeddi qəpik) manat, AR Kontitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2344.98 (iki min üç yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 7821.48 (yeddi min səkkiz yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı gəlməmiş, lakin Fondun icraçı direktoru “Elektron Məhkəmə” sisteminə ərizə ünvanlayaraq, ərizəsində iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan MR Şərur Rayon Məhkəməsinə müraciət etdiyini, məhkəmə baxışının 10.09.2021-ci il tarixə, saat 15:00-a təyin edildiyini, xüsusi karantin rejimi ilə əlaqədar olaraq, həmçinin Bakıda proseslərinin çox olması səbəbindən həmin prosesdə iştirak edə bilməyəcəyini, iddiaçı olaraq iddia tələbini tam müdaifə etdiklərini bildirərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə məhkəmə prosesinin iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18.10.2007-ci il tarixli 282 F10 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 5095 (beş min doxsan beş) manat kredit verildiyini, kredit müqaviləsinin 12-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun bu öhdəliyi yerinə yetirmədiyini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18.10.2007-ci il tarixli 282 F10 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 21.05.2021-ci il tarixə kredit üzrə əsas borc üzrə 3652,63 (üç min altı yüz əlli iki manat altmış üç qəpik) manat, faiz borcu üzrə 1823,87 (bir min səkkiz yüz iyirmi üç manat səksən yeddi qəpik) manat, AR Kontitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2344,98 (iki min üç yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 7821,48 (yeddi min səkkiz yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat təşkil etdiyini bildirərək Cavabdeh ləğv prosesində olanİddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3652,63 (üç min altı yüz əlli iki manat altmış üç qəpik) manat, faiz borcu üzrə 1823,87 (bir min səkkiz yüz iyirmi üç manat səksən yeddi qəpik) manat, AR Kontitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2344.98 (iki min üç yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 7821.48 (yeddi min səkkiz yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili və nümayəndəsi 08.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv Prosesindədir) hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı kredit müqaviləsi (pul tələbi) ilə əlaqədar Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi, məhəkəmə baxışı iclası 13 oktyabr 2021-ci il tarixə saat 15:00-a təyin edildiyi, məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi ilə əlaqədar ərizəsini nəzərə alıb iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edərək cavabdehin vəkili və nümayəndəsi Vəkil “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsinin iddia müddətinin keçməsinə görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərini, cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. İş materillarına əlavə olunmuş 18.10.2007-ci il tarixli 282F10 nömrəli Təminatsız kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin 10 saylı filialı ilə X4 arasında kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən Borc verən evin təmiri məqsədilə 282F10 nömrəli, 18.10.2007-ci il tarixli müqavilə üzrə Borc alana 5095 (beş min doxsan beş) manat dolları kredit verməyi Borc alan isə bu müqavilədə göstərilən müddətdə krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən kredit müqaviləsindən istifadə müddəti 18 oktyabr 2008-ci il tarixdə bitir... Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 28 %-lə hesablanır. İş materiallarına əlavə olunmuş 02.06.2021-ci il tarixli **********432 nömrəli maliyyə arayışından görünür ki, X2 əsas borc üzrə 3652.63 (üç min altı yüz əlli iki manat altmış üç qəpik) manat, faiz borcu üzrə 1823.87 (bir min səkkiz yüz iyirmi üç manat səksən yeddi qəpik) manat, 2344,98 (iki min üç yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği hesablanmış faiz borcu olmaqla, cəmi borcu 7821.48 (yeddi min səkkiz yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 nömrəli qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilərək iflas prosesinə başlanması, X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Borc alan Cavabdeh ünvanlanmış 21.06.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə əsas borc və borcu ilə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş gün üçün cərimələr hesablanmaqla dəbbə pulunun da ödənilməsi kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 29.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, LPO İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.10.2007-ci il tarixli Təminatsız kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 5095 (beş min doxsan beş) manat kredit vermiş, Cavabdeh aldığı krediti məcburi olaraq vaxtında ödəməyi öhdəsinə götürməsinə baxmayaraq müqavilədə göstərilən şərtlərə əməl etməmiş, bununla da onun iddiaçı qarşısında borcu yaranmışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc üzrə 3652.63 (üç min altı yüz əlli iki manat altmış üç qəpik) manat, faiz borcu üzrə 1823.87 (bir min səkkiz yüz iyirmi üç manat səksən yeddi qəpik) manat, AR Kontitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2344.98 (iki min üç yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 7821.48 (yeddi min səkkiz yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx) manat bank xidmət haqqının Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən imzalanmış və məhkəməyə təqdim olunmuş iddia müddətinin tətbiq olunması barədə ərizədə müvafiq tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququpozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcburedir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanınşikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmənin qənaətinə görə iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcu tələb etmək üçün subyektiv hüququ olsa da, 18.10.2007-ci il tarixli 282 F10 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 18.10.2008-ci il tarixdə bitdiyindən kredit üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2- ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı 18.10.2008-ci il tarixdən başlamış və 18.10.2011-ci il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı 06.07.2021-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan təqribən 10 ilə yaxın bir müddətdən sonra qaldırmışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə cavabdeh və onun vəkili və nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslı hesab edərək, hazırki iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar